QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 293

Maddə 293. Gəminin və inşa edilməkdə olan gəminin ipoteka ilə yüklü edilməsi

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

293.1. Gəminin və ya inşa edilməkdə olan gəminin ipotekası pul öhdəliyinin təmin edilməsi məqsədi ilə gəmi və ya inşa edilməkdə olan gəmi mülkiyyətçisinin (ipoteka verən) və kreditorun (ipoteka saxlayan) müqavilələri ilə müəyyən edilir.

293.2. Gəmiyə təsərrüfat idarəetmə hüququ olan şəxs gəmi və ya inşa edilməkdə olan gəmi mülkiyyətçisinin razılığı əsasında ipoteka verən ola bilər.

293.3. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir və gəminin qeydiyyata alındığı reyestrdə dövlət qeydiyyatına alınmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver