QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 256

Maddə 256. Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyətin sığortalanması və ya digər maliyyə təminatı haqqında şəhadətnamə

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

256.1. Məsuliyyətin sığortalanmasının və ya digər maliyyə təminatının mövcudluğunu təsdiqləyən və bu fəsildə müəyyən edilmiş qaydalara müvafiq qüvvəsi olan neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyətin sığortalanması və ya digər maliyyə təminatı haqqında şəhadətnamə (bundan sonra — şəhadətnamə), əgər bu Məcəllənin 255.1-ci maddəsində nəzərdə tutulan tələblər yerinə yetirilibsə, hər bir gəmiyə onu qeydiyyata almış orqan tərəfindən verilir.

256.2. Şəhadətnamədə aşağıdakı məlumatlar olmalıdır:

256.2.1. gəminin adı, çağırış siqnalı və onun qeydiyyata alındığı liman (yer);

256.2.2. gəmi mülkiyyətçisinin adı və ünvanı;

256.2.3. məsuliyyətin maliyyə təminatının növü;

256.2.4. şəxsin məsuliyyətinin sığortaçısının və ya digər maliyyə təminatını verənin adı və ünvanı, müvafiq hallarda isə məsuliyyətin sığortalandığı və ya maliyyə təminatının verildiyi yeri;

256.2.5. şəhadətnamənin məsuliyyətin sığorta və ya digər maliyyə təminatının müddətindən artıq olmayan qüvvədəolma müddəti.

256.3. Şəhadətnamə gəmidə olmalıdır, onun surəti isə qeydiyyat orqanına saxlama üçün təhvil verilməlidir.

256.4. Şəhadətnamələrin şərtləri, verilmə və yoxlanılması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver