87.1. Dənizlə yük daşınması müqaviləsi daşıyıcının yükgöndərənin və ya fraxtedənin ona verdiyi və ya verəcəyi yükü haqq müqabilində olduğu yerdən təyinat limanına daşımağı və əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsə (bundan sonra - yükalan) verməyi, yükgöndərən, fraxtedən, yükalan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini (fraxtı) ödəməyi öhdəsinə götürməsi barəsində müqavilədir.
87.2. Dənizlə yük daşınması müqaviləsinin mövcudluğu və məzmunu çarter, konosament və ya digər yazılı sübutlarla təsdiq edilir.
87.3. Dənizlə yük daşınması müqaviləsi bağlana bilər:
87.3.1. dənizlə yük daşınması üçün bütün gəminin, onun bir hissəsinin və ya müəyyən gəmi yerlərinin verilməsi şərti ilə (çarter);
87.3.2. belə şərt olmadan.
87.4. Daşıyıcı dənizlə yük daşınması müqaviləsi əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat limanına daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə gəmiyə malik olan fiziki və ya hüquqi şəxsdir. Faktiki daşıyıcı mülkiyyət, icarə və ya istifadə hüququ ilə gəmiyə malik olan, daşıyıcının yükün daşınmasını və ya daşımanın bir hissəsini həyata keçirməyi həvalə etdiyi fiziki və ya hüquqi şəxsdir, o cümlədən daşımanın belə həyata keçirilməsinin həvalə edildiyi hər hansı bir digər fiziki və ya hüquqi şəxsdir.
87.5. Fraxtedən bu Məcəllənin 87.3.1-ci maddəsində göstərilən dənizlə yük daşınması müqaviləsini bağlamış şəx Maddə 87. Dənizlə yük daşınması … digər fiziki və ya hüquqi şəxsdir.
87.5. Fraxtedən bu Məcəllənin 87.3.1-ci maddəsində göstərilən dənizlə yük daşınması müqaviləsini bağlamış şəxsdir.
87.6. Yükgöndərən bu Məcəllənin 87.3.2-ci maddəsində göstərilən dənizlə yük daşınması müqaviləsindəki daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. 87.6-1. Ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsi əsasında müəyyənləşdirilən nəqliyyat-ekspedisiya xidmətlərini müştərinin tapşırığı və vəsaiti hesabına göstərən və ya üçüncü şəxslər vasitəsilə göstərilməsini təşkil edən hüquqi şəxs və ya fərdi sahibkardır.
87.7. Tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmadıqda, bu fəsildə müəyyənləşdirilmiş qaydalar tətbiq edilir. Bu fəsildə birbaşa göstərilmiş hallarda tərəflərin razılaşması bu fəsildə müəyyənləşdirilmiş qaydalara uyğun olmadıqda əhəmiyyətsizdir.