QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 84

Maddə 84. Dənizdə batmış əmlakın liman idarəsi tərəfindən qaldırılması, uzaqlaşdırılması və ya məhv edilməsi

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

84.1. Liman idarəsi aşağıdakı hallarda dənizdə batmış əmlakı qaldıra və zərurət yarandıqda isə uzaqlaşdıra və ya məhv edə bilər:

84.1.1. dənizdə batmış əmlakın mülkiyyətçisi müəyyənləşdirilmədikdə və ya o, dənizdə batmış əmlakı qaldırmayıb, uzaqlaşdırmayıb və ya məhv etmədikdə onda dənizdə batmış əmlakın mülkiyyətçisi bu Məcəllənin 83.3-cü maddəsində nəzərdə tutulmuş hərəkətləri həyata keçirməlidir;

84.1.2. dənizdə batmış əmlak dəniz üzgüçülüyü təhlükəsizliyinə və ya dəniz ətraf mühitinə xeyli zərərin vurulmasına bilavasitə təhlükə yaratdıqda, su bioloji ehtiyatlarının ovuna, hidrotexniki və digər işlərin aparılmasına maneə yaratdıqda;

84.1.3. kifayət qədər əsas olduqda dənizdə batmış əmlakın mülkiyyətçisinə həmin əmlakı öz vasitələri və ya müvafiq təşkilatların vasitələri ilə qaldırmağa, uzaqlaşdırmağa və ya məhv etməyə icazə verilmədikdə.

84.2. Bu Məcəllənin 84.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dənizdə batmış əmlakın qaldırılması, uzaqlaşdırılması və ya məhv edilməsi belə əmlakın məlum olan mülkiyyətçisinin hesabına həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver