64.1. Hər bir gəmi dəniz limanından və ya dəniz əməliyyatları bazasından çıxmazdan əvvəl dəniz limanı kapitanının dəniz limanından və ya dəniz əməliyyatları bazasından çıxmağa icazəsini almalıdır. Dəniz limanı kapitanının aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla gəmiyə limandan və ya dəniz əməliyyatları bazasından çıxmağa icazə verməkdən imtina etmək hüququ vardır:
64.1.1. gəmi üzgüçülüyə yararlı olmadıqda;
64.1.2. gəminin yüklənməsinə, təchizatına, gəmi heyətinin komplektləşdirilməsinə dair tələblər pozulduqda və ya gəmidə olan insanların həyatına və ya sağlamlığına təhlükə, habelə gəminin dəniz ətraf mühitinə zərər vurmaq təhlükəsi yarada biləcək digər çatışmazlıqları olduqda;
64.1.3. gəmi sənədlərinə olan tələblər pozulduqda;
64.1.4. sanitar-karantin və miqrasiya xidmətlərinin, gömrük, sərhəd və digər səlahiyyətli dövlət orqanlarının göstərişi olduqda;
64.1.5. müəyyən edilmiş liman ödənişləri və ya səlahiyyətləri çərçivəsində dəniz limanı kapitanının qəbul etdiyi qərarına əsasən tətbiq edilmiş sanksiyaların məbləğləri ödənilmədikdə.
64.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarı olduqda;
64.1.7. hidrometeoroloji və naviqasiya şəraitinin dəyişməsi gəminin limandan çıxmasına maneə törətdikdə.
64.2. Dəniz limanı kapitanının bu Məcəllənin 64.1-ci maddəsində nəzərdə tutulmuş h Maddə 64. Gəmilərin dəniz limanından … itinin dəyişməsi gəminin limandan çıxmasına maneə törətdikdə.
64.2. Dəniz limanı kapitanının bu Məcəllənin 64.1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsi ilə əlaqədar yaranan xərcləri gəmi sahibi ödəyir.