1. Torpaq ehtiyatları — istifadə olunan və ya istifadə oluna bilən torpaqlardır. 2. Torpaq ehtiyatlarının istifadəsi və mənimsənilməsi müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyələrin ərazinin inkişafının planlaşdırılması haqqında qərarları əsasında həyata keçirilir. 3. Torpaq ehtiyatlarından istifadənin planlaşdırılması sosial-iqtisadi proqramlar, yerquruluşu, şəhərsalma, təbiətqoruyucu və digər sənədlər əsasında ərazinin uzunmüddətli inkişaf perspektivlərini müəyyən etmək məqsədilə aparılır. 4. Torpaq ehtiyatlarının istifadəsi üzrə strateji sənədlərin layihələrinin “ Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında ” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirilməsi (SEQ) aparılmalıdır.
Maddə 39. Torpaq ehtiyatlarından istifadənin planlaşdırılması
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver