1. Torpaq üzrə mübahisələrə tərəflərdən birinin ərazisinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə ərizənin daxil olduğu gündən etibarən bir ay müddətinədək baxır. 2. Torpaq mübahisələrinə maraqlı tərəflərin iştirakı ilə baxılır. Məsələnin həllində ilk dəfə tərəflərin biri iştirak etmədikdə və məsələyə baxılmasına dair onun rəsmi razılığı olmadıqda, işə baxılması təxirə salınır. 3. Tərəflərin birinin üzürlü səbəb olmadan ikinci dəfə baxışa gəlməməsi torpaq mübahisələrinə baxılmasını və bu məsələ üzrə qərar qəbul edilməsini dayandırmır. 4. Torpaq mübahisələrinə baxan orqanın qərarında onun yerinə yetirilməsi qaydaları və pozulmuş hüquqların bərpası üzrə tədbirlər nəzərdə tutulur. 5. Qərar qəbul edildiyi andan ən geci 5 gün keçənədək tərəflərə verilir.
Qanunvericilik › Azərbaycan Respublikasının Torpaq Məcəlləsi › Maddə 106
Maddə 106. Məhkəmədən kənar torpaq mübahisələrinə baxılması qaydaları
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver