Qanunvericilik › Torpaqların münbitliyi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Torpaqların münbitliyinin bərpası, artırılması və mühafizəsi sahəsində məqsədli proqramlar

Torpaqların münbitliyi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Torpaqların münbitliyinin təmin olunması üçün məqsədli dövlət, regional və yerli proqramlar hazırlanır və həyata keçirilir.

Məqsədli dövlət və regional proqramların hazırlanması, təsdiqi və yerinə yetirilməsi müvafiq icra hakimiyyəti orqanları, yerli proqramların hazırlanması, təsdiq edilməsi və yerinə yetirilməsi isə bələdiyyələr tərəfindən həyata keçirilir.

Müvafiq icra hakimiyyəti orqanı hər il torpaqların dövriyyəsi, münbitliyinin vəziyyəti, bərpasına və artırılmasına yönəldilmiş dövlət himayəsi barədə müvafiq icra hakimiyyəti orqanına milli hesabat təqdim edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver