Azərbaycan Respublikası Ədliyyə
Nazirliyi tərəfindən 03.02.1999-cu il
tarixdə qeydə alınmışdır.
Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi
Nazirliyi kolleksiyasının 22 yanvar
1999-cu il tarixli 1-3 №-li qərarı
ilə təsdiq edilmişdir.
1. Azərbaycan Respublikasının topoqrafiya, geodeziya və kartoqrafiya üzrə qulluqçu vəzifələr üzrə Vahid Tarif İxtisas Sorğu Kitabçası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 1995-ci il 93 saylı "Fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika Təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu Kitabçalarının işlənib hazırlanması haqqında" qərarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı proqram və tövsiyyələrə əsasən işlənib hazırlanmışdır.
2. Tarif İxtisas Sorğu Kitabçası Azərbaycan Respublikasında mülkiyyət formasından asılı olmayaraq topoqrafiya-geodeziya və kartoqrafiya istehsalı üzrə rəhbərlər və mütəxəssislərin düzgün seçilməsi və yerləşdirilməsi və işgüzarlığının artırılması, onların arasında əmək bölgüsünün təşkil edilməsində, vəzifə borclarının, əməyin ödənilmə dərəcələrinə ixtisas tələblərinin müəyyənləşdirilməsində, sahənin struktur bölmələri haqqında əsasnamələrin hazırlanmasında, rəhbərlərin və mütəxəssislərin attestasiyasının keçirilməsində istifadə edilən yeganə normativ sənəddir.
3. Bu kitabda Azərbaycan Respublikasının topoqrafiya, geodeziya və kartoqrafiya üzrə spesifik qulluqçu vəzifələri daxil edilmişdir.
4. Topoqrafiya, geodeziya və kartoqrafiya istehsalına aid olan (məsələn, geodeziya, aerofotogeodezist, kartoqraf və sairə bu kimi) vəzifələri üzrə ali təhsil ümumi normativ tələb sayılır. Bəzi vəzilər (məsələn, texnik-topoqraf, texnik-kartoqraf, texnik-geodezist və sair) üzrə tələblərdə isə orta-texniki təhsil və xüsusi hazırlığın olmasına yol verilir.
5. Ödəniş dərəcələrinə qoyulan ixtisas tələblərinə əsasən xüsusi hazırlığı və ya iş stajı olmayan, ancaq vəzifə borcunu keyfiyyətlə yerinə yetirən və praktiki təcrübəsi olan işçilər attestasiya komissiyasının təklifi ilə müstəsna hallarda xüsusi hazırlığı və iş stajı olan işçilər kimi hər hansı bir vəzifəyə təyin edilə bilər.
Büro rəisi (geodeziya)
Dəstə rəisi (radiogeodeziya)
Dəstə rəisi (dənizdə)
Dəstə rəisi (topogeodeziya, mühəndis-geodeziya)
Geodeziya mərkəzinin, kontorun ekspedisiya rəisi
Laboratoriya müdiri (metrologiya)
Radionaviqasiya sisteminin rəisi (BRAS)
Radionaviqasiya sisteminin stansiya rəisi
Fondun direktoru (geodeziya və kartoqrafiya)
Məxfi işlər üzrə texnik
Radionaviqasiya stansiyasının operatoru
Texnik-aerofotogeodezist
Vəzifə borcu: Geodeziya bürosunda geodeziya, topoqrafiya və hesablama işlərinə başçılıq edir; işlərin normativ aktlara əsasən yerinə yetirilməsini təmin edir. Yeni texnikanın, texnologiyanın, əməyin elmi təşkilini, normaların həyata keçirilməsini təşkil edir; Büronun texniki-iqtisadi göstəricilərini analiz edir məhsul artırmaq, məhsulun maya dəyərini aşağı salmaq, işin və ona sərf olunan əməyin dəyərini aşağı salmaq və istehsal gücündən daha səmərəli istifadə etmək üçün və həmçinin istehsalın ehtiyatından istifadə etmək məqsədilə təkliflər hazırlayıb təqdim edir. Büronun istehsalat-təsərrüfat fəaliyyəti haqqında hesabatın hazırlanmasını təmin edir. Geodeziya məsələlərinin həllimdə büronun işçilərinə köməklik edir.
Bilməlidir: Qərarları, göstərişləri, yuxarı təşkilatların əmrlərini; büronun istehsalat təsərrüfat fəaliyyətinə aid olan metodiki, normativ və sair rəhbər materialları; büronun prespektivdə texniki inkişafını; büronun işinə (məhsuluna) aid texniki tələbatı və onun istehsal texnologiyasını; büronun avadanlığını və onun düzgün istismarını; texniki-iqtisadi və istehsalat planlaşdırılması üsulu və qaydalarını; təsərrüfat hesabatın metodlarını; əmək haqqının ödənilməsi haqqındakı qüvvədə olan əsasnamə və maddi həvəsləndirmə formalarını; eyni məhsulun istehsalı sahəsində ölkənin və xaricin qabaqcıl təcrübələrini; iqtisadiyyatın əsaslarını; əməyin təşkili; istehsalat və idarəetməni; əmək qanunvericiliyinin əsaslarını; əmək mühafizəsinin norma və qaydaları texniki təhlükəsizliyi, istehsalat sanitariyası; yanğından mühafizəni.
İxtisas tələbləri: ali texniki təhsil, çöl və kameral topogeodeziya işləri üzrə mühəndis-texniki vəzifələrində 5 ildən az olmayaraq iş stajı.
Vəzifə borcu: dəstədə radionaviqasiya sistemini (RNS) və radio emalatxanının, istehsalat tapşırıqlarını yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilməsi məqsədi ilə təşkil etmək, müəssisənin (ekspedisiyanın) rəhbərliyi qarşısında dəstədə, tərtib edilmiş işin təşkili layihəsini müdafiə etmək, radiostansiyaların işi yerinə yetirməyə hazırlığını yoxlamaq. Vaxtlı-vaxtında istehsalat tapşırıqlarını tərtib etmək və radiostansiyalara vermək, əməyin təhlükəsizliyi qaydalarına riayət etməklə təhlükəsizlik-texnikası üzrə texniki əmrnaməni vermək, dəstənin müntəzəm işləməsi üçün lazımi kompleks təşkilat-tədbir işlərini yerinə yetirmək, nəqliyyat vasitələrinin, mənzillərin icarəyə götürmək və hazırlamaq, şəxsi heyətin və yüklərin iş bölgələrinə daşınılmasını təşkil etmək, sistemin radiostansiyalarını mütəxəssislərlə və işçi qüvvəsi ilə təmin etmək, tabe olan sahələri ilə, qida ilə təmin etmək. Müntəzəm olaraq radiostansiyalara rəhbərlik etmək, bunun üçün bütün əlaqə vasitələrindən istifadə edərək, ayda bir dəfədən az olmayaraq hər radiostansiyada texnologiyaya riayət etmək məqsədilə ilə işləri aparmaq, təlimatların tələblərini və göstərişləri, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydaları, sürtkü yanacaq məmulatlarının (SYM) saxlanması, əmək və istehsalat intizamını yerinə yetirmək, qeyd olunan çatışmazlıqları vaxtında aradan qaldırılmasını həyata keçirmək. Radiostansiyalar arasında texniki məlumatlar mübadiləsi təşkil etmək, texniki dərslərin keçirilməsində, imtahanların qəbulunda və başqa işçilərin biliyi yoxlanılan tədbirlərdə iştirak etmək. Qabaqcıl iş üsullarını öyrənmək və tətbiq etmək. əməyin elmi təşkilinin (ƏET) tətbiq etməyə imkan yaratmaq, səmərələşdirmə və ixtira işində fəal iştirak etmək və bu istiqamətdə dəstə işçilərinə kömək etmək, tədqiqat təcrübə işlərinin (TTİ) yerinə yetirilməsini yeni texnikanın və qabaqcıl texnologiyanın tətbiq edilməsini təmin etmək, radiostansiyaların yerləşdiyi sahələrdə yerli təşkilatlarla əlaqə yaratmaq, yerli hakimiyyətin qərarlarını yerinə yetirmək, sistemin yerləşdiyi sahələrdə istirahəti və asudə vaxtı keçirmək üçün əlverişli şərait təşkil etmək, alətlərə, məmulatlara, SYM, elektrik enerjisinə qənaət və nəzarət etmək, dəstə fəaliyyətinin nəticələrini təhlil etmək və maliyyə, texniki hesabatı tərtib etmək, dəstə işçiləri işlərinin qeydiyyat tabelini aparmaq, vaxtlı-vaxtında komitənin radiorabitə rəisinə radiostansiyalarının yerinin dəyişdirilməsi haqqında, işdə olan fasilələr haqqında maneələrin əmələ gəlməsi haqqında məlumat vermək, dəstənin işçilərindən radio-əlaqə şəraitinə və qaydalarına, rabitə nazirliyinin təlimatlarının tələblərinə riayət etmək.
Bilməlidir: Dəstə yerinə yetirən işin texnologiyasını və istehsalatın qarşılıqlı texnoloji əlaqələrini, əməyin iqtisadiyyatını və təşkilini, əməyin mühafizəsi. təhlükəsizlik qaydalarını, dəstənin işini nizama salan təlimatları, standart və texniki göstəriciləri.
Dəstədə istifadə olunan avadanlığı və alətləri, onların yoxlanılmasını və düzəldilməsini saxlama və daşınma qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını əmək qanunçuluğun əsaslarını, dəstədə olan bütün hesabat növlərini və təqdim edilmə müddətlərini. İxtisas tələbləri: Ali texniki təhsil, radiogeodeziya sahəsində mühəndis-texniki vəzifələrində 5 ildən az olmayaraq iş stajı.
Vəzifə borcu: dəniz dəstə rəisinin əsas vəzifəsi nəzərdə tutulan müddətdə plan tapşırıqlarının yerinə yetirilməsi, dəstəyə verilmiş əsas və dövriyyə vəsaitlərindən effektiv istifadə edilməsi, dəniz işləri aparılmasının təhlükəsizliyini, dəniz dəstəsində əmək və istehsalat intizamına riayət edilməsidir. Buna müvafiq olaraq dəstə rəisi borcludur: dəstədə vaxtlı-vaxtında istehsalat tapşırıqlarını maya dəyəri və verilmiş nomenklatura üzrə yüksək keyfiyyətlə icra edilməsi, məhsul vahidinə məsrəfin azaldılması məqsədi ilə dəstədəki briqadaların işini təşkil etmək. Müəssisə rəhbərliyinin razılığı ilə iş sahələrini dəstədəki briqadalar arasında bölüşdürmək.
Dəstədə yerinə yetirilən bütün iş prosesləri üzrə iş layihələrinin vaxtında və keyfiyyətlə tərtib edilməsini təmin etmək. Texniki dərslərin keçirilməsində, imtahanların qəbulunda və yaxud dəstə iş icraçılarının başqa bilik yoxlamalarında iştirak etmək. Dəstənin çöl işlərini təşkil etmə layihəsini tərtib etmək və müəssisəsə rəhbərliyi qarşısında müdafiə etmək. Hər briqadanın işlərinin hazırlığını yoxlamaq. Vaxtı – vaxtında dəstənin istehsalat tapşırıqları planını, təhlükəsizlik üzrə texniki əsasnaməni tərtib etmək və çöl işlərinə başlamazdan qabaq iş icraçılarına vermək. Dəstə-briqadalarının fasiləsiz işləməsi uçun lazımi kompleks tədbirlər planını yerinə yetirmək. İcarə dəstənin bazasını, nəqliyyat vasitələrini, qida anbarlarını hazırlamaq, dəstənin şəxsi heyətini iş yerlərinə aparılmasının təşkili iş mövsümü başa çatanda işlərin ləğv edilməsi, lazımi alətlərlə, avadanlıqla istinad məmulatları, xəritə məlumatları, nəqliyyat təhlükəsizlik vasitələri, qida və s. təmin edilməsi: dəstənin bazasında və briqadalarda əlverişli şərait yaratmaq asudə vaxtı və istirahəti təşkil etmək. Gənc mütəxəssislərin və təzə işə başlayanların işə qoyulmasını həyata keçirmək. Briqadalarla və ekspedisiya ilə fasiləsiz rabitə nazirliyinin təlimatlarına ciddi nəzarət etməklə radiorabitə əlaqəsinin yaradılmasını təmin etmək.
Müntəzəm olaraq yerinə yetirilən işlərin növbəti sxemini aparmaq. Hər ay dəstənin iş icraatçılarından məhsul qəbul etmək çöl mövsümü müddətində ayrı-ayrı sahələrdə məhsulları qəbul etmək və təsdiq edilmiş cədvələ uyğun olaraq məlumatları müəssisəyə təhvil vermək. Ayda bir dəfədən az olmayaraq briqadanın hər briqadanın işinə çöl nəzarəti həyata keçirmək bir sutkadan az olmayaraq çöldə qalmaq şərti ilə qeyd olunmuş nöqsanların vaxtında aradan qaldırılmasına ciddi nəzarət etmək. Yoxlama zamanı və iş icraatçılarından məlumatların qəbul zamanı hidroqrafiya xidmət qaydaları (HXQ-4 və ya PQS-4) "Şelfin və daxili su hövzələrinin topoqrafik plan alınması təlimatı”nı rəhbər tutmaq. Dəstənin iş icraatçıları arasında özünün və qonşu dəstələr arasında texniki məlumatların mübadiləsini təşkil etmək.
İstehsalat məmulatlarında qüvvədə olan xüsusi təlimatlara uyğun olaraq istifadəni və saxlanmasını təmin etmək. Müəssisə üzrə təhsilalanların istehsalat və ya ixtisas üzrə təcrübə keçməyinə nəzarət etmək müəssisə üzrə əmrlə təcrübə rəhbəri təyin edilən zaman isə bu rəhbərliyi həyata keçirmək. İstehsalat yeniliklərini qabaqcıl əmək üsullarını öyrənmək və tətbiq etmək, hər cəhdlə əməyin elmi təşkilinə kömək etmək, ixtira və səmərələşdirmə işlərində iştirak etmək. Bu işdə dəstənin işçilərinə kömək etmək. Təcrübə tədqiqat işlərinin, yeni texnikanın tətbiq edilməsinin və dəniz dəstəsinin tapşırığına uyğun olaraq qabaqcıl texnologiyanın yerinə yetirilməsini təmin etmək. Tədqiq olunan su sahəsində (akvatoriya) dəstənin şəxsi heyətin qalma vaxtını qeyd etmək, yerli icra hakimiyyətinin qüvvədə olan qətnamələrini yerinə yetirmək. Dəstə iş icratçılarının sərf etdiyi məlumatlara nəzarət etmək, alətlərə, ləvazimatlara, nəqliyyat vasitələrinə qayğı ilə yanaşmağı tələb etmək. Dəstə radistinin və anbardarının qiymətli məmulatlarının briqadalara bölüşdürülməsi məsələlərinə nəzarət etmək, yanğın təhlükəsizliyi qaydalarını riayət etmək, qiymətli məmulatlarının saxlanmasına, qeydiyyatı vəziyyətinə əmək və istehsalat intizamına riayət etmək. Müntəzəm olaraq dəstənin maliyyə təsərrüfat fəaliyyətini təhlil etmək, bütün məsrəflər üzrə dəniz işlərinin maya dəyərinin azaldılması üçün tədbirlər görmək. Məxfi sənədlərin çöl işlərində istifadə edilməsi və saxlanması qaydalarına riayət etmək. Dəstənin bazasında işləyənlərin tabel qeydiyyatını aparmaq, hər ay qoyulmuş müddətdə müəssisə rəhbərinə tələb olunan hesabatı, tapşırıqların yerinə yetirilməsini dinləmək. İşin qəbul edilməsi və təhvil verilməsi haqqında məlumat, yekunlaşdırma məlumatlarını və müəssisədə nəzərdə tutulmuş başqa hesabatları təqdim etmək. Dəstə işlərinin yerinə yetirilmə cədvəlini və istehsalat tapşırıqları planının tərtib edilməsində, məmulat texniki təchizat planlarının, dəstənin MTİ və fəhlələrlə təmin olunmasında iştirak etmək. texniki təlimatların tələbləri yerinə yetirilməyəndə rəhbərliklə məsləhətləşərək briqadanın işini dayandırmaq. Briqadaları aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq üçün göndərmək. Briqadaların və işçilərin dəstə daxili yerdəyişmələrini, dəstənin plan tapşırıqlarını keyfiyyətlə və vaxtında yerinə yetirmək məqsədilə həyata keçirmək, Dəniz dəstəsinin bütün müəssisələrdə və ictimai təşkilatlarda ona müəssisə müdiri tərəfindən verilən etibarnaməyə əsasən təmsil etmək.
Bilməlidir: dəniz işini, dəstə tərəfindən yerinə yetirilən işin texnologiyasını, dəniz işləri istehsalatının qarşılıqlı texnoloji əlaqəsini, topoqrafiya-geodeziya və hidroqrafiya istehsalatının iqtisadiyyatını və əməyin təşkilini, əməyin mühafizəsi; təlimatları, standartları və texniki göstərişləri, dəniz işlərində istifadə olunan alətləri və cihazları, onların yoxlanması və düzəldilməsi saxlama və daşıma qaydalarını, dəstə tərəfindən görülən işlərin keyfiyyətini təyin etmək üsullarını və qaydalarını və məlumatları etmə qaydaları, məxfi işlərin aparılması və xüsusi məmulatların saxlama təlimatını, dəstənin yerinə yetirdiyi iş sahələri (obyektləri) haqqında texniki layihənin məzmununu müəssisədə qüvvədə olan normaları, məmulatları, xammalın, yanacağın, xüsusi paltarın, əməyin mühafizəsi qaydalarını, dəniz işlərinin təhlükəsizlik-texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyini, əmək qanunçuluğunun əsaslarını, dəstə üzrə bütün hesabat növlərini və müəssisəyə təqdim etmə müddətini.
İxtisas tələbləri: Ali texniki təhsil, dənizdə topoqrafiya geodeziya işləri üzrə mühəndis-texniki vəzifələrində 5 ildən az olmayaraq iş stajı.
Vəzifə borcu: Dəstənin bütün növ fəaliyyətinə nəzarət edir. Dəstə tərəfindən istehsalat tapşırıqlarının keyfiyyət və kəmiyyət göstəricilərinə görə yerinə yetirilməsini təmin edir. Sahə elmi tədqiqat institutlarının təkliflərindən qabaqcıl idarələrin təcrübələrindən və habelə istehsalatın daxili imkanlarından maksimum istifadə edir, elmi əsasda planlaşdırmanın üsullarını, maddi, maliyyə və əmək sərfi üzrə normativləri tətbiq etməklə yüksək texniki-iqtisadi gözətçilərə nail olmaq üçün dəstənin istehsalat-təsərrüfat fəaliyyətini təşkil edir. Dəstənin yüksək ixtisaslı mütəxəssislərlə təmin edilməsindən, onlara təhlükəsiz və yaxşı iş şəraitinin yaradılmasında, dəstənin perspektiv sosial-iqtisadi planlarının tərtib edilməsində, ətraf mühitin mühafizəsi üzrə əmək qanunvericiliyinə riayət edilməsində iştirak edir, Bölmələrin sosial inkişafı üçün tədbirlər həyata keçirir; kadrların hazırlığı və onun möhkəmləndirilməsi dövlət marağının təmin edilməsinə ciddi riayət olunması, işçilərin yaradıcılıq təşəbbüslərinin inkişaf etdirilməsi üzrə işlər aparır, sosial ədalət prinsipinin düzgün tətbiq edilməsi, idarəetmənin iqtisadi və inzibati üsullarının əlaqələndirilməsini, istehsalatın səmərəliyini artırmaq üçün maddi və mənəvi həvəsləndirilməsini və habelə ona verilmiş tapşırığı və kollektivin işinin nəticəsinə görə hər bir işçinin məsuliyyətinin artırılmasını təmir edir. Bütün məsələləri ona verilmiş hüquqlar müqabilində həll edir və ayrı-ayrı istehsalat-təsərrüfat funksiyalarını digər vəzifəli şəxslərə (briqada rəhbərlərinə və s.) tapşırır. Qanunçuluğa riayət edilməsini, idarəetmənin təkmilləşməsi üçün hüquqi vasitələrdən aktiv istifadə edilməsini, nizam-intizamın möhkəmləndirməsini təmin edir. Briqadirlərə texniki göstərişlər, istehsalat tapşırıqları və geodeziya materiallarının təhvil verilmə qrafikini verir. Briqadaları cihaz, alət, avadanlıq, ləvazimat və qida ilə təmin edir. Müntəzəm olaraq işin keyfiyyətini yoxlayır və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət edir. İcraçıların texniki istehsalat təlimatını həyata keçirir. Briqadalarda yeni texnika və texnologiyanın, əməyin elmi təşkili üzrə tədbirlərin həyata keçirilməsini, səmərələşdiriciliyi və ixtiraçılığı təmin edir. İcraçılardan yerinə yetirilmiş işlərin qəbulunu və təhvil verilməsini təmin edir; maliyyə-texniki hesabatları tərtib edir.
Qurulmuş geodeziya məntəqələrini qorunma üçün yerli hakimiyyət orqanlarına təhvil verir.
Bilməlidir. Topogeodeziya istehsalatına aid olan metodik normativ və digər sənədləri; bölmələrdə plan işlərinin təşkilini; illik və perspektiv planların, onların qeydiyyatı və yerinə yetirilməsinə, nəzarət qaydalarının hazırlanmasını; bölmələr üzrə plan göstəricilərinin hesablanması üsulların; hesabatın tərtib edilmə qaydaları və operativ qeydiyyatının təşkilini; layihə və smetaların tərtibi, topogeodeziya və kartoqrafiya işlərin smeta dəyərinin təyin edilməsi, maddi və əmək məsrəfləri normativlərinin hazırlanması qaydalarını; bölmələrin fəaliyyət nəticələrinin analiz üsulları; plan-qeydiyyat və hesabat sənədlərini; əməyin elmi təşkilini, səmərələşdirici təklif və ixtiraların, yeni texnika və texnologiyanın iqtisadi effektivliyinin təyin edilməsi üsullarının; əməyin, istehsalat təşkilini, iqtisadiyyatını və idarəetməsini; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalatın gigiyenası və yanğından mühafizə norma və qaydalarını.
İxtisas tələbləri: ali texniki təhsil, çöl və kameral topogeodeziya və kartoqrafiya işləri üzrə mühəndis-texniki vəzifələrində 5 ildən az olmayaraq iş stajı.
Vəzifə borcu: ekspedisiyanın, geodeziya mərkəzinin, kontorun fəaliyyətinə müvafiq normativ aktlara əsasən rəhbərlik edir. Çöl və kameral topoqrafiya-geodeziya, mühəndis-geodeziya dəstələrin və ekspedisiyanın başqa struktur bölmələrinin effektli qarşılıqlı iş əlaqələrini təşkil edir. Onların fəaliyyətində əməyin, istehsalatın və idarəetmənin elmi təşkilinə, qabaqcıl texnologiyanın və texnikanın geniş tətbiqinə, təsərrüfat mexanizminin təkmilləşdirilməsi əsasında məhsulun keyfiyyətinə və əmək məhsuldarlığının vasitə ilə artırılmasına yönəldir. Ekspedisiyanın dövlət sifarişlərini təyin olunmuş kəmiyyət göstəriciləri əsasında yerinə yetirilməsini təmin edir. Yüksək texniki-iqtisadi göstəricilərin əldə edilməsini və həmçinin istehsalatın daxili ehtiyatlarının, qabaqcıl təcrübələrin, sahəvi elmi-tədqiqatları institutların tövsiyyələrini maksimal istifadə olunmasını, əməyin, maliyyənin və xammalın sərf edilmə normativlərinin, ekspedisiyanın istehsalat-təsərrüfat fəaliyyətinin planlaşdırılmasında elmi əsaslandırma üsulları əsasında tətbiq olunmasını, işin maya dəyərinin hesablanmasını, işçi layihələrin və smetalların işlənib hazırlanmasını təşkil edir. Perspektiv sosial-iqtisadi alanların tərtib olunmasında, ekspedisiyanın ixtisaslı işçilərlə təmin edilməsində, əməyin təhlükəsizlik və əlverişli şəraitin yaradılmasında, ətraf mühitin qorunmasında, qanunvericiliyin tələblərinə riayət olunmasında iştirak edir. Ekspedisiya kollektivinin sosial vəziyyətinin inkişaf etdirilməsində tədbirlər görür, dövlət marağına ciddi riayət olunmasında intizamın möhkəmləndirilməsini təmin edir, işçilərin yaradıcılıq təşəbbüslərinin inkişaf etdirilməsinə şərait yaradır. Verilmiş hüquq həddində bütün məsələləri həll edir və ayrı-ayrı istehsalat-təsərrüfat funksiya ların yerinə yetirilməsini başqa vəzifəli şəxslərə həvalə edir; ekspedisiyanın rəis müavininə, dəstə rəisinə və həmçinin ekspedisiyanın funksional və istehsalat bölmələrinin rəhbərlərinə, hüquqi vasitələri, idarəetmənin təkmilləşdirilməsində, müqavilə intizamının və təsərrüfat hesablamalarının fəal istifadə olunmasını təmin edir. Dövlətgeodeziya nəzarəti ərazi müfəttişliyinə topoqrafiya-geodeziya işlərinin aparılması barədə məlumat verir. qurulmuş geodezi nişanları və özülü qoyulmuş mərkəzləri yerli hakimiyyət orqanlarına qorunub saxlanması üçün təhvil verir. Dövlət sənədlərini qəbul edir və onların etibarlı saxlanılmasını təmin edir.
Bilməlidir: yuxarı təşkilatların qərarlarını, sərəncamlarını, əmrlərini və ekspedisiyasının fəaliyyətinə aid olan başqa rəhbər və normativ sənədləri; ekspedisiyanın istehsalat qüvvəsini; topoqrafiya-geodeziya və kartoqrafiya məhsulların istehsal texnologiyasını; ekspedisiyanın istehsalat-təsərrüfat planının işlənib hazırlanma və təsdiq edilmə qaydalarının; ekspedisiyanın idarəetmə və təsərrüfatçılıq üsullarını; xaricdə topoqrafiya geodeziya və kartoqrafiya istehsalında elmin və texnikanın müasir nailiyyətlərini və həmçinin qabaqcıl müəssisələrin təcrübələrini; istehsalatı, əməyi və idarəetmənin təşkilini, iqtisadiyyatı; qanunvericiliyin əsaslarını çöl və kameral topoqrafiya-geodeziya və kartoqrafiya işlərini yerinə yetirərkən əməyin mühafizə normasını və hüququ, təhlükəsizlik texnikasını, istehsalat sanitariyasını, yanğına qarşı mühafizəni.
İxtisas tələbləri: ali texniki təhsil, çöl və kameral topoqrafiya-geodeziya sahəsində rəhbər vəzifələrdə 5 ildən az olmayaraq iş stajı.
Vəzifə borcu. Metrologiya laboratoriyasının müdiri saxlanılan və istismar olan ÖV (ölçü vasitələrinin) buraxılan məhsulların keyfiyyətinin yüksəldilməsinə yönəldilən metrologiya təminatı işini təşkil edir. Metrologiya laboratoriyasının müdiri öz fəaliyyətində DSX (dövlət standartları xidməti) və DÖV (dövlət ölçü vasitələri) standartları, Dövlət standartının metodiki göstərişlərinə, metrologiya xidmətinin baza təşkilatı, baş təşkilatın metroloji xidməti və Dövlətgeodezkomun metrologiya təşkilatının əsasnaməsini əldə rəhbər tutur. Metrologiya laboratoriyasının müdiri istismarda olan ÖV texniki qeydiyyatının aparılmasını təmin etməlidir. Alınan ÖV-nin istismar üçün tətbiq edilməsinə, yoxlama-nəzarət və nümunəvi ÖV-nin vəziyyətinə və lazımi səviyyədə saxlanmasına nəzarət edir. İstehsalatın metroloji təminatı vəziyyətinin təhlil edilməsi işini təşkil edir. Nümunəvi və yoxlama-nəzarət ÖV-nin dövlət yoxlamasının və idarə tərəfindən yoxlamaya cəlb edilməyən ÖV-nin illik təqdim cədvəlini işləyib hazırlayır və onun yerinə yetirilməsinə nəzarət edir. Dövlət standartlarının ərazi təşkilatlarına dövlət metorologiya nəzarət həyata keçirməyə yardım edir.
Metrologiya laboratoriyasının müdiri istehsalat məhsullarının yoxlanılmamış cihazlarda yerinə yetirilməsi işini dayandırmaq hüququna malikdir. Metrologiya laboratoriyasının müdiri laboratoriyada yerinə yetirilən yoxlanılmadan sonra buraxılan keyfiyyətsiz cihazlara, təhlükəsizlik texnikası, əməyin mühafizəsi və istehsalat sanitariyası qaydalarının pozulmasına, onun səlahiyyətlərinə daxil olan məsələlərin həll edilməsinə cavabdehdir.
Bilməlidir: Dövlət standartlaşdırma komitəsinin metodiki göstərişlərini, topo-geodeziya istehsalatında istifadə edilən cihaz və avadanlıqları,
İxtisas tələbləri: Ali texniki təhsil, istehsalatın metrologiya təminatı üzrə mühəndis vəzifəsində 5 ildən az olmayaraq iş stajı.
Vəzifə borcu. RNS-in iş bölgəsinin tədqiq və təhlili işini həyata keçirir. RNS-in texniki cəhətdən düzgün istifadə olunmasını, xidmət etmə, qorunmasını təmir işini təşkil edir. Sistem işinin təşkilini həyata keçirir. Qismən təmin etibarlı radiorabitə ilə təmin olunma tədbirlərini həyata keçirir. RNS-in istismarı üçün lazım olan vəsaitin hesablamalarını tərtib edir və məsrəfinə nəzarət edir, enerji avadanlıqlarının moto vəsaitlərinin qənaəti tədbirlərini, təmir arası müddətin uzadılması, YSM və başqa enerji mənbələri qənaətini işləyib hazırlayır. RNS-in şəxsi heyətinin xüsusi hazırlığını təşkil və nəzarət edir, müntəzəm olaraq şəxsi heyətin RNS-inin istismarı və qorunub saxlanılmasına dair biliyini yoxlayır, RNS-in istismarı və qorunması üzrə qabaqcıl təcrübəni ümumiləşdirir, öyrənir və onu tətbiq edir. RNS qurğularının istismarının və yanğından mühafizəsinin düzgünlüyünü təşkil və nəzarət edir, RNS-ə xidməti və əməyin mühafizəsi tədbirlərinin yerinə yetirilməsini təşkil və nəzarət edir. RNS işinin təşkilinə nəzarət üsullarını təkmilləşdirir, RNS-in ehtiyat avadanlıqla təmin olunmasını və CEM-in (cihaz ehtiyat mənbəyi) siyahısını tərtib edir. RNS üzrə texniki-istismar sənədlərinin aparılmasına nəzarət edir, RNS-in texniki xidmət plan cədvəlini tərtib edir. 6 N-li nizamasalma həcmində RNS-ə texniki xidmət işinin həyata keçirilməsinə rəhbərlik edir. RNS-in hər dəfə sıradan çıxmasını diqqətlə tədqiq etməlidir, səbəblərini təhlil edir və dəstə relsinə məlumat verir, sistemin sıradan çıxma hallarının qarşısını almaq üçün tədbirlər görür.
Bilməlidir: Şelfdə topoplanalma işlərini, istifadə edilən radionaviqasiya cihaz və avadanlıqları, istifadə olan təlimat və metodiki göstərişləri. İxtisas tələbləri: Ali texniki təhsil, radionaviqasiya sistemlərinin istifadəsində 5 ildən az olmayaraq iş stajı.
Vəzifə borcu. stansiya avadanlığının enerji mənbələrinin quruluşunu və istismar qaydalarını bilmək; nasazlıqları tapmaq və aradan qaldırmaq, stansiya avadanlığının və enerji mənbələrinin cari təmir işinə rəhbərlik etmək. RNS sıradan çıxan zaman qısa müddətdə onu işə salmalı, sonra isə RNS sisteminin rəisinə hadisə haqqında məlumat vermək, reqlament işlərinin bütün növlərini aparmaq, şəxsi heyətin istismar qaydalarını, stansiya avadanlığının və enerji mənbələrinin cari təmirini öyrətmək, iş yerinə növbəni sayıq çəkməli və RNS-in fasiləsiz işləməsi üçün bütün tədbirləri görmək, özü riayət etməklə şəxsi heyətin təhlükəsiz iş üsullarını öyrətmək. Əməyin mühafizəsi, təhlükəsizlik-texnikası yanğın təhlükəsizliyi təlimatlarına ciddi riayət etmək, əmək intizamına stansiyanın şəxsi heyətinin işinin təşkilinə nəzarət etmək, vaxtlı-vaxtında əməyin mühafizəsi üzrə təlimat vermək, işin təhlükəsizliyi, istismar sənədlərini vaxtlı-vaxtında və düzgün aparmaq, YSM-in məsrəfini stansiyanın maddi-texniki vasitələrinin qeydiyyatını alaraq və onlarla təmin etmək üçün tədbirlər görmək, stansiyada təmizliyə. gigiyenaya nəzarət etmək.
Bilməlidir: stansiya avadanlığının enerji mənbələrinin quruluşunu və istismar qaydalarını, nasazlıqları təyin etmək və aradan qaldırmaq üsullarını, istifadə edilən radionaviqasiya cihaz və avadanlıqları, istifadə olan təlimat və metodik göstərişləri. İxtisas tələbləri: Orta texniki təhsil, radionaviqasiya sistemlərinin istifadəsində 3 ildən az olmayaraq iş stajı.
Vəzifə borcu. Aerogeodeziya müəssisələrini və ayrı-ayrı təşkilatları geodeziya-kartoqrafiya sənədlərlə təmin olunmaları üzrə işləri təşkil edir. Müəssisənin perspektiv inkişafı və onun istiqamətini, xəritə (cizgi planları) və başqa sənədlərin nəşrində mövzu planının öyrənilməsi əsasında, fondun təkmilləşdirilməsinə aid planı işləyib hazırlayır. Geodeziya-kartoqrafiya Fondunun ardıcıl olaraq inventarizasiya. təkmilləşdirilməsi üzrə uçot işinə başçılıq edir. Elmi texniki biliyin effektiv istifadə olunmasına köməklik göstərir, məlumat işlərinin çevikliyini artırmaq, sifarişçilərə xidməti müasirləşdirmək, fondun sənədlərinə olan sorğuları vaxtında razı salmaq üçün şərait yaradılmasına dair tədbirlər görür. Abunəçilər üzrə xidməti təmin edərək, başqa fondlarla əlaqə yaradır. Yeni daxil olan geodeziya-kartoqrafiya sənədlərinin siyahısını tərtib edir. Kataloqların tərtibatına, fonda daxil olan sənədlərin texniki cəhətdən hazır şəklə salınmasında elmi-məlumat və elmi-metodiki işlərin aparılmasına rəhbərlik edir. Müəssisənin bölmə rəhbərləri və mütəxəssisləri ilə onların iş fəaliyyətlərinə aid məsələlər barədə daimi əlaqə saxlayır. Sifarişçilərin sorğuları üzrə arayışın tərtib olunmasına təmin edir. Xəritənin yaradılması və topoqrafiya-geodeziya işləri yerinə yetirilərkən texniki və qabaqcıl istehsalat təcrübəsi, elmin mühümlük təşkil edən mövzuları üzrə sərgilərin yaradılmasında iştirak edir. Təyin olunmuş hesabatın hazırlanmasını və işin əsas göstəriciləri üzrə statik qeydlərin aparılmasını, kartoqrafiya-geodeziya fondunun qorunub saxlanmasını təmin edir. Fondun işçilərinə rəhbərlik edir. Fondun inventar və avadanlıqlarına, yanğına qarşı vasitələrin sazlığına və mövcud olmalarına nəzarət edir.
Bilməlidir: yuxarı təşkilatların qərarlarını, sərəncamlarını, əmrlərini və başqa geodeziya-kartoqrafiya fonduna işin təşkili ilə bağlı olan metodiki normativ sənədləri, müəssisənin quruluşunu, təkmilləşməsini və istiqamətini; fondların uçotunun aparılmasını və verilməsini, axtarışını, qorunub saxlanılmasını, tamamlanmanın qaydasını; fonddakı sənədlərin qəbul edilmiş sahmanda təsvirini və kataloqun tərtib etmə qaydasını; istehsalatın, əməyin və idarə etmənin təşkilində, müəssisənin fəaliyyətinə aidiyyatı olan iqtisadi, qurma və texnoloji məsələləri əhatə edən sorğuları fondun işi haqqında hesabatın tərtib olunma qaydasını; əmək qanunvericiliyinin qaydalarını; əməyin elmi əsaslarda təşkilini; əməyin mühafizəsi normalarını və qaydalarını, təhlükəsizlik texnikasını, yanğına qarşı mühafizəni və istehsalat sanitariyasını. İxtisas tələbləri: Ali texniki təhsil, topoqrafiya-geodeziya və ya kartoqrafiya sahəsində rəhbər vəzifələrdə 3 ildən az olmayaraq iş stajı.
Vəzifə borcu. Aerokosmik və yerüstü planalma metodlarını tətbiq etməklə hərəkətdə olan və başqa obyektlərin koordinatlarını təyin edir, planetlərin, Dünya okeanlarının, Yerin topoqrafik və xüsusi xəritələrini (planlarını) tərtib etmək üçün fotoqrammetriya və geodeziya üzrə kompleks işləri yerinə yetirir. Yeni texnika əldə etmək üçün illik və perspektiv layihələrin tərtibində iştirak edir. Aerofotsgeodeziya və fotoqrammetriya sahələrində görüləcək işlərin layihələrinin tərtibində, texniki-təşkilat tədbirlərinə, topoqrafiya-geodeziya məhsullarının istehsalında tətbiq olunan metodun təkmilləşməsinə təkliflər verir. Cihazların yoxlanılması üçün təqvim qrafiki tərtib edir; müəssisədə hazırlanan və başqa təşkilatlardan daxil olan texnoloji sənədləri ekspertizadan keçirir, iş yeri üçün keçirilməsi attestasiyada iştirak edir, layihələndirmə üçün texniki tapşırıqların hazırlanmasında, xüsusi təyinatlı ölçmə işlərini aparmaq üçün vəsaitin hazırlanmasında müəssisənin hazırladığı məhsulun dövlət attestasiyasına hazırlanmasında, həmçinin texnoloji prosesin pozulması səbəbinin analizində iştirak edir. Qeyri istehsal sahələrinə xammalın; materialların, enerjinin və s. işlənməsi və istehsalatda itkilərin səbəbini tədqiq edib, öyrənir. Texnoloji qurğuların müəyyənləşmiş dəqiqlik normasına müvafiq olmasını yoxlayır. Dövlət və sahə standartlarının tətbiqində və ölçmənin dəqiqləşdirilməsini müəyyən edən başqa normativ sənədlərin tətbiqində iştirak edir. Yeni alət (cihaz) və ölçmə üsulunun tətbiqinin iqtisadi səmərəliyini hesablayır, respublikanın və xarici ölkələrin aerofotogeodeziya (aerofotoqrafiki, aerokosmik, fotoqrammetriki, aeroşəkillərin deşifrəsi) işləri sahəsində qabaqcıl təcrübələrini öyrənir. Aerofotogeodeziya sahəsində normativ sənədlərin hazırlanmasında iştirak edir. Mahiyyəti müvafiq texniki təlimatda müəyyən edilmiş, fotoqrammetriki, stereotopoqrafiki və sair aerofotogeodezi işləri yerinə yetirir. Briqada üzvlərinin işlərinə rəhbərlik edir, işin görülməsi təqvim qrafikini tərtib edir, hər bir işçinin iş normasını yerinə yetirmək üçün onlara şərait yaradır. İşin keyfiyyətlə yerinə yetirilməsini yoxlayır və onun həyata keçməsini təmin edir, əmək məhsuldarlığını qaldırmaq üçün ehtiyat imkanlardan istifadə olunmasını həyata keçirir. İş icraçılarından icrası başa çatmış (qurtarmış) işləri qəbul edir və müəyyən edilmiş yuxarı təşkilata və texniki nəzarət şöbəsinin (TNŞ) müfəttişinə təhvil verir. İş vaxtının uçotuna aid ilkin sənədlərin vaxtında və düzgün qaydaya salınmasını təmin edir və həyata keçirir, sənədlərinin qəbulunu və saxlanmasını təmin edir. Ətraf mühitin qorunması üçün tədbirlər görür. Briqada üzvlərinin istehsalat və əmək intizamına, əmək mühafizəsi qaydalarının qəti yerinə yetirilməsinə, texniki təhlükəsizliyə və istehsalat sanitariyasına riayət olunmasına nəzarət edir. Briqadanın fəaliyyətinin nəticələrini analiz edir, maliyyə-texniki hesabat tərtib edir.
Bilməlidir: qərarları, tapşırıqları, yuxarı təşkilatların əmrlərini, çöl və kameral topoqrafiya-geodeziya və kartoqrafiya işlərinin aparılmasının metodikasını və normasını; işçi yerlərinin attestasiyadan keçməsi üçün standartları və sair normativ sənədləri, o cümlədən stereogörmənin yoxlanmasını, istismarını, cihazların yoxlanıb yustirə olunmalarını; müəssisənin hazırladığı məhsullara təqdim olunan texniki tələbləri, məhsul istehsalının texnologiyasını; ölçü vasitələrinin xarakteristikasını, konstruksiyasının xüsusiyyətini, onun mahiyyətini, iş prinsipini, təmirin texnologiyasını; ölçmə metodlarını; məhsulun dövlət attestasiyasından keçməsi qaydasını; aerofotogeodeziya və topoqrafiya-geodeziya işlərinin aparılması və istehsalın təminatı sahəsində respublikanın və xarici ölkələrin qabaqcıl təcrübələrini; layihələndirmədə texniki normativin əsas tələblərini; yeni texnikanın iqtisadi səmərəliliyini təyin etmə metodunu; iqtisadiyyatın əsasını, əməyin elmi təşkilini, istehsalat və idarəetmənin təşkilini; əmək qanunvericiliyinin əsaslarını; təhlükəsizlik texnikasını; əməyin mühafizəsi norma və qaydalarını, istehsalat sanitariyası və yanğından mühafizəni.
Ödəniş dərəcələrinə qoyulan ixtisas tələbləri:
6-7-ci dərəcələr: iş stajına tələb qoyulmadan ali texniki təhsil;
8-9-cu dərəcələr: ali texniki təhsil və 7-ci dərəcəli aerofotogeodezist vəzifəsində 2 ildən az olmayaraq iş stajı;
10-11-ci dərəcələr: ali texniki təhsil və 9-cu dərəcəli aerofotogeodezist vəzifəsində 2 ildən az olmayaraq iş stajı;
12-4-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli aerofotogeodezist vəzifəsində 2 ildən az olmayaraq iş stajı;
Vəzifə borcu: Topoqrafik xəritələrlə (planlarla) müxtəlif xəritələrin tərtibatı işlərini, xəritələrin (planların) nəşrə hazırlanmasında cizgi-qaydaya salma işlərini, mikrofilmləşdirmə, texniki və sair sənədlərin çoxaldılması işlərini görür. Yeni texnikanın tətbiqi üçün illik və perspektiv plan layihələrinin tərtibində iştirak edir, kartoqrafiya sahəsində planlaşdırılmış tədbirlərə„ texniki-təşkilat tədbirlərinə, kartoqrafik (reproqrafik) məhsulları əldə etmək üçün iş metoduna və vəsaitin təkmilləşdirilməsinə təkliflər verir, cihazların yoxlanması üçün təqvim qrafiki tərtib edir. Müəssisədə hazırlanan və başqa təşkilatlardan daxil olan konstruktor və texnoloji sənədləri ekspertizadan keçirir: iş yeri üçün keçirilən atestasiyada iştirak edir, layihələşdirmə üçün texniki tapşırıqların hazırlanmasında, xüsusi təyinatlı qurğuların hazırlanmasında, müəssisənin istehsal etdiyi məhsulların dövlət attestasiyasına hazırlanmasında, texnoloji rejimin pozulması səbəbini analiz edir. Qeyri-istehsal sahələrinə xammalın, materialların, enerjinin işlənməsi və istehsalatda sair itkilərin aşkarlanmasında iştirak edir. Texnoloji qurğuların müəyyənləşmiş dəqiqlik normasına müvafiq olmasını yoxlayır. Dövlət və sahə standartlarının müxtəlif normativ sənədlərinin tətbiqində kartoqrafik məhsulların keyfiyyətini müəyyən edilmiş qaydaya salmaqda iştirak edir. Xəritələrin tərtibində, onların təhvil verilməsinə hazırlıqda və s. işlərdə yeni metod və qurğuların (alətlərin) tətbiqinin iqtisadi səmərəliliyini hesablayır. Ölkə və xarici ölkələrin kartoqrafik işlər sahəsindəki qabaqcıl təcrübələrini öyrənir, Kartoqrafiya sahəsində normativ sənədlərin hazırlanmasında iştirak edir. Mahiyyəti müvafiq texniki təlimatda müəyyən edilmiş mikrofilmləşdirmə, tərtibatçılıq cizgi-qaydaya salma işlərini, müəyyənləşmiş iş vaxtında yerinə yetirir. Briqada üzvlərinə rəhbərlik edir, işin görülməsi təqvim qrafikini tərtib edir, hər bir işçinin iş normasını yerinə yetirmək üçün onlara şərait yaradır. İşin keyfiyyətlə yerinə yetirilməsini yoxlayır və onun həyata keçməsini təmin edir, əmək məhsuldarlığını qaldırmaq üçün ehtiyat qüvvələrdən (imkanlardan) istifadə olunmasını həyata keçirir. İş icraçılarından icrası başa çatmış işləri qəbul edir və qoyulmuş qaydada onları təhvil verir. İş vaxtının uçotuna aid ilkin sənədlərin vaxtında və düzgün qaydaya salınmasını təmin edir və həyata keçirir.
Dövlət sənədlərinin qəbulunu və saxlanmasını təmin edir.
Ətraf mühitin qorunması üçün tədbirlər görür. Briqada üzvlərinin istehsalat və əmək intizamına, əmək mühafizəsi qaydalarının yerinə yetirilməsinə, texniki təhlükəsizliyə və istehsalat sanitariyasına riayət etmələrinə nəzarət edir. Briqadanın fəaliyyətinin nəticələrini analiz edir, maliyyə-texniki hesabat tərtib edir.
Bilməlidir: qərarları, tapşırıqları, yuxarı təşkilatların əmrlərini, kartoqrafik məhsulun istehsalına aid normativ və sair rəhbər materialları; işçi yerlərinin attestasiyadan keçməsi üçün standartları və sair normativ sənədləri, istismarı, cihazların yoxlanmasını; müəssisənin istehsal etdiyi məhsullara təqdim olunan texniki tələbləri, məhsul istehsalının texnologiyasını; kartoqrafik vəsaitlərin iş prinsipi və onun mahiyyətini, texniki xarakteristikasını, konstruksiyasının xüsusiyyətini, avadanlığın təmir olunmasının texnologiyasını; məhsulun dövlət attestasiyasından keçməsi qaydasını; kartoqrafiya aerofotogeodeziya və topoqrafiya-geodeziya işlərinin aparılması və istehsalın təmini sahəsində ölkə və xarici ölkələrin qabaqcıl təcrübələrini; yeni texnikadan iqtisadi səmərəliliyini təyin etmə metodları (üsulları); iqtisadiyyatın əsasını; əməyin elmi təşkilini; istehsalın və idarəetmənin təşkilini; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi norma və qaydalarını, təhlükəsizlik texnikasını, istehsalat sanitariyası və yanğından mühafizəni.
Ödəniş dərəcələrinə qoyulan ixtisas tədbirləri:
6-7-ci dərəcələr: iş stajına tələb qoyulmadan ali texniki təhsil;
8-9-cu dərəcələr: ali texniki təhsil və 7-ci dərəcəli kartoqraf vəzifəsində 2 ildən az olmayaraq iş stajı;
10-11-ci dərəcələr: ali texniki təhsil və 9-cu dərəcəli kartoqraf vəzifəsində 2 ildən az olmayaraq iş stajı;
12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli kartoqraf vəzifəsində 2 ildən az olmayaraq iş stajı;
Vəzifə borcu. Əsasən yüksək dəqiqlikli astronomiya-geodeziya işlərini yerinə yetirir, qrammetrik və peyki müşahidələr aparır; dövlət geodeziya şəbəkəsi qurulmasında kompleks işləri yerinə yetirir; geodezi ölçmələrin hesablamalarını aparır; sosial məqsədli obyektlərin tikilməsi üçün geodezi işləri yerinə yetirir; Xəzərin şelfində topogeodeziya və qravimetrik işləri yerinə yetirir; nəqliyyat və hidrotexniki qurğuların, sənaye və şəhər obyektlərinin tikilməsi üçün geodezi axtarış işlərinin layihəsini tərtib edir, müxtəlif mühəndis qurğuların, güclü elektrik stansiyaların, bəndlərin, nadir sürətləndiricilərin, iri radioteleskopların və sairlərin tikintisində layihənin naturaya köçürülməsi və onların montajında bilavasitə iştirak edir; qurğu və konstruksiyaların deformasiyalarını tədqiq edir. İllik və perspektiv layihələrin hazırlanmasında, yeni texnikanın tətbiqində iştirak edir; geodeziya işlərinin yerinə yetirilməsi üçün sahə planlarına və geodeziya-topoqrafiya işlərinin icra olunma metodu və vəsaitlərinin təkmilləşdirilməsi məqsədilə texniki, təşkilatı tədbirlər planına təkliflər verir. Müəssisədə hazırlanan və başqa təşkilatlardan daxil olan texniki sənədləri ekspertizadan keçirir; iş yeri üçün keçirilən attestasiyada iştirak edir. Xüsusi təyinatlı ölçmə vasitələrinin layihələndirilməsi və hazırlanması üçün texniki tapşırıqların hazırlanmasında texnoloji avadanlıqların təyin olunmuş dəqiqliyə uyğunluğunu yoxlayır; istehsal etdiyi məhsulun dövlət attestasiyasına hazırlanmasında və həmçinin texnoloji rejimin pozulması səbəbinin analizində iştirak edir. Texnoloji qurğuların müəyyənləşmiş dəqiqlik normasına müvafiq olmasını yoxlayır. Dövlət və sahə standartlarının tətbiqində və ölçmənin dəqiqləşdirməsini müəyyən edən başqa normativ sənədlərin tətbiqində iştirak edir. Yeni alətin və ölçmə üsulunun tətbiqinin iqtisadi effektivliyini hesablayır. Ölçü üçün yeni alət və cihazların alınması məqsədilə sifariş layihəsini tərtib edir. Azərbaycan Respublikasındakı və xarici ölkələrdəki geodezi ölçmə işlərinin qabaqcıl formalarını öyrənir, geodeziya sahəsində normativ sənədlərin hazırlanmasında iştirak edir. Briqada işçilərinə rəhbərlik edir, hərəkət marşrutunu tərtib edir, istehsalın işi haqda təqvim qrafiki hazırlayır, hər bir işçinin iş normasının yerinə yetirməsi üçün şərait yaradır. Görülən işlərin keyfiyyətlə yerinə yetirilməsinə şərait yaradır və onlara nəzarət edir. Əmək məhsuldarlığını yüksəltmək üçün ehtiyat əmək qüvvələri imkanlarından istifadə olunması tədbirlərini həyata keçirir. İş icraçılarından icrası başa çatmış işləri qəbul edir və müəyyən olunmuş qaydada yuxarı təşkilata və texniki nəzarət şöbəsinin (TNŞ) müfəttişliyinə təhvil verir. İş vaxtının qeydiyyatına aid ilkin sənədləri vaxtında və düzgün qaydaya salınmasına təmin edir və həyata keçirir. Dövlət sənədlərinin qəbulunu və qorunub saxlanmasını təmin edir. Ətraf mühitin qorunması üçün tədbirlər görür. Briqada üzvlərinin istehsal və əmək intizamına, əmək mühafizəsi qaydalarının qəti yerinə yetirilməsinə, texniki təhlükəsizliyə və istehsal sanitariyasına aid olunmasına nəzarət edir. Briqadanın fəaliyyətinin nəticələrini analiz maliyyə-texniki hesabat tərtib edir. Qorunub saxlanması üçün geodezi məntəqələri yerli dövlət təşkilatlarına təhvil verir.
Bilməlidir. qərarları, tapşırıqları, yuxarı təşkilatların əmrlərini, çöl və kameral topoqrafiya-geodeziya işlərinin aparılmasına aid normativ və başqa rəhbər materialları; standartları, işçi yerlərinin attestasiyadan keçməsi üçün digər normativ sənədləri, alət və cihazların istismarını, yoxlanmasını, onların yustirə olunmalarını (tənzimlənməsini), saxlanmasını, müəssisənin istehsal etdiyi məhsullara təqdim olunan texniki tələbləri, məhsul istehsalının texnologiyasını; ölçü cihazlarının texniki xarakteristikasını, konstruksiyasının xüsusiyyətini, onların iş prinsipini və onun mahiyyətini, təmirin texnologiyasını; ölçmənin metodları, məhsulun dövlət attestasiyasından keçməsi qaydasını; geodezi işlərin aparılması sahəsində və istehsalın təminatı sahəsində ölkə və xarici ölkələrin qabaqcıl təcrübələrini; layihələrin tərtibatını, əməyin elmi təşkilinin əsas tələblərini, yeni ölçmə cihazlarının iqtisadi səmərəliliyini təyin etmə üsullarını; iqtisadiyyatın əsasını, əməyin elmi təşkilini, istehsalın və idarəetmənin təşkilini; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi norma və qaydalarını, təhlükəsizlik texnikasını, istehsalat sanitariyasını və yanğından mühafizəni.
6-7-ci dərəcələr: iş stajına tələb qoyulmadan ali texniki təhsil;
8-9-cu dərəcələr: ali texniki təhsil və 7-ci dərəcəli geodezist vəzifəsində 2 ildən az olmayaraq iş stajı;
10-11-ci dərəcələr: ali texniki təhsil və 9-cu dərəcəli geodezist vəzifəsində 2 ildən az olmayaraq iş stajı;
12-ci dərəcə; ali texniki təhsil və 11-ci dərəcəli geodezist vəzifəsində 2 ildən az olmayaraq iş stajı.
Vəzifə borcu. Briqadirlərdən (sex rəislərinin tapşırığı ilə) alınmış sifarişlərə əsasən 1-ci şöbədən istinad məmulatlarını alır, onları iş icraçılarına verir, istifadə etmə müddətinə və vaxtında qaytarılmasına nəzarət edir. Lazım olan vaxt rejim məmulatlarının hazırlanmasında iştirak edir. Hazır iş vaxtı yaranan məhsulu 1-ci şöbəyə təhvil verir, artıq nüsxələri və zay məhsulları qoyulan qaydalar əsasında məhv edir. Rejim məhsulları hazırlanan vaxt əmələ gələn zay və tullantı məhsullarının ləğv edilənə qədər saxlanmasına nəzarət edir. Bölmə rəhbərlərinin çoxaldılmaq üçün yazdığı fotosurətlərin hazırlanması rejim məmulatlarının kitab şəklində bağlanıb cildlənməsi üçün verilən tapşırıq vərəqlərini qeydiyyatdan keçirir. Qüvvədə olan rejim işləri üzrə rəhbər sənədlərin, rejim işçiləri üçün olan "əldə rəhbər tutulan" təlimatın sex işçiləri tərəfindən dəqiq yerinə yetirilməsini tələb edir. İş icraçılarını 1 şöbədən aldığı N-li möhürlə və şəxsi hesab kitabçası ilə təmin edir. Ayda bir dəfə sexdə, iş yerlərində rejim sənədlərinin və məmulatlarının saxlanma və istifadə etmə qaydalarını yoxlayır. Bütün aşkar edilən çatışmamazlıqlar haqqında gecikdirmədən sex rəisinə və I şöbənin rəisinə məlumat verir. Yoxlamanın nəticələrini yoxlama qeydiyyatı üçün xüsusi iş dəftərinə daxil edir. Qabaqcadan rejim topoqrafiya-geodeziya və xəritəşünaslıq və foto işləri üçün nəzərdə tutulan kağızların, vatman kağızlarının, formaların, blankların və başqa məmulatların qeydiyyatını aparır. Sexdə aparılan rejim işlərinin təşkili haqqında təzə qəbul olunanlarla və başqa bölmələrdən keçirilən şəxslərlə söhbət aparır.
Bilməlidir: Məmulatların qeydiyyat, saxlama təlimatının tələblərini, rejim işləri ilə əlaqədar olan rəhbər sənədləri və qaydalarını; istehsalatın təşkilini və texnologiyanın əsaslarını; əməyin mühafizəsi və təhlükəsizlik texnikasının qaydalarını.
Ödəniş dərəcələrinə qoyulan ixtisas tələbləri:
4-cü dərəcə: iş stajına tələb qoyulmadan orta texniki təhsil;
5-6-cı dərəcələr: orta texniki təhsil və 4-cü dərəcəli məxfi işlər üzrə texnik vəzifəsində 2 ildən az olmayaraq iş stajı;
7-8-ci dərəcələr: orta texniki təhsil və müvafiq olaraq 5-6-cı dərəcəli məxfi işlər üzrə texnik vəzifəsində 2 ildən az olmayaraq iş stajı.
Vəzifə borcu. Avadanlığın və enerji mənbələrinin düzgün istismarı qaydalarını bilməlidir və onları ciddi surətdə yerinə yetirməlidir; işləyən avadanlığın yanında növbəni sayıq çəkməlidir, fasiləsiz işləməsi üçün bütün tədbirləri görməlidir, radiostansiyanı və ətraf ərazini təmiz vəziyyətdə saxlamalıdır, avadanlığın və enerji mənbələrinin cari təmirini yerinə yetirməlidir, bütün nizama salma işlərinin keçirilməsində iştirak etməlidir. Qulluq etdiyi avadanlıqda olan nasazlığı artırmaq üçün nəzarət-ölçü cihazlarından istifadə qaydalarının öyrənilməsində fəal iştirak etməlidir, stansiyada olan bütün sənədləri aparmalıdır, əməyin mühafizəsi və təhlükəsizlik texnikası: təlimatlarına riayət etməlidir. Əməyin təhlükəsiz üsullarını təmin etməlidir. RNS stansiyasının rəisinə stansiyada işin təşkili və nizam-intizam məsələlərində şəxsi heyətin istismar qaydalarının öyrənilməsinə və avadanlığın və enerji mənbələrinin cari təmirini yerinə yetirmək işində kömək etməlidir, rabitə vasitələrindən istifadə etməyi bacarmalıdır.
Bilməlidir: radionaviqasiya avadanlığına aid olan avadanlıq və cihazları, onların istifadə etmə, təmir, təhlükəsiz istifadə qaydalarını.
4-cü dərəcə: iş stajına tələb qoyulmadan orta texniki təhsil;
5-6-cı dərəcələr: orta texniki təhsil və 4-cü dərəcəli radionaviqasiya stansiyasının operatoru vəzifəsində 2 ildən az olmayaraq iş stajı;
7-8-ci dərəcələr. orta texniki təhsil və müvafiq olaraq 5-6-cı dərəcəli radionaviqasiya stansiyasının operatoru vəzifəsində 2 ildən az olmayaraq iş stajı.
Vəzifə borcu. Aerofotoşəkil və kosmosdan çəkilmiş şəkillərin üzərində müxtəlif üsullarla kompleks ölçüləri və həmçinin kortoqrafiyada, geologiyada və başqa məqsədlərdə elektron-hesablayıcı texnikası vasitəsi ilə hesablama işlərini yerinə yetirir; yer səthinin çəkilmiş şəkillərindən plan və sxemlər (fotoplan və fotosxemlər) hazırlayır. Bölmənin istehsalat-təsərrüfat fəaliyyətini təhlil edir; texniki avadanlıqların təyin edilmiş dəqiqlik normalarına uyğunluğunu yoxlayır; xüsusi ölçmə işlərini yerinə yetirir və həmçinin yeni ölçmə vasitəsinin tətbiq edilməsində iqtisadi səmərəsini hesablayır. Yoxlama vasitə və üsulların ölçmə dəqiqliklərini nizamlayan normativ sənədlərin və başqa standartlar fondun tətbiqi üzrə işləri yerinə yetirir. Müəssisə bölməsinə lazımi fotoqrammetrik avadanlıqlara olan tələbatın müəyyən edilməsində və onların alınması üçün sifarişin hazırlanmasında iştirak edir. Ölçü cihazların əməli (uçotunu) qeydiyyatını aparır, topoqrafiya-geodeziya işlərində planın yerinə yetirilməsi haqqında hesabatı hazırlamaq üçün lazımi məlumatları toplayaraq, sahmana salır. Dövlət sənədlərinin qəbul olunmasını və etibarlı saxlanmasını təmin edir. Mahiyyəti iş normalarında müəyyənləşmiş ayrı-ayrı fotoqrommetrik işləri yerinə yetirir.
Bilməlidir: topoqrafiya-geodeziya və kartoqrafiya istehsalının müasir vəziyyətini; fotoqrammetrik işləri yerinə yetirərkən standartları, müddəaları, təlimatları, məhsulun (işin) və işçi yerinin attestasiyasına aid başqa normativ sənədləri, ölçmə vasitələrinin istismarını, təmirini, yoxlanmasını və dəqiqləşdirilməsini; ölçü vasitələrinin tətbiqi əsaslarını, təyinatını, texniki xarakteristikasını, quruluş xüsusiyyətini və onların təmir texnologiyasını; istehsalatın texnoloji əsaslarını; ölçməni yerinə yetirmək və məhsulun hazırlanması üsulunu; texniki sənədlərin tərtibini və ardıcıllığını, yoxlama vasitələrini və üsullarını, ölçmənin dəqiqlik həddini şərh edən standartlar fondunun və başqa sənədlərin tətbiq edilməsi qaydalarını; tikilən, bərpası yerinə yetirilən mühəndisi qurğuların və s. əsaslarını, topoqrafiya-geodeziya istehsalatının təşkilini və planlaşdırılmasını, əmək mühafizəsini, texniki təhlükəsizliyi, yanğından mühafizəni və ətraf mühitin qorunması. Stereogörmə qabiliyyətinə malik olmalıdır.
Ödəniş dərəcələrinə qoyulan ixtisas tələbləri:
4-cü dərəcə: iş stajına tələb qoyulmadan orta texniki təhsil;
5-6-cı dərəcələr: orta texniki təhsil və texnik-aerofdtogeodezist vəzifəsində 2 ildən az olmayaraq iş stajı;
7-8-ci dərəcələr: orta texniki təhsil və texnik-aerofotogeodezist vəzifəsində 2 ildən az olmayaraq iş stajı.
Vəzifə borcu. Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsini, topoqrafik və xüsusi xəritələrin (planların) nəşhə hazırlanmasını, başqa sənədlərin surətinin çıxarılmasını, çoxaldılmasını yerinə yetirir. Bölmənin istehsalat-iqtisadi hesablamalarını aparır və istehsalat-təsərrüfat fəaliyyətini təhlil edir; texnoloji avadanlıqların təyin edilmiş dəqiqlik normalarına uyğunluğunu yoxlayır. Müəssisə bölməsinə lazımi avadanlığın müəyyən edilməsində, onların alınması üçün sifarişin hazırlanmasında iştirak edir. Kartoqrafik məhsulların (işlərin) dəqiqliklərini nizamlayan normativ sənədlərin və başqa normativ standartlar fondunun tətbiqi üzrə işlərin yerinə yetirir. Xəritələrin tərtibində və onların nəşrə hazırlanmasında planın yerinə yetirilməsi haqqında məlumatları toplayır və səhmana salır, vacibliyi lazım olan avadanlıqların əməli qeydiyyatlarını aparır. Dövlət sənədlərinin qəbulunu və etibarlı saxlanmasını təmin edir. Əmək və istehsalat intizamına, əməyin mühafizəsi və ətraf mühitin qorunmasına təhlükəsizlik texnikasına və istehsalatın sanitariya qaydalarına ciddi riayət edir. Yanğından mühafizə qaydalarına əməl olunmasını təmin edir. Norma ilə müəyyənləşdirilmiş kartoqrafik işlərini yerinə yetirir, tərtibat işlərinin düzgünlüyünə nəzarət edir, lazımi qeydlər aparır.
Bilməlidir: topoqrafiya-geodeziya və kartoqrafiya işlərinin müasir vəziyyətini və yerinə yetirilmə üsullarını; xəritələrin redaktə olunma üsulunu; xəritələrin nəşr olunması texnologiyasının əsaslarını, iqtisadiyyatı; kartoqrafiya istehsalatının təşkilini və planlaşdırılmasını; işçi yerlərinin və kartoqrafiya məhsullarının attestasiyaları üzrə standartları, müddəaları, təlimatları və başqa normativ sənədləri; istehsalatın texnoloji əsaslarını; tətbiq edilən avadanlıqların istismar qaydalarını; buraxılan məhsulun keyfiyyətini və işin dəqiqliyini nizamlayan standartlar fondunun və başqa texniki sənədlərin tərtib olunma qaydasını; topoqrafiya-geodeziya və kartoqrafiya istehsalatının təşkilinin və planlaşdırmanın əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizliyi və əməyin təhlükəsizliyi standartları sisteminə (ƏTSS) müvafiq olaraq, yanğına qarşı mühafizə qaydalarını; təbiətin və ətraf mühitin qorunması məsələlərini.
ÖDƏNİŞ DƏRƏCƏLƏRİNƏ QOYULAN İXTİSAS TƏLƏBLƏRİ
4-cü dərəcə: iş stajına tələb qoyulmadan orta texniki təhsil;
5-6-cı dərəcələr: orta texniki təhsil və 4-cü dərəcəli texnik-kartoqraf vəzifəsində 2 ildən az olmayaraq iş stajı;
7-8-ci dərəcələr: orta texniki təhsil və 6-cı dərəcəli texnik-kartoqraf vəzifəsində 2 ildən az olmayaraq iş stajı.
Vəzifə borcu. Müxtəlif üsullarla çöl və kameral astronomiya-geodeziya və qravimetrik işləri yerinə yetirir; bölmənin təsərrüfat-istehsalat fəaliyyətini təhlil edir; texnoloji avadanlıqları təyin olunmuş normalarına uyğun kəlməsini yoxlayır; xüsusi ölçmə işlərini aparır, yəni ölçü vasitələrinin tətbiqi üzrə iqtisadi səmərəsini hesablayır. Yoxlama vasitələri və üsullarını, ölçmə dəqiqliklərini nizamlayan normativ sənəd və standartlar fondunun tətbiqi üzrə işləri icra edir. Müəssisənin bölməsinə tələb olunan geodezi ləvazimatlarının müəyyənləşdirilməsində, onların alınması üçün sifarişlərin hazırlanmasında iştirak edir. Əməli olaraq ölçü vasitələrinin qeydiyyatını aparır, topoqrafiya-geodeziya işlərində planın yerinə yetirilməsi haqqında hesabatın hazırlanmasında lazım olan məlumatları toplayıb qaydaya salır. Dövlət sənədlərinin qəbulunun təmin edir. əmək və istehsalat intizamına əməyin mühafizəsinə və ətraf mühitin qorunmasına və istehsalatın sanitariya qaydalarının ciddi yerinə yetirilməsinə riayət edir. Normativ sənədlərin tələblərinə uyğun olan topoqrafiya-geodeziya işlərini yerinə yetirir. Briqadanın işində işçilərə rəhbərlik edir.
Bilməlidir. topoqrafiya-geodeziya və kartoqrafiyanın müasir istehsalat vəziyyətini; standartları, müddəaları, təlimatları, işçi yerlərinin və geodeziya məhsullarının atestasiyası üzrə normativ və başqa metodiki sənədləri; ölçü vasitələrinin mühafizə olunmasını və tələb olunan ölçüyə salınmasını,;oxlanmasını, istismarını, təmirini; texniki səciyyəvi və quruluş xüsusiyyətini, Ölçü vasitələrinin tətbiq olunması əsaslarını və təyinatın, onların təmir edilməsinin texnologiyasını; istehsalat texnoloji əsaslarını, ölçmənin yerinə yetirilməsi və topoqrafiya-geodeziya məhsullarının hazırlanması üsullarını; texniki sənədlərin nizama salınması və qanuniləşdirilməsi qaydalarını, yoxlama vasitələri və üsulların ölçmə dəqiqliklərin nizamlayan başqa sənədləri və standartlar fondunun tətbiqi qaydalarını; mühəndis qurğuların əsaslarını; axtarış zamanı yerinə yetirilən geodeziya işlərini, layihələşdirməni və mühəndis qurğuların əsaslarını; axtarış zamanı yerinə yetirilən geodeziya işlərini, layihələşdirməni və mühəndis qurğuların tikintisini; iqtisadiyyatı, topoqrafiya-geodeziya istehsalatının planlaşdırılmasını və təşkilini; təhlükəsizlik standartlar sisteminə (TSS) müvafiq olaraq əmək mühafizəsi qaydasını, texniki təhlükəsizliyi və yanğından mühafizəni; təbiəti və ətraf mühitin qorunması məsələsini.
ÖDƏNİŞ DƏRƏCƏLƏRİNƏ QOYULAN İXTİSAS TƏLƏBLƏRİ
4-cü dərəcə: iş stajına tələb qoyulmadan orta texniki təhsil;
5-6-cı dərəcələr: orta texniki təhsil və 4-cü dərəcəli texnik-geodezist vəzifəsində 2 ildən az olmayaraq iş stajı;
7-8-ci dərəcələr: orta texniki təhsil və 6-cı dərəcəli texnik-geodezist vəzifəsində 2 ildən az olmayaraq iş stajı.
Vəzifə borcu. Topoqrafiya-xəritəsini (planını) müxtəlif üsullarla yaradılmasında çöl və kameral və həmçinin şelf daxili göllərin topoqrafik planalma işlərini yerinə yetirir. Bölmənin istehsalat-təsərrüfat fəaliyyətini təhlil edir; təyin olunmuş normalarına texnoloji avadanlıqların uyğun gəlməsini yoxlayır; texniki hesablamaları yerinə yetirir. Yoxlama vasitələrin ölçmə dəqiqliklərinə hədd qoyan normativ sənəd və standartlar fondunun tətbiqi üzrə işləri icra edir. Müəssisənin bölməsinə tələb olunan ləvazimatların (yüksək dəqiqli stereofotoqrammetriya və b. cihazları) müəyyənləşdirilməsində və sifarişlərin hazırlanmasında və onların əldə edilməsində iştirak edir. Əməli olaraq ölçü vasitələrinin qeydiyyatını aparır, topoqrafiya-geodeziya işlərində planın yerinə yetirilməsi haqqında hesabatın hazırlanmasında lazım olan məlumatları toplayıb qaydaya salır. Dövlət sənədlərinin qəbulunun təmin edir. Əmək və istehsalat intizamına, əməyin mühafizəsinə və ətraf mühitin qorunmasına və istehsalatın sanitariya qaydalarının ciddi yerinə yetirilməklə riayət edir. Mahiyyətcə normativ sənədlərin tələblərinə uyğun olan topoqrafiya-geodeziya işlərini yerinə yetirir. Briqadanın işində işçilərə rəhbərlik edər.
Bilməlidir: topoqrafiya-geodeziya və kartoqrafiyanın müasir istehsalat vəziyyətini; stadartları, müddəaları, təlimatları və başqa normativ sənədləri; ölçü vasitələrinin əsaslarını mühafizə olunmasını və həmçinin onların təmiri; istismar və yaşlanma və dəqiqləşdirmə qaydasını; texniki xarakteristikasını, quruluş xüsusiyyətini, ölçü vasitələrinin əsaslarını və təyinatın, onların təmir edilməsinin texnogiyasını; istehsalat texnoloji əsaslarını texniki sənədlərin nizama salınması və qanuniləşdirilməsi qaydalarını. Yoxlama vasitələri və üsullarını: ölçmənin dəqiqlik həddini şərh edən standartlar fondunu və başqa sənədlərə tətbiq olunması qaydalarını; mühəndis qurğularının əsaslarını; axtarış, layihə və mühəndisi qurğuların tikilməsində yerinə yetirilən topoqrafiya geodeziya işlərini; topoqrafiya-geodeziya istehsalatının planlaşdırılmasını və təşkilini; təhlükəsizlik standartlar sisteminə (TSS) müvafiq olaraq əmək mühafizəsi qaydasını, texniki təhlükəsizliyi və yanğından mühafizəni; təbiəti və ətraf-mühitin qorunması məsələsini; xəritələrin (planların) tərtibat fondlarını və qrafikasını.
ÖDƏNİŞ DƏRƏCƏLƏRİNƏ QOYULAN İXTİSAS TƏLƏBLƏRİ
4-cü dərəcə: iş stajına tələb qoyulmadan orta texniki təhsil;
5-6-cı dərəcələr: orta texniki təhsil və 4-cü dərəcəli texnik-topoqraf vəzifəsində 2 ildən az olmayaraq iş stajı;
7-8-ci dərəcələr: orta texniki təhsil və 6-cı dərəcəli texnik-topoqraf vəzifəsində 2 ildən az olmayaraq iş stajı.
Vəzifə borcu. Topoqrafiya-geodeziya və kartoqrafiya işlərinin aparılması üçün müxtəlif fotomaterialların emalını yerinə yetirir: əkildən şəkilin surətinin çıxarılmasını (reproduksiya) və surətin işıqla çıxarılmasını hazırlayır. Çox rəngli orijinalda rəngləri ayırır (bölür), həmçinin foto emalı sansittometriki nəzarət edir; normalarda nizamlanmış başqa işlərin, xəritələrin və qeyri sənədlərin çoxaldılmasını və mikrofilmlərin çəkilişini, kosmik şəkillərin emalını yerinə yetirir. Bölmənin istehsalat-təsərrüfat fəaliyyətini təhlil edir, texniki-iqtisadi hesablamalar aparır. Buraxılan məhsulun (işin) keyfiyyətini və cihazların dəqiqliyini təyin edən standatlar fondunun və başqa normativ sənədlərin tətbiqi üzrə işləri görür. Müəssisənin bölməsinə lazım olan avadanlıqların müəyyənləşdirilməsinə və onların alınması üçün sifarişin hazırlanmasında iştirak edir. Fototexniki vasitələrin əməli qeydiyyatını aparır, işin yerinə yetirilməsi və hesabatın hazırlanması üçün lazım olan məlumatları toplayır və sahmana salır Şəkil bölməsinin işinin təşkilində iştirak edir. Dövlət sənədlərinin qəbulunu və etibarlı saxlanmasını təmin edir. Əmək və istehsalat intizamına, əməyin mühafizəsinə və ətraf mühitin qorunmasına istehsalatın sanitariya qaydalarına ciddi riayət edir.
Bilməlidir: topoqrafiya-geodeziya və kartoqrafiya istehsalının müasir vəziyyətini; buraxılan məhsulun və işçi yerinin attestasiyasına aid standartları, müddəaları, təlimatları və başqa normativ sənədləri; istehsalatın texnoloji əsaslarını; şəkiltexniki vasitələrin tətbiq edilmə üsullarını və quruluş xüsusiyyətlərini, təyinatını, texniki xarakteristikasını; topoqrafiya-geodeziya və kartoqrafiya məhsullarının hazırlanmasını və şəkil texniki işlərinin yerinə yetirilməsi üsullarını; topoqrafiya-geodeziya və kartoqrafiya istehsalatının təşkilini və planlaşdırmanın əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik standartları sisteminə (ƏTSS) müvafiq olaraq yanğına qarşı mühafizə qaydalarını; təbiətin və ətraf mühitin qorunması məsələlərini.
Ödəniş dərəcələrinə qoyulan ixtisas tələbləri
4-cü dərəcə: iş stajına tələb qoyulmadan orta texniki təhsil;
5-6-ci dərəcələr: orta texniki təhsil və fototexnik vəzifəsində 2 ildən az olmayaraq iş stajı:
7-8-ci dərəcələr: orta texniki təhsil və 6-cı dərəcəli fototexnik vəzifəsində 2 ildən az olmayaraq iş stajı.
Vəzifə borcu: İstehsalçı kütləni yüksək tərkibli və keyfiyyətli kartoqrafiya məhsulları təmin etmək üçün texniki-iqtisadi tələblərə müvafiq istehsalın proqressiv texnologiyası əsasında qurulmasına nail olmaq. Xəritələrin (planların) tərtibatının müxtəlif mərhələlərində lazım olan patent və sair elmi-texniki informasiyaları seçib analiz edir. Layihədə hazırlamağı nəzərdə tutulmuş məhsullara sifarişçinin tələbini və müəssisənin həmin məhsulu istehsal etməsinə texniki imkanını öyrənir. Respublikada istehsal olunan məhsulu onun eyni olan xaricdə hazırlanan analoji məhsulla müqayisə edir və onların texniki və estetik səviyyələrini müqayisəli analiz edir. Topoqrafik və sair xəritələrdən (olanlardan istifadə xassələrini yaxşılaşdırma məsələsini həll etməklə əlaqədar elmi-tədqiqat və eksperimental işlərin mərhələlərlə aparılmasında iştirak edir. Xəritəsi tərtib olunacaq obyektlər haqqında lazımi sənədlər hazırlayıb, texniki layihəni tərtib edir; kartoqrafik və sair materiallardan iş aparılacaq layihəni öyrənir; çöl və kameral topoqrafiya-geodeziya və kartoqrafiya işlərini yerinə yetirənlər üçün və redaksiya işçilərinə göstəriş verir və tərtib edəndən sonra orada (planın) nəşri üçün layihənin neçə tərtib olunmasını, xəritənin (planın) tərtibini və nəşrini göstərir. Çöl və kameral topoqrafiya-geodeziya və kartoqrafiya işlərində çətinlik dərəcəsi etalonun hazırlığında iştirak edir. Xəritə (plan) orijinallarını redaktə edir, materialları növbətçi xəritə ilə razılaşdırır, çöl axtarışından sonra yaşayış məntəqələrinin adlarındakı indekslə tutuşdurur, redaksiyanın növbətçi sxemi və materialları işlə işləyir, xəritələrin (planların) keyfiyyətini nizama salan standart fondlarının və sair normativ sənədlərin tətbiqi işini görür. Topoqrafiya-geodeziya və kartoqrafiya işlərinin aparılması planının yerinə yetirilməsi haqda hesabat üçün lazımi sənədləri-məlumatları hazırlayıb sistemləşdirir. Dövlət sənədlərinin qəbulunu və saxlanmasını təmin edir. İstehsalat və əmək intizamını, əmək mühafizəsi və ətraf mühitin qorunması qaydasının həyata keçməsini, təhlükəsizlik texnikasını və istehsalat sanitariyasını közləyir.
Bilməlidir: Respublika xalq təsərrüfatının və sahənin əsas inkişaf istiqaməti haqqında dövlət qərarlarını; topoqrafiya-geodeziya və kartoqrafiya istehsalın indiki vəziyyəti; işçi yerlərinin və topoqrafiya-geodeziya və kartoqrafiya məhsullarının attestasiyadan keçməsi üçün standartları, təlimatları, metodiki və sair normativ materialları; istehsalatın texnologiyasını; xəritələri (planları) tərtib edən zaman qurğu və cihazların vəzifələri tətbiqi prinsipin, texniki xarakteristikasını, konstruksiyanın xüsusiyyətlərini; müəssisədə məhsulun hazırlanmasını və ölçmə metodlarının yerinə yetirilməsini; texniki sənədlərin qaydaya salınmasını və tərtibatın ardıcıllığın ölçmə dəqiqliyini nizamlaman üçün standart fondlarının və sair sənədlərin tətbiqi qaydasını və işin keyfiyyətini; iqtisadiyyatı, topoqrafiya-geodeziya və kartoqrafiya istehsalının təşkilini və planlaşdırmasını; təhlükəsizlik standartları sisteminə (TSSM) müvafiq olaraq əmək mühafizəsi qaydalarını; texniki təhlükəsizliyi, yanğından mühafizə ki; təbiəti mühafizə və ətraf mühitin qorunması məsələlərini; xəritələrin (planların) redaktə olunmaları metodikasını, xəritələrin (planların) məzmununa və tərtibatına olan tələbatı, şərti işarələrin tətbiq olunmasının xüsusiyyəti və onların uyğunlaşdırılmalarını.
ÖDƏNİŞ DƏRƏCƏLƏRİNƏ QOYULAN-İXTİSAS TƏLƏBLƏRİ
6-7-ci dərəcələr: iş stajına tələb qoyulmadan ali texniki təhsil;
8-9-cu dərəcələr: ali texniki təhsil və 7 - dərəcəli xəritə redaktoru vəzifəsində 2 ildən az olmayaraq iş stajı;
10-11 -ci dərəcələr: ali texniki təhsil və 11-ci dərəcəli xəritə redaktoru vəzifəsində 2 ildən az olmayaraq iş stajı.
12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli xəritə redaktoru vəzifəsində 2 ildən az olmayaraq iş stajı.
Vəzifə borcu. Xalq təsərrüfatı mənafeyinin tələblərinə uyğun topoqrafik dəniz, naviqasiya xəritələrinin hazırlanması və korrektirəsi üçün dərinli-kölçmə işlərini aparır. Dəniz dibinin ümumi relyefinin və qruntların xüsusiyyətlərini aydınlaşdırır. Relyefin naviqasiya təhlükəsinə və digər xarakter formaları üzrə oxlama aparır və aşkar edir. Layihələndirmə işləri üçüm texniki sənədlər işləyib hazırlayır. Dərinlik ölçmə işləri aparır və dərinliyi ölçülmüş yerlərin və qruntların xüsusiyyətlərini təyin edir. Ölçmə rayonlarında hidroloji müşahidələr aparır. Briqadanın işçilərinə rəhbərlik edir. Hərəkətin marşrutunu, işin istehsalının təqvim qrafiki tərtib edir, işçilərə iş planın yerinə yetirmələri üçün şərait yaradır, işlərin icrası üçün texniki-istehsalat təlimi aparır, işlərin icrasını və keyfiyyətini yoxlayır, əməyin məhsuldarlığının artırılması üçün ehtiyatlardan istifadə edilməsi tədbirlərini həyata keçirir; icraçılardan yerinə yetirilmiş işləri qəbul edir və təsdiq olunmuş qaydada onları texniki nəzarət şöbəsinin müfəttişlərinə təhvil verir. İş vaxtının qeydiyyatına görə ilkin sənədlərim düzgün və vaxtlı-vaxtında tərtib olunmasını təmin və həyata keçirir. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat gigiyenası qaydalarına ciddi əməl olunmasına nəzarət edir. Briqadanın fəaliyyətinin nəticələrini analiz edir və maliyyə-texniki hesabatları tərtib edir.
Bilməlidir: yuxarı orqanların qərar, sərəncam və əmrlərini; hidroloji işlərin istehsalı üçün metodik, normativ və digər rəhbər tutulan sənədləri; müəssisənin buraxdığı məhsullara aid olan texniki tələbləri; məhsulların istehsal texnologiyasını; ölçmə vasitələrinin prinsip və mahiyyətini, konstruktiv və texniki xüsusiyyətlərini, ölçmələrin yerinə yetirilmə üsullarını və onların təmir texnologiyasını. Yeni ölçmə vasitələrinin iqtisadi səmərəliliyinin təyin olunması üsullarını, iqtisadiyyatın əsaslarını; əməyin elmi təşkilini; istehsalatın təşkilini və idarəetməni, əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat gigiyenası və yanğından mühafizə norma və qaydalarını.
ÖDƏNİŞ DƏRƏCƏLƏRİNƏ QOYULAN İXTİSAS TƏLƏBLƏRİ
6-7-ci dərəcələr: iş stajına tələb qoyulmadan ali texniki təhsil;
8-9-cu dərəcələr: ali texniki təhsil və 7-ci dərəcəli hidroqraf vəzifəsində 2 ildən az olmayaraq iş stajı;
10-11-ci dərəcələr: ali texniki təhsil və 9-cu dərəcəli hidroqraf vəzifəsində 2 hidroqrafildən az olmayaraq stajı,
12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli hidroqraf vəzifəsində 2 ildən az olmayaraq iş stajı.
Peşələrin, vəzifələrin adı
İndiyədək qüvvədə olan peşə (vəzifə) adları rusca
1. Büro rəisi {geodeziya}
Начальник бюро (геодезч.)
2. Dəstə - rəisi (radiogeodeziya)
Начальник партии (радиогеодезич.)
3. Dəstə rəisi (dənizdə)
Начальник партии (морской)
4. Dəstə rəisi (topo-geodeziya, mühəndis-geodeziya)
Начальник партии (топогеодезичес-кой, инж-геодезической)
.5. Geodeziya mərkəzinin, kontorun ekspedasiyasının rəisi
Начальник геодезич центра конторы, експедиции
6. Laboratoriya müdiri (metrologiya)
Заведуюший лабораторией (метрлогический)
7. Radionaviqasiya sisteminin rəisi
Начальник радионавигационной системы (БРАС)
8. Radionaviqasiya sisteminin stansiya rəisi
Начальник станции радио-навигационной системы (БРАС)
9. Fondun direktoru (geodez. və kart
Директор фонда (геод. и карт.)
10. Aerofotogeodezist
13. Məxfi işlər üzrə texnik
Техник по секретным раб.
14. Radionaviqasiya stansiyasının operatoru
Оператор по навигационной станции
15. Texnik-aerofotogeodezist
Техник-аерофотогеодезист
1. 03 may 2023-cü il tarixli 3-17/3-5-10/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202305033510, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 may 2023-cü il)
2. 1 avqust 2024-cü il tarixli 3-17/3-5-21/2024 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202408013521, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2024-cü il)
3. 24 yanvar 2025-ci il tarixli 3-17/3-5-3/2025 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202501247353, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 fevral 2025-ci il)