QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 302

Maddə 302. Gəminin həbsdən azad olunması

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

302.1. Münasib formada kifayət miqdarda təminat təqdim olunduqda, gəmi məhkəmənin və ya arbitraj məhkəməsinin qətnaməsinə əsasən həbsdən azad oluna bilər.

302.2. Tərəflərin arasında təminatın miqdarı və forması barəsində razılaşma olmadıqda, məhkəmə və ya arbitraj məhkəməsi təminatın, gəminin qiymətindən çox olmamaq şərti ilə, miqdarını və formasını müəyyənləşdirir.

302.3. Gəminin həbsdən azad olunması haqqında hər hansı bir müraciət məsuliyyətin tanınmasını, müdafiə vasitələrindən və ya məsuliyyətin məhdudlaşdırılması hüququndan imtinanı bildirmir.

302.4. Bu Məcəllənin 302.2-ci maddəsinə uyğun olaraq təminat təqdim etmiş şəxs istənilən vaxt təminatı azaltmaq, dəyişdirmək və ya ləğv etmək haqqında ərizə ilə məhkəməyə və ya arbitraj məhkəməsinə müraciət edə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver