51.1. Gəmilər toqquşduqda, toqquşan gəmilərin kapitanlarının hər biri, əgər bu onun sərnişinlərinə, gəmi heyəti üzvlərinə və gəmisinə ciddi təhlükə yaratmırsa, toqquşmadan dərhal sonra digər gəmiyə, onun sərnişinlərinə və gəmi heyəti üzvlərinə yardım göstərməyə borcludur.
51.2. Gəmi kapitanları, əgər bu mümkündürsə, öz gəmilərinin adlarını, qeydiyyata alındıqları limanların, habelə səfərə çıxdıqları və təyinat limanlarının və ya daxil olacaqları yaxın limanların adını bir birlərinə xəbər verməyə borcludurlar.
51.3. Gəmi kapitanı tərəfindən bu Məcəllənin
51.1. və 51.2-ci maddələrində göstərilən vəzifələrin pozulmasına görə gəmi sahibi məsuliyyət daşımır.