QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 288

Maddə 288. Gəmiyə dəniz girovu ilə təmin edilmiş tələblərin ödənilməsində üstünlük

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

288.1. Bu Məcəllənin 287.1-ci maddəsinə müvafiq gəmiyə dəniz girovu ilə təmin edilmiş tələblər, gəminin dövlət qeydiyyatına alınmış ipotekası ilə təmin edilmiş öhdəliklərdən yaranan tələblərə qarşı ödənilməkdə üstünlüyə malikdir. Bu Məcəllənin 298.3-cü maddəsində nəzərdə tutulmuş tələb istisna olmaqla, heç bir tələb göstərilmiş tələblərə qarşı ödənilməkdə üstünlüyə malik deyil.

288.2. Bu Məcəllənin 287.1-ci maddəsinə müvafiq gəminin dəniz girovu ilə təmin edilmiş tələblər həmin maddədə göstərilən qaydada növbə ilə təmin edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver