QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 72

Maddə 72. Dəniz bələdçisinin gəmiyə təhlükəsiz minməsi və düşməsinin təmin edilməsi

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

72.1. Gəmi kapitanı dəniz bələdçisinin gəmiyə təhlükəsiz minməsini və düşməsini təmin etməlidir, habelə gəminin dəniz bələdçisi ilə keçirilməsi müddətində onu ödənişsiz otaq və qida ilə təmin etməlidir.

72.2. Təcrübə keçmək məqsədi ilə stajçı dəniz bələdçisini müşayiət etdikdə bu Məcəllənin 72.1-ci maddəsində müəyyən edilmiş qaydalar stajçıya da şamil edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver