QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 34

Maddə 34. Gəminin qeydiyyata alındığı limanın (yerin) dəyişdirilməsi

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

34.1. Gəminin qeydiyyata alındığı liman (yer) gəmi mülkiyyətçisinin xahişi əsasında dəyişdirilə bilər. Gəminin qeydiyyata alındığı liman dəyişdirildikdə, gəmini qeydiyyata alan orqan tərəfindən gəmi reyestrlərinə və ya gəmi kitabına müvafiq məlumatlar daxil edilir.

34.2. Gəminin qeydiyyata alındığı limanın dəyişdirilməsi Dövlət bayrağı altında üzmək hüququ haqqında yenidən verilən Şəhadətnamə ilə təsdiqlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver