QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 260

Maddə 260. Gəmi mülkiyyətçisinin məsuliyyətdən azad edilməsi

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

260.1. Gəmi mülkiyyətçisi, əgər aşağıdakıları sübuta yetirsə, təhlükəli və zərərli maddələrin vurduqları zərərə görə məsuliyyət daşımır:

260.1.1. hərbi əməliyyatlar, düşmənçilik hərəkətləri, xalq iğtişaşları və ya qarşısıalınmaz qüvvə nəticəsində zərərin vurulmasını;

260.1.2. zərər vurmaq niyyəti ilə üçüncü şəxslərin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində zərərin vurulmasını;

260.1.3. işıqların və digər naviqasiya vasitələrinin qaydada saxlanmasına cavabdeh olan səlahiyyətli hakimiyyət orqanlarının göstərilən funksiyanı həyata keçirdikləri zaman qanuna zidd hərəkətləri nəticəsində zərərin vurulmasını;

260.1.4. gəmiyə yüklənmiş maddələrin təhlükəli və zərərli xarakteri haqqında yükgöndərən və ya hər hansı digər şəxs tərəfindən məlumatın verilməməsi nəticəsində tam və ya qismən zərərin vurulmasını və ya gəmi mülkiyyətçisinin bu Məcəllənin 264-cü maddəsinə müvafiq olaraq sığorta ödənişini ala bilməməsinə səbəb olmasını. Əgər gəmi mülkiyyətçisinin, onun işçilərinin və ya gəmi agentinin gəmiyə yüklənmiş maddələrin təhlükəli və zərərli olması barədə məlumatları yoxdursa və ağlabatan hallarda bu barədə məlumatları ola da bilməzdi, gəmi mülkiyyətçisi vurulan zərərə görə məsuliyyətdən azad oluna bilər.

260.2. Əgər gəmi mülkiyyətçisi zərərin tam və ya qismən zərərçəkən şəxsin qəsdən və ya kobud ehtiyatsızlığı nəticəsində vurulmasını sübuta yetirsə, gəmi mülkiyyətçisi belə şəxs qarşısında məsuliyyətdən tam və ya qi Maddə 260. Gəmi mülkiyyətçisinin … ən şəxsin qəsdən və ya kobud ehtiyatsızlığı nəticəsində vurulmasını sübuta yetirsə, gəmi mülkiyyətçisi belə şəxs qarşısında məsuliyyətdən tam və ya qismən azad edilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver