Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9-cu maddəsinə müvafiq olaraq
1. “Ticarət gəmiçiliyində istifadə olunan gəmilər, digər üzən nəqliyyat vasitələri və həmin nəqliyyat vasitələri ilə daşınan mallar üzərində gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “Ticarət gəmiçiliyində istifadə olunan gəmilər digər üzən nəqliyyat vasitələri və həmin nəqliyyat vasitələri ilə daşınan mallar üzərində gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi Qaydaları” normativ-hüquqi akt kimi qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.
3. Bu Qaydalar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındığı gündən qüvvəyə minsin.
4. İşlər İdarəsi (N.Məmmədov) Qaydaların Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alındıqdan sonra gömrük orqanlarına göndərilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət Komitə Sədrinin birinci müavini A.Əliyevə həvalə edilsin.
KOMİTƏNİN SƏDRİ K. F. HEYDƏROV