Qanunvericilik › Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 67

Maddə 67. Alan orqan tərəfindən kompensasiyanın təklif olunması

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

67.1. Bu Qanunun 47-ci maddəsinə uyğun olaraq iddiaçının kompensasiya ilə bağlı tələbini və ya bu Qanunun 48-ci maddəsinə uyğun olaraq alqı-satqıya dair bildirişi onları təqdim etmək hüququna malik olan şəxslərdən aldıqda, alan orqan tərəfindən müvafiq tələbin və ya bildirişin alınma tarixindən 60 gündən çox olmayan müddətdə və ya alan orqanla iddiaçı arasında razılaşdırıla biləcək, lakin əlavə 30 gündən çox olmayan daha uzun müddətdə kompensasiyanın verilməsi üçün təklif, bu Qanunun 48-ci maddəsinə uyğun olaraq təqdim edilmiş alqı-satqıya dair bildirişlə bağlı isə həmin bildirişdə göstərilən torpağı almaqla bağlı təklif və ya almaqdan imtinaya dair bildiriş iddiaçıya təqdim olunur.

67.2. Bu Qanunun 67.1-ci maddəsinə uyğun olaraq təqdim edilmiş təklif aşağıdakıları aydın və iddiaçının anladığı tərzdə müəyyən etməlidir:

67.2.1. müxtəlif kompensasiya növləri üzrə verilən kompensasiyaların məbləğlərini;

67.2.2. ümumi kompensasiyanın yekun məbləğini;

67.2.3. verilən kompensasiyanın mahiyyətini;

67.2.4. kompensasiya itirilmiş gəlirin və ya qida məhsullarının təmin olunması üçün ödənildikdə, kompensasiyanın ödəniləcəyi müddət cədvəlini;

67.2.5. veriləcək kompensasiya iddia edilən kompensasiya məbləğindən az olduqda məbləğшn azaldılmasının səbəblərini;

67.2.6. alan orqan bu Qanunun 61-ci maddəsinə uyğun olaraq öz səlahiyyətlərini icra etməyi təklif etdiyi hallarda bunun səbəb və əsaslarının tam izahını;

67.2.7. alqı-satqıya dair bildiriş göndərildiyi və alan orqan həmin bildirişdə göstərilən torpağın alqısı ilə razılaşmaqdan imtina etdiyi hallarda, imtinanın və torpağın alınması əvəzinə veriləcək (əgər veriləcəksə) kompensasiyanın verilməsinin səbəblərini;

67.2.8. iddiaçının müəyyən edilmiş formada kompensasiyanı qəbul edib-etməməsini göstərməli olduğu son tarixi, kompensasiya tam və ya qismən qəbul edilmədiyi halda bunun səbəblərini;

67.2.9. kompensasiyanın verilməsi ilə bağlı hər hansı məsələni mübahisələndirmək arzusunda olan iddiaçı üçün mövcud olan prosedurları;

67.2.10. müəyyən edilə biləcək digər məsələləri.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver