1. İpoteka haqqında müqavilə üzrə hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri ipoteka qoyula bilər. 2. Yaşayış məntəqələrində ümumi istifadədə olan torpaqların, o cümlədən şəhərsalma qaydalarına uyğun olaraq, binalar və tikililər ucaldılmasına yol verilməyən şəhər torpaqlarının, xüsusi mühafizə olunan ərazilərdəki torpaqların, habelə xüsusi istifadə şəraitinə malik zonalardakı sahələrin tərkibindən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların ipotekasına yol verilmir. 3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, ipotekasına yol verilməyən torpaqlar istisna olmaqla, dövlət və bələdiyyə mülkiyyətində olan başqa torpaq sahələri və bu sahələr üzərində istifadə və icarə hüquqları girov (ipoteka) predmeti ola bilər. 4. Kənd təsərrüfatı təyinatlı torpaqların ipotekasına kənd təsərrüfatı məh sullarının istehsalı və emalı, habelə torpaq qanunvericiliyinə uyğun olaraq, bu kateqoriya torpaqların məqsədli istifadəsi ilə bağlı yaranan öhdəliklərin təmin edilməsi üçün yol verilir. 5. Bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdi yi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. 6. Torpaq sahəsinin bir hissəsi ipoteka qoyulduqda, həmin hissənin sərhədləri ipoteka qoyulmazdan əvvəl müəyyən edilməlidir. 7. İpoteka qoyan əsas öhdəliyi yerinə yetirmədiyi halda, ipoteka qoyulmuş t Maddə 89. …, həmin hissənin sərhədləri ipoteka qoyulmazdan əvvəl müəyyən edilməlidir. 7. İpoteka qoyan əsas öhdəliyi yerinə yetirmədiyi halda, ipoteka qoyulmuş torpaq sahəsinə müvafiq qanunla nəzərdə tutulmuş qaydada tutma yönəldilə bilər. 8. İpotekasaxlayan xarici hüquqi və ya fiziki şəxs olduqda, ipoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə, ipoteka qoyulmuş torpaq sahəsinin ən geci bir il ərzində məcburi satılacağı barədə müddəa əks etdirilməlidir. 9. Torpaq sahəsinin ipotekaya qoyulması qaydası “ İpoteka haqqında ” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
Maddə 89. Torpaq sahəsinin və onun üzərində hüquqların girov qoyulmasının (ipotekasının) xüsusiyyətləri
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver