Qanunvericilik › Torpaqların münbitliyi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarəti

Torpaqların münbitliyi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Torpaqların münbitliyinin təmin olunması sahəsində dövlət nəzarətinin məqsədi torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən kənd təsərrüfatı yerlərinin qorunub saxlanmasını, habelə onların keyfiyyətinin yaxşılaşdırılması, münbitliyinin bərpası, artırılması və mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş normalaşdırma tələblərinə əməl olunmasını təmin etməkdir.

Torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarətini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

Torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver