Maddə 38. Gəminin Dövlət gəmi reyestrindən, berbout-çarter reyestrindən və ya gəmi kitabından çıxarılması
38.1. Aşağıdakı hallarda gəmi Dövlət gəmi reyestrindən, berbout-çarter reyestrindən və ya gəmi kitabından mütləq çıxarılmalıdır:
38.1.1. məhv olduqda və ya xəbərsiz itkin düşdükdə;
38.1.2. konstruksiya cəhətdən istismara yararsız hala düşdükdə;
38.1.3. yenidənqurma və ya hər hansı digər dəyişikliklər nəticəsində gəmi keyfiyyətini itirdikdə;
38.1.4. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnu itirdikdə;
38.1.5. Dövlət gəmi reyestrində və ya gəmi kitabında qeydiyyata alınmış gəminin mülkiyyətçisinin və ya berbout-çarter reyestrində qeydiyyata alınmış gəminin fraxtedəninin ərizəsi (səbəbi göstərilməklə) əsasında;
38.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
38.1.7. gəmi çıxdaş edildikdə.
38.2. Əgər gəmi barəsində axırıncı məlumat alınan yerdən gəminin təyinat limanına adi şəraitdə çatması üçün zəruri olan müddətdən iki dəfədən artıq müddət keçibsə və bu müddət ərzində gəmidən heç bir məlumat alınmayıbsa, o, xəbərsiz itkin düşmüş hesab edilir. Gəminin xəbərsiz itkin düşmüş hesab edilməsi üçün zəruri olan müddət gəmidən axırıncı məlumatın alındığı gündən başlayaraq bir aydan az və üç aydan artıq ola bilməz, hərbi əməliyyatlar şəraitində isə altı aydan az ola bilməz.
38.3. Zədə almış gəminin bərpası mümkün olmadıqda və ya gəminin təmiri iqtisadi cəhətdən məqsədə müvafiq olmadıqda, gəmi konstruktiv cəhətdən istismara yarars Maddə 38. Gəminin Dövlət gəmi … də almış gəminin bərpası mümkün olmadıqda və ya gəminin təmiri iqtisadi cəhətdən məqsədə müvafiq olmadıqda, gəmi konstruktiv cəhətdən istismara yararsız hala düşmüş hesab edilir.