280.1. Bu Məcəllənin 280.3-cü maddəsində göstərilən tələblərdən fərqli olan və bir hadisədən irəli gələn tələblər üzrə məsuliyyətin həddi aşağıdakı qaydada hesablanır:
280.1.1. Vətəndaşın həyatına və ya sağlamlığına vurulan zərərin əvəzinin ödənilməsinə dair tələblər üzrə:
280.1.1.1. tutumu 2000 tondan artıq olmayan gəmi üçün — 3,02 milyon hesablaşma vahidi;
280.1.1.2. tutumu 2001 tondan 30000 tona qədər olan gəmi üçün — bu Məcəllənin 280.1.1.1-ci maddəsində göstərilən məbləğə tutumunun 2000 artıq olan hər tonu üçün 1208 hesablaşma vahidi əlavə edilir;
280.1.1.4. tutumu 30 001 tondan 70 000 tona qədər olan gəmi üçün — bu Məcəllənin 280.1.1.1-ci maddəsində göstərilən məbləğə tutumunun 2000 artıq olan hər tonu üçün 906 hesablaşma vahidi əlavə edilir;
280.1.1.5. tutumu 70 000 tondan artıq olan gəmi üçün — bu Məcəllənin 280.1.1.1-ci maddəsində göstərilən məbləğə tutumunun 2000 artıq olan hər tonu üçün 604 hesablaşma vahidi əlavə edilir;
280.1.2. Hər hansı digər tələblər üzrə:
280.1.2.1. tutumu 2000 tondan artıq olmayan gəmi üçün — 1,51 milyon hesablaşma vahidi;
280.1.2.2. tutumu 2001 tondan 30000 tona qədər olan gəmi üçün — bu Məcəllənin 280.1.2.1-ci maddəsində göstərilən məbləğə tutumunun 2000 artıq olan hər tonu üçün 604 hesablaşma vahidi edilir;
280.1.2.3. tutumu 30001 tondan 70000 tona qədər olan gəmi üçün — bu Məcəllənin 280.1.2.1-ci maddəsində göstərilən məbləğə tutumunun 2000 artıq olan hər ton Maddə 280. Məsuliyyətin ümumi hədləri ….
2.3. tutumu 30001 tondan 70000 tona qədər olan gəmi üçün — bu Məcəllənin 280.1.2.1-ci maddəsində göstərilən məbləğə tutumunun 2000 artıq olan hər tonu üçün 453 hesablaşma vahidi edilir;
280.1.2.4. tutumu 70 000 tondan artıq olan gəmi üçün — bu Məcəllənin 280.1.2.1-ci maddəsində göstərilən məbləğə tutumunun 2000 artıq olan hər tonu üçün 302 hesablaşma vahidi əlavə edilir.
280.2. Əgər vətəndaşın həyatına və ya sağlamlığına vurulan zərərin əvəzinin ödənilməsinə dair tələblər üzrə bu Məcəllənin 280.1-ci maddəsinə əsasən hesablanmış məbləğ belə tələblərin tam ödənilməsi üçün kifayət deyilsə, bu Məcəllənin 280.2-ci maddəsinə əsasən digər tələblər üzrə hesablanmış məbləğ vətəndaşın həyatına və ya sağlamlığına vurulan zərərin əvəzinin ödənilməsinə dair tələblərin ödənilməmiş hissəsinə yönəldilir.
280.3. Sərnişinlərin həyatına və ya sağlamlığına vurulan zərərin əvəzinin ödənilməsinə dair tələblər üzrə, əgər onlar bir hadisədən irəli gəlirsə, gəmi sahibinin məsuliyyətinin həddi 175 min hesablaşma vahidinin sərnişin gəmisinin təhlükəsizlik üzrə şəhadətnaməsinə əsasən gəmiyə daşımağa icazənin verildiyi sərnişinlərin sayına vurulmaqla müəyyənləşdirilir.