Qanunvericilik › Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 77

Maddə 77. Bildirişlərin çatdırılması üsulları

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

77.1. Bu Qanuna uyğun olaraq hər hansı şəxslərə göndərilməli olan bildirişlər bilavasitə və ya poçt rabitəsi vasitəsilə onlara çatdırılmalıdır. Bildirişlərin müvafiq şəxslərə vaxtında çatdırılmasına əmin olmaq üçün bildirişi göndərən aşağıdakı əlavə üsullarla çatdırılmanın həyata keçirilməsinə dair göstəriş verə bilər:

77.1.1. bildirişi həmin şəxslə birgə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə çatdırmaq;

77.1.2. bildirişi ünvan sahibinin işlədiyi yer üzrə müdiriyyətə çatdırmaq;

77.1.3. bildirişin nüsxəsini torpağın yerləşdiyi ərazidə və ya torpaq sahəsinə ən yaxın yerdə, torpağın yerləşdiyi ərazi üzrə bələdiyyə və yerli icra hakimiyyəti orqanının binalarında görünən yerlərdə yerləşdirmək;

77.1.4. bildirişi Azərbaycan Respublikası ərazisində nəşr edilən bir və ya bir neçə mediada dərc etmək;

77.1.5. bildirişin məzmununu televiziya və radio vasitəsilə yayımlamaq;

77.1.6. bildirişin mahiyyəti haqqında müvafiq şəxslərə məlumatın verilməsinin digər səmərəli üsullarını tətbiq etmək.

77.2. Bu Qanuna əsasən hər hansı bir məlumatın dərc olunması və ya alınmanın təsirinə məruz qalacağı güman edilən bütün şəxslərin nəzərinə çatdırılması üçün yayılmalı olduğu hallarda rəsmi bildiriş:

77.2.1. aid olduğu ərazidə mümkün qədər nəzərə çarpan yerdə asılmalıdır;

77.2.2. torpağın yerləşdiyi ərazi vahidi üzrə yerli icra hakimiyyəti orqanının rəsmi lövhələrində və həmin orqanın müəyyən etdiyi digər ictimai yerlərdə nəzərə çarpan tərzdə asılmalıdır;

77.2.3. həmin ərazidə yaşayan və işləyən şəxslərə bu məqsədlə bələdiyyə və ya müvafiq icra hakimiyyəti orqanları tərəfindən təşkil olunan iclaslarda şifahi şəkildə bildirilməlidir;

77.2.4. Azərbaycan Respublikası ərazisində nəşr edilən və yayılan bir və ya bir neçə mediada dərc edilməli, habelə televiziya və radio vasitəsilə yayımlanmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver