Qanunvericilik › “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.01.2015) › Tam mətn

“Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.01.2015)

“Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.01.2015) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.26-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 12 yanvar 2015-ci il

1.1. Tikintilərin Dövlət reyestrinə (bundan sonra - Reyestr) daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları (bundan sonra – Qaydalar) “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.26-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin tərkib hissəsi olmaqla, Reyestrə daxil edilən məlumatların tərkibini, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydalarını tənzimləyir.

1.3. Bu Qaydalar aşağıdakıları müəyyən edir:

1.3.1. Reyestrə qeydiyyat və uçot məqsədilə daxil edilən tikinti obyektlərinə dair məlumatları və onların tərkibini;

1.3.2. məlumatların Reyestrə təqdim edilməsini;

1.3.3. məlumatların Reyestrə daxil olunmasından imtina edilməsini və imtina edilmənin əsaslarını və müddətini;

1.3.4. məhdudiyyət və qadağaların qeydiyyatını.

1.4. Reyestrin aparılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) tərəfindən büdcə vəsaiti hesabına həyata keçirilir.

1.5. Reyestrə daxil edilən məlumatlar “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühafizə edilir.

2.1. Reyestrin aparılmasında məqsəd – yerli icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik və ya bələdiyyə tərəfindən nəzərdə tutulmuş qadağa və məhdudiyyətləri, tikilən, istismar edilən və sökülən tikintiləri qeydə, habelə müayinə edilmiş qeyri-yaşayış binalarını (infrastruktur obyektlərini) uçota almaqla, onların istifadəsi, planlaşdırılmasına dair dövlət orqanlarını və bələdiyyələri, hüquqi və fiziki şəxsləri müvafiq məlumatlarla təmin etməkdən ibarətdir.

3.1. Reyestrə daxil edilən məlumatların tərkibi aşağıdakılardır:

3.1.1. tikintiyə icazə verən orqan (qurum) tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatlar, o cümlədən:

3.1.1.1. obyektin tikintisinə icazə;

3.1.1.2. sifarişçinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd;

3.1.1.3. tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq edilmiş şəhərsalma əsaslandırılması;

3.1.1.4. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi;

3.1.1.5. tikinti obyektinin əsas texniki göstəriciləri, yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (koordinatlar bu Qaydaların 3.1.1.2-ci yarımbəndində nəzərdə tutulan sənədlərdə göstərilmədiyi hallarda), tikinti ərazisinin baş planı və təyinatı barədə məlumat;

3.1.1.6. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə dair ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və dövlət ekoloji ekspertizasının rəyi.

3.1.2. Tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı aşağıdakı məlumatlar istismara icazə verən orqan (qurum) tərəfindən Reyestrə təqdim edilir:

3.1.2.1. tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları;

3.1.2.2. tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) adı və ünvanı, eləcə də həmin orqanın (qurumun) vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası;

3.1.2.3. tikinti obyektinin istismarına icazə verildiyi tarix və icazənin nömrəsi;

3.1.2.4. tikinti obyektinin istismar təyinatı;

3.1.2.5. tikinti obyektinin əsas texniki göstəriciləri (layihə üzrə və faktiki);

3.1.2.6. Reyestr tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi;

3.1.2.7. tikinti obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edilməsini və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı.

3.1.3. Sökülməsi nəzərdə tutulan tikinti obyektləri barədə məlumat (ünvanı, ümumi sahəsi və həcmi).

3.1.4. Yerli icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik və ya bələdiyyələr tərəfindən ərazi planlaşdırılmasına qoyulan qadağa və məhdudiyyətlərin tətbiqi ilə bağlı sənədlərin surətləri.

3.1.5. Məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri.

4.1. Reyestr respublikanın inzibati ərazi vahidləri üzrə elektron daşıyıcılarda aparılır.

4.2. Tikintiyə icazə verildiyi andan dərhal bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş məlumatlar Reyestrə ötürülür, həmin məlumatlar Reyestrdə qeydə alınaraq tikinti obyektinə kod verilir və bu barədə bu Qaydaların əlavəsində göstərilən Şəhadətnamə tikintiyə icazə verən orqana (quruma) göndərilir.

4.2-1. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə münasibətdə tikinti barədə məlumatlandırılan orqan (qurum) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin ikinci cümləsinə əsasən 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda, həmin müddətin bitdiyi andan dərhal bu barədə məlumatın Reyestrə ötürülməsini təmin edir. Həmin məlumatlar 3 iş günü ərzində Komitənin internet səhifəsində yerləşdirilir.

4.2-2. Məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisi başa çatdıqdan sonra, sifarişçi bu barədə məlumatı 10 iş günü müddətində tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərir.

4.3. Bu Qaydaların 3.1.1-ci yarımbəndində qeyd olunan sənəd və məlumatlar tam tərkibdə Reyestrə təqdim edilmədikdə, tikinti obyekti Reyestrdə qeydə alınmır və bu barədə 3 (üç) iş günü müddətində məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) əsaslandırılmış imtina məktubu göndərilir. Tikintiyə icazə verən orqan (qurum) çatışmayan sənəd və məlumatları imtina məktubunu aldığı tarixdən 5 (beş) iş günü müddətində Reyestrə təqdim edir.

4.4. Reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış, lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulan məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən Reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir.

4.6. Reyestrdə qeydə alınmış tikintilərə verilən kodlar aşağıdakı kimi formalaşır:

4.6.1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin tərtib etdiyi “İnzibati-ərazi bölgüsü təsnifatı”na əsasən inzibati ərazi kodu;

4.6.2. tikinti yerləşdiyi torpaq sahəsinin mülkiyyət forması (dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti, xüsusi mülkiyyət olması);

4.6.3. bina və qurğuların funksional təyinatına görə təsnifatı üzrə kodu;

4.6.4. Reyestrdə qeydə alındığı nömrə və bu nömrənin verildiyi ay və il.

Məsələn: 30900002-1-1101-000001/0112

burada: 30900002- Sumqayıt inzibati-ərazi bölgüsü təsnifatına əsasən inzibati ərazi kodu; 1-tikinti yerləşən torpaq sahəsinin mülkiyyət növü – yəni dövlət mülkiyyəti; 1101-bina və qurğuların funksional təyinatına görə təsnifatı üzrə kodu - yəni çoxmənzilli çoxmərtəbəli yaşayış binası; 000001- Reyestrdə qeydə alındığı nömrə; 0112-isə tikintinin qeydə alındığı ay və ildir (2012-ci il yanvar).

4.7. Tikinti obyektlərinin istismarına icazə verildiyi andan, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, dərhal bu məlumatların Reyestrə ötürülməsi təmin edilir və 3 (üç) iş günü müddətində bu məlumatlar Komitənin internet səhifəsində yerləşdirilir.

4.8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.2-ci, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə mövcud tikinti obyektlərinə münasibətdə) isə 95.4-cü maddələrinə müvafiq olaraq sökülməsinə dair qərar qəbul edilmiş tikintilər barədə məlumatları müvafiq qərar qəbul etdikləri tarixdən 10 (on) gün müddətində Reyestrə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ötürürlər.

4.9. Bu Qaydaların 3.1.1-ci, 3.1.2-ci yarımbəndlərində, 4.2-ci, 4.3-cü və 4.7-ci bəndlərində nəzərdə tutulmuş məlumatların ötürülməsi şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

4-1.1. Komitənin tabeliyində olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzi aşağıdakı məlumatları uçot məqsədilə Reyestrə təqdim edir:

4-1.1.1. qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinin (sahibinin) adı;

4-1.1.2. qeyri-yaşayış binasının (infrastruktur obyektinin) ünvanı (olduqda);

4-1.1.3. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi;

4-1.1.4. qeyri-yaşayış binasının (infrastruktur obyektinin) əsas texniki göstəriciləri (faktiki);

4-1.1.5. qeyri-yaşayış binasının (infrastruktur obyektinin) döngə nöqtələrinin koordinatları;

4-1.1.6. qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd (mövcud olduğu halda);

4-1.1.7. qeyri-yaşayış binasının (infrastruktur obyektinin) istismara hazır olub-olmaması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyi;

4-1.1.8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hazırlanan qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yerləşdiyi ərazinin planı;

4-1.1.9. qeyri-yaşayış binasının (infrastruktur obyektinin) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin layihəçisi barədə məlumat (hüquqi şəxs olduqda - adı, hüquqi ünvanı və lisenziyasının nömrəsi, tarixi, fiziki şəxs olduqda - soyadı, adı, atasının adı və lisenziyasının nömrəsi, tarixi).

4-1.2. Bu Qaydaların 4-1.1-ci bəndində qeyd olunan sənəd və məlumatlar 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilir və Komitənin internet səhifəsində yerləşdirilir.

4-1.3. Reyestrdə uçota alınan tikinti obyektinə kod verilmir.

Seriya AZE №_________

Verilir___________________________________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

_________________________________

1. 31 mart 2017-ci il tarixli 116 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 04 aprel 2017-ci il, № 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 514)

2. 20 iyul 2018-ci il tarixli 313 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 24 iyul 2018-ci il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1646)

3. 23 fevral 2019-cu il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 fevral 2019-cu il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 358)

4. 29 iyun 2020-ci il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 813)

5. 18 may 2022-ci il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 may 2022-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 552)

6. 15 noyabr 2023-cü il tarixli 416 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 noyabr 2023-cü il, “Xalq” qəzeti, 17 noyabr 2023-cü il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 11, maddə 1579)

7. 2 aprel 2024-cü il tarixli 187 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 aprel 2024-cü il, “Xalq” qəzeti, 6 aprel 2024-cü il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 440)

8. 21 iyun 2024-cü il tarixli 310 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 iyun 2024-cü il, “Xalq” qəzeti, 25 iyun 2024-cü il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 6, II kitab, maddə 730)

9. 18 sentyabr 2024-cü il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 21 sentyabr 2024-cü il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1090)

10. 16 iyul 2025-ci il tarixli 216 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 iyul 2025-ci il, “Xalq” qəzeti, 27 iyul 2025-ci il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 7, maddə 720)

11. 7 yanvar 2026-cı il tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 yanvar 2026-cı il, “Xalq” qəzeti, 9 yanvar 2026-cı il, № 4, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 1, maddə 75)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver