44.1. Gəmi heyəti üzvlərinin vəzifələrini tutmağa müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən gəmi heyəti üzvlərinə sertifikat (diplom) verilməsi haqqında əsasnamə ilə müəyyən edilmiş qaydada sertifikat (diplom) almış dənizçilər buraxılır.
44.2. Bu Məcəllənin 44.1-ci maddəsində göstərilən sertifikatlar (diplomlar) gəmi heyəti üzvlərinə, onlar gəmidə əmək stajına, yaşa, sağlamlığın vəziyyətinə, təhsilinə və peşə hazırlığına dair tələblərə uyğun olduqda və ixtisas komissiyaları tərəfindən biliklərinin yoxlanması nəticələrinə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir.
44.3. Gəmi kapitanının və gəminin komandir heyətinin digər üzvlərinin sertifikatları (diplomları) onların müəyyən edilmiş tələblərə uyğun verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq formada təsdiqnamələri olduqda etibarlı hesab edilir.
44.4. Sertifikatlarına (diplomlarına) uyğun olaraq əmək funksiyasını yerinə yetirərkən gəmi heyəti üzvlərinin hərəkətləri, hərəkətsizliyi və ya səriştəsizlikləri nəticəsində birbaşa insanların həyatına, dənizdə əmlakın saxlanılmasına və ya dəniz ətraf mühitinə zərərin vurulması təhlükəsi yarandıqda, habelə saxtakarlığın qarşısını almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sertifikatları (diplomları) geri götürə, ləğv edə və ya onlar Maddə 44. Gəmi heyəti üzvlərinin … şısını almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sertifikatları (diplomları) geri götürə, ləğv edə və ya onların qüvvədə olmasını dayandıra bilər.
44.5. Gəmi kapitanının və gəminin komandir heyətinin digər üzvlərinin sertifikatlarının (diplomlarının) qüvvədəolma müddəti bitdikdə, o geri götürüldükdə, ləğv edildikdə, yaxud qüvvədəolma müddəti dayandırıldıqda bu Məcəllənin 44.3-cü maddəsində nəzərdə tutulmuş təsdiqnamə qüvvəsini itirir.