1. Müvafiq icra hakimiyyəti orqanları və səlahiyyətləri daxilində bələdiyyələr torpaqla bağlı əqdlərin növündən və torpaq sahələrinin qiymətindən asılı olaraq, tədiyələrin diferensiallaşdırılmış dərəcələrini və ödəmə qaydalarını müəyyən edirlər. 2. Torpaqla bağlı əqdlərə tətbiq edilən tədiyələrdən (ödənclərdən) daxil olan vəsaitin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hissəsi yeni torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsinə, dövlət proqramları əsasında torpaqların keyfiyyətinin yaxşılaşdırılmasına, rekultivasiyasına, dövlət torpaq kadastrının, torpaqların monitorinqinin, yerquruluşu və elmi-tədqiqat işlərinin aparılmasına, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar digər tədbirlərin həyata keçirilməsinə sərf edilir. Torpaq ödəncləri üzrə güzəştlər Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktları ilə müəyyən edilir. XX fəsil TORPAQ MÜLKİYYƏTÇİLƏRİNƏ, İSTİFADƏÇİLƏRİNƏ VƏ İCARƏÇİLƏRİNƏ VURULAN ZƏRƏRİN VƏ KƏND TƏSƏRRÜFATI VƏ MEŞƏ TƏSƏRRÜFATI İSTEHSALI İTKİLƏRİNİN ÖDƏNİLMƏSİ
Qanunvericilik › Azərbaycan Respublikasının Torpaq Məcəlləsi › Maddə 100
Maddə 100. Torpaqla bağlı əqdlərə tətbiq edilən tədiyələr
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver