Məqsədli dövlət və regional proqramlar əsasında torpaqların münbitliyinin bərpası, artırılması və mühafizəsi sahəsində aparılan aqrotexniki, aqrokimyəvi, meliorativ, fitosanitar, eroziyaya qarşı mübarizə və digər tədbirlər dövlət büdcəsindən maliyyələşdirilir.
Kənd təsərrüfatı yerlərinin, kənd təsərrüfatına az yararlı və yararsız torpaqların münbitliyinin bərpası, artırılması və mühafizəsi dövlət tərəfindən stimullaşdırılır.
Yerli proqramlar əsasında, habelə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə həyata keçirilən aqrotexniki, aqrokimyəvi, meliorativ, fitosanitar, eroziyaya qarşı mübarizə və digər tədbirlər mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən maliyyələşdirilir.
Torpaqların münbitliyinin bərpası, artırılması və mühafizəsi sahəsində elmi tədqiqat işlərinin aparılması, kadrların hazırlığı və ixtisaslarının artırılması dövlət büdcəsindən və büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilir.