QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 328

Maddə 328. Ticarət gəmiçiliyi sahəsində bağlanmış müqavilələrdən yaranan münasibətlər

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

328.1. Dənizlə yük daşınması müqaviləsindən, yedəkləmə müqaviləsindən, gəmi agenti müqaviləsindən, dəniz sığorta müqaviləsindən, dəniz vasitəçiliyi müqaviləsindən, taym-çarter və berbout-çarterdən yaranan münasibətlər müqavilədə tərəflərlə nəzərdə tutulmuş dövlətin, dənizlə sərnişin daşınması müqaviləsindən yaranan münasibətlər isə — sərnişinin biletində göstərilən dövlətin qanunu ilə tənzimlənir.

328.2. Tərəflərin tətbiq ediləcək hüquq barədə razılaşmaları olmadıqda, onların müqavilədən yaranan münasibətləri aşağıda göstərilənlərin təsis edildikləri, əsas fəaliyyət və ya yaşayış yeri olan dövlətin qanunu ilə tənzimlənir:

328.2.1. dənizlə yük daşınması müqaviləsində — daşıyıcının;

328.2.2. gəmi agenti müqaviləsində, taym-çarter və berbout-çarterdə — gəmi sahibinin;

328.2.3. yedəkləmə müqaviləsində — yedəkçi gəmi sahibinin;

328.2.4. dəniz vasitəçiliyi müqaviləsində — sifarişçinin;

328.2.5. dəniz sığorta müqaviləsində — sığortaçının.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver