QanunvericilikAzərbaycan Respublikasının Torpaq Məcəlləsi › Maddə 95

Maddə 95. Torpağın normativ qiyməti

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Torpağın normativ qiyməti torpaq sahəsinin təbii və iqtisadi potensialına ekvivalent götürülən dəyər göstəricisidir. 2. Torpağın normativ qiymətindən meyar kimi aşağıdakı hallarda istifadə edilir: torpaq sahələri mülkiyyətçilərdən geri alındıqda və ya müsadirə edildikdə; torpaq sahələri alınıb satıldıqda, ipoteka qoyulduqda, nizamnamə (pay) fonduna və icarəyə verildikdə, sığorta edildikdə; torpaq sahəsi bir kateqoriyadan başqa kateqoriyalara keçirildikdə. 3. Torpağın normativ qiymətinin hesablanmasında istifadə olunan tariflər inflyasiyanın səviyyəsinə uyğun olaraq, indeksləşdirilir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 4. Torpağın normativ qiymətinin müəyyən edilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver