QanunvericilikAzərbaycan Respublikasının Torpaq Məcəlləsi › Maddə 102

Maddə 102. Kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkilərinin ödənilməsi

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Kənd təsərrüfatı və meşə təsərrüfatı ilə əlaqədar olmayan məqsədlər üçün kənd təsərrüfatı və meşə təsərrüfatı torpaqlarının geri alınması, habelə istifadə sahəsində hüquqi və ya fiziki şəxslərin fəaliyyətinin təsiri ilə yaranan məhdudiyyətlər nəticəsində baş verən kənd təsərrüfatı və meşə təsərrüfatı itkiləri bu Məcəllənin 101-ci maddəsinə uyğun olaraq zərərin ödənilməsindən əlavə olaraq kompensasiya edilir. 2. Kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkilərini aşağıdakılar ödəyirlər: kənd təsərrüfatı və meşə təsərrüfatı ilə əlaqədar olmayan ehtiyaclar üçün kənd təsərrüfatı və meşə torpaqlarını xeyrinə geri alan hüquqi və fiziki şəxslər; obyektlərinin ətrafında mühafizə, sanitariya və qoruyucu zonalar müəyyənləşdirilərkən kənd təsərrüfatı və meşə torpaqlarını dövriyyədən çıxaran və ya onları daha az qiymətli torpaqlara keçirən hüquqi və fiziki şəxslər. 3. Hüquqi və fiziki şəxslərin fəaliyyətinin təsiri nəticəsində kənd təsərrüfatı və meşə təsərrüfatı yerlərinin keyfiyyəti pisləşdikdə də kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkiləri onlar tərəfindən kompensasiya edilir. 4. Kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərinin ödənilməsi qaydasında daxil olan vəsait müvafiq icra hakimiyyəti orqanının hesabına keçirilir. Həmin vəsaitdən ilk növbədə ərazisindən torpaq alınan rayonda yeni torpaqların mənimsənilməsi, torpaqların münbitliyinin artırılması, meşə salınması və meşə fondu tor Maddə 102. … ilk növbədə ərazisindən torpaq alınan rayonda yeni torpaqların mənimsənilməsi, torpaqların münbitliyinin artırılması, meşə salınması və meşə fondu torpaqlarının məhsuldarlığının yüksəldilməsi, torpaqların mühafizəsi və digər tədbirlərin həyata keçirilməsi üçün istifadə edilir. 5. İtkilərin və ziyanın miqdarının müəyyən edilməsi və ödənilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ-hüquqi aktlar əsasında müəyyən edilir. XXI fəsil TORPAQ MÜBAHİSƏLƏRİNİN HƏLLİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver