QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 323

Maddə 323. Özgəsinin pul vəsaitlərindən istifadəyə görə faizlər

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

323.1. Bu Məcəllədə nəzərdə tutulmuş münasibətlərdən doğuran tələblər ödənildikdə, ödənilən məbləğə kreditorun yaşadığı yerdə, kreditor hüquqi şəxs olduqda isə onun olduğu yerdə mövcud olan bank faiz dərəcəsi əlavə edilir.

323.2. Faizlər müvafiq məbləğin ödənilməsinə dair yazılı tələbin verildiyi gündən məbləğin ödənildiyi günə kimi hesablanır.

323.3. Bu Məcəllənin 323.1 və 323.2-ci maddələrində müəyyən edilmiş qaydalar ümumi qəzanın bölüşdürülməsi qaydasında zərərin əvəzinin ödənilməsinə dair tələblərə şamil edilmir. XXVI fəsil Tətbiq edilən hüquq

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver