QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 89

Maddə 89. Xidmətlərin göstərilməsi üçün limanın müvəqqəti bağlanması Fövqəladə hadisə, qanunsuz müdaxilə aktı, gəmi qəzaları və digər qəzalar baş

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

verdikdə, habelə insan həyatı və ya sağlamlığı üçün təhlükə, əmlak və yükün korlanması və (və ya) məhvi təhlükəsi yarandığı hallarda limanda və ya dəniz terminalında xidmətlərin göstərilməsi mümkün olmadıqda, liman idarəsi xidmətlərin göstərilməsi üçün limanın müvəqqəti bağlanması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal müraciət edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) xidmətlərin göstərilməsi üçün limanın müvəqqəti bağlanmasını zəruri hesab etdikdə qərar qəbul edir, müvəqqəti bağlanmanın müddətini müəyyənləşdirir və bu barədə liman idarəsinə və dənizçilik sahəsində fəaliyyət göstərən təşkilatlara həmin gün yazılı məlumat göndərir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver