Qanunvericilik › Tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin start qiymətlərinə tətbiq olunan əmsalların təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 18.09.1996) › Tam mətn

Tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin start qiymətlərinə tətbiq olunan əmsalların təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 18.09.1996)

Tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin start qiymətlərinə tətbiq olunan əmsalların təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 18.09.1996) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Dövlət mülkiyyətinin özəlləşdirilməsini tənzimləyən bir sıra normativ sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 mart 1996-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət mülkiyyətinin qiymətləndirilməsinə dair metodik göstərişlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Əmlak Məsələləri Dövlət Komitəsinin İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Baş Dövlət Vergi Müfəttişliyi və Dövlət Tikinti Komitəsi ilə razılaşdırılmış auksion vasitəsilə özəlləşdiriləcək tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin start qiymətlərinə tətbiq ediləcək əmsallar barədə təklifi qəbul olunsun və həmin əmsallar təsdiq edilsin (əlavə olunur).

Müəyyən edilsin ki, özəlləşdirilməsi nəzərdə tutulan, tikintisi başa çatdırılmamış perspektivsiz obyektlər onların tikintisinə sərf olunmuş istifadəyə yararlı tikinti materialları, konstruksiyaları və məmulatlarının inventarlaşdırılıb mövcud bazar qiymətləri ilə qiymətləndirilərək bu qiymətə yuxarıda təsdiq edilmiş əmsallar tətbiq edilməklə müəyyən edilmiş qiymətə satılır.

“Özəlləşdirilməsi nəzərdə tutulan, tikintisi başa çatdırılmamış obyektlərin perspektivsizlik göstəriciləri” təsdiq edilsin (əlavə olunur).

2. Tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin start qiyməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 29 yanvar tarixli 57 nömrəli, 1994-cü il 16 iyun tarixli 238 nömrəli, 1996-cı il 2 avqust tarixli 99 nömrəli qərarlarına əsasən 1996-cı il 1 iyul tarixinə yenidən qiymətləndirilərək hesablansın.

Çəkilən xərcləri təsdiq edən sənədlər olmadıqda obyektdə faktiki olaraq yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin həcmi inventarlaşdırılsın və yuxarıda göstərilən qaydada indeksləşdirilərək qiymətləndirilsin.

4. Bu qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin iqtisadiyyat və maliyyə-kredit siyasəti, tikinti, inşaat materialları və tikinti sənayesi şöbələrinə tapşırılsın.

Baş nazirin birinci müavini A. RASİZADƏ

Bakı şəhəri, 18 sentyabr 1996-cı il

Tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin satış qiyməti aşağıdakı düsturla hesablanır:

Qs – obyektin satış qiyməti

Qi – obyektin start qiyməti

1. Tikintinin sahəsi (hektarla) üzrə əmsal (Sə): (ancaq Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərinin ərazisində yerləşən obyektlərə tətbiq edilir)

1,0 ha-dan yuxarı 1,5

Ayrı-ayrı hallarda, tikinti sahəsinin əlverişliliyi, sahənin nəqliyyat yolları və mühəndis kommunikasiyaları ilə təminatı üzrə və sair üstünlükləri nəzərə alınaraq obyektin start qiymətinə tətbiq olunan sahə əmsalları (Sə) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 3-dək artırıla bilər.

2. Obyektin yerləşdiyi əraziyə görə əmsal (Zə):

Bakı şəhərində yerləşən obyektlər üzrə:

Sumqayıt və Gəncə şəhərlərində yerləşən obyektlər üzrə:

5-6-cı və digər zonalar (kənd, qəsəbə və s.)

Abşeron rayonunda yerləşən obyektlər üzrə:

digər zonalar (kənd, qəsəbə və s.)

Naxçıvan, Xankəndi, Əli Bayramlı, Mingəçevir, Lənkəran, Yevlax və Şəki şəhərlərində yerləşən obyektlər üzrə:

3-4-cü və digər zonalar (kənd, qəsəbə və s.)

Digər şəhər və rayonlarda yerləşən obyektlər üzrə:

şəhərlərdə və rayon mərkəzlərində

Obyektin yerləşdiyi əraziyə görə əmsalı müəyyən etmək üçün bu qərarda göstərilən zona bölgüsü və bu zonaların müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiq edilmiş sərhədləri əsas götürülür.

3. Obyektin fiziki aşınma əmsalları (Aə) aşağıda göstərilir:

Aşağıdakı tikinti hazırlığına malik, metal və yaxud dəmir-beton karkaslı 1 mərtəbəli binalar:

- tam karkas, divarlarla, örtüklə və dam

- tam karkas, tamamlanmamış divarlarla

- bünövrələr, sütunlar və rigellər

- özüllər (bünövrələr)

Aşağıdakı tikinti hazırlığına malik, metal və dəmir beton karkaslı iki mərtəbəli binalar:

- tam karkaslı örtüklərlə, divarlarla və

- tam karkaslı, tamamlanmamış

divarlarla və dam örtüyü ilə

- bünövrələr, sütunlar və rigellər

Aşağıdakı tikinti hazırlığına malik metal və dəmir beton karkaslı çox mərtəbəli binalar:

- tam karkaslı, divarlarla, örtüklərlə və dam örtüyü ilə

- tam karkaslı, tamamlanmamış

divarlarla və dam örtüyü ilə

- bünövrələr, sütunlar və ringellər

Aşağıdakı tikinti hazırlığına malik metal və dəmir-beton karkaslı binalar:

- tam karkasla, divarlarla, örtüklə və

- tam karkasla, tamamlanmamış

divarlarla və dam örtüyü ilə

- bünövrələr, sütun və rigellər

Aşağıdakı tikinti hazırlığına malik iripanelli və iribloklu karkassız daş aralıqlı binalar:

- divarlar mərtəbə arası və axırıncı

- bünövrələr və divarlar

Aşağıdakı tikinti hazırlığına malik daş divarlı, iribloklu və iripanelli binalar

- divarlar mərtəbə arası örtüklər, axırıncı örtük, dam örtüyü

- bünövrələr, divarlar

Aşağıdakı tikinti hazırlığına malik yüngül bloklardan, şlak betondan və s. yüngül materiallardan hörgülü binalar

- divarlar, aralıq örtüklər, axırıncı örtük, dam örtüyü

- bünövrələr və divarlar

Aşağıdakı tikinti hazırlığına malik tirvari, yonulma taxta mənşəli qarışıq divarlarda,

örtüklərlə olan binalar:

- divarlar, örtük və dam örtüyü

- bünövrələr və divarlar

QEYD. Kəsrin surətində göstərilən rəqəmlər dəmir-beton karkaslı binalar üçün məxrəcində göstərilən rəqəmlər metal-karkaslı binalar üçündür.

Obyektin faktiki aşınma dərəcəsi göstərilən faiz dərəcələrinə uyğun gəlmədikdə, obyektin start qiymətlərinə tətbiq olunan aşınma əmsalları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən faktiki aşınma dərəcəsi yerində yoxlanılaraq 0,15 həddində bu və ya digər tərəfə dəyişdirilə bilər.

1. Aşağıdakı göstəricilərin ən azı 3 (üçü) eyni zamanda olduğu halda tikintisi başa çatdırılmamış obyektlər perspektivsiz hesab edilir:

a) Yaşayış binaları, sosial-mədəni, məişət və ictimai-iaşə obyektləri üzrə:

tikinti hazırlığı 15 (on beş) faizdən az olduqda (müstəsna hallarda obyektin texniki vəziyyəti haqqında müstəqil ekspert rəyinə əsasən 30 (otuz) faizə qədər götürülə bilər);

inşasına başlanma müddəti 10 (on) ildən artıq olduqda;

konservasiya üzrə işlər həyata keçirilmədikdə;

layihə həlli müasir tələblərə uyğun gəlmədikdə.

b) İstehsalat obyektləri üzrə:

fəaliyyətdə olan müəssisələrin ərazisində yerləşdikdə;

tikinti hazırlığı 15 (on beş) faizdən az olduqda (müstəsna hallarda obyektin texniki vəziyyəti haqqında müstəqil ekspert rəyinə əsasən 30 (otuz) faizə qədər götürülə bilər);

inşasına başlanma müddəti 10 (on) ildən artıq olduqda;

konservasiya üzrə işlər həyata keçirilmədikdə;

layihə həlli müasir tələblərə uyğun gəlmədikdə.

İşlər müdiri A. Hacıyev

1. 3 noyabr 1997-ci il tarixli 124 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 439)

2. 1 aprel 2008-ci il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 304)

3. 22 oktyabr 2008-ci il tarixli 250 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 937)

4. 30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846)

5. 30 mart 2022-ci il tarixli 117 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 aprel 2022-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 289)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver