QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 267

Maddə 267. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

267.1. Bu fəsildə müəyyən edilmiş qaydalar, xilasetmə haqqında müqavilədə birbaşa və ya dolayı başqa hal nəzərdə tutulmayıbsa, bütün xilasetmə əməliyyatlarına tətbiq edilir. Tərəflərin öz müqavilələri ilə bu Məcəllənin 268.2-ci maddəsinin tətbiqini istisna etmək, habelə bu Məcəllənin 269-cu maddəsində nəzərdə tutulmuş ətraf mühitə vurulan zərərin qarşısını almaq və ya azaltmaq vəzifəsindən kənara çıxmaq hüquqları yoxdur.

267.2. Bu fəslin məqsədləri üçün:

267.2.1. xilasetmə əməliyyatı — istənilən sularda təhlükə altında olan hər hansı bir gəmiyə və ya digər əmlaka kömək göstərilməsi məqsədi ilə həyata keçirilən istənilən hərəkət və ya istənilən fəaliyyətdir;

267.2.2. əmlak — bilərəkdən və daimi olaraq sahilə təhkim edilməmiş əmlak və riskdə olan fraxtdır;

267.2.3. ətraf mühitə vurulan zərər — çirkləndirmə, yanğın, partlayış və ya digər oxşar hadisələr nəticəsində daxili sularda, sahilboyu sularda, yaxud onlara yanaşı olan rayonlarda insanın sağlamlığına, dəniz flora və faunasına və ya ehtiyatlarına vurulmuş əhəmiyyətli real zərərdir.

267.3. Bu fəsildə müəyyən edilmiş qaydalar, bu Məcəllənin 272.2-ci maddəsində müəyyən edilmiş qayda istisna olaraq, habelə aşağıdakılara şamil edilir:

267.3.1. Azərbaycan Respublikasının mülkiyyətində olan hərbi gəmilərə, yardımçı hərbi gəmilərinə və digər gəmilərə, habelə xilasetmə əməliyyatları aparılan anda yalnız qeyri-kommersiya hökumət xidməti üçün istismar və istifadə edilənlə Maddə 267. Bu fəsildə müəyyən … gəmilərinə və digər gəmilərə, habelə xilasetmə əməliyyatları aparılan anda yalnız qeyri-kommersiya hökumət xidməti üçün istismar və istifadə edilənlərə;

267.3.2. dövlətin mülkiyyətində olan qeyri-kommersiya yüklərinə.

267.4. Bu fəsildə müəyyən edilmiş qaydalar aşağıdakılara şamil edilmir:

267.4.1. stasionar və ya üzən platformalara, yaxud dəniz səyyar qazma qurğularına, əgər belə platformalar və ya qurğular olduqları yerdə dəniz təkinin mineral ehtiyatlarının kəşfiyyatı, işlənməsi və ya hasilatı ilə məşğuldurlarsa;

267.4.2. tarixi və ya arxeoloji əhəmiyyəti olan mədəni xarakterli dəniz əmlakına, əgər o, dənizin dibindədirsə.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver