Gəmi jurnalının saxlanması
25.1. Bu Məcəllənin 18.1.13- 18.1.18-ci maddələrində göstərilmiş jurnallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq aparılır.
25.2. Gəmi jurnalında axırıncı qeyd edildikdən sonra o, gəminin adının və ya gəmi sahibinin dəyişməsindən asılı olmayaraq gəmidə üç il müddətində saxlanılır. Göstərilən müddət bitdikdən sonra gəmi jurnalı gəminin sahibinə və (və ya) mülkiyyətçisinə saxlamaya verilir.
25.3. Gəmi jurnalı müvafiq məlumatı almaq hüququ olan şəxslərə tanış olmaq və ondan surət çıxarmaq üçün təqdim edilir. III fəsil Gəmilərin və onlara olan hüquqların qeydiyyata alınması