Qanunvericilik › Toxumçuluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Toxumların sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatın ləğv edilməsi və etibarsızlığı

Toxumçuluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

18.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilən toxumçuluğa nəzarət nəticəsində toxum istehsalı ilə məşğul olan toxum əməliyyatçısı tərəfindən toxumçuluq sahəsində qəbul edilmiş texniki normativ hüquqi aktların tələblərinə riayət edilməməsi nəticəsində toxumların sortluq və səpin keyfiyyətlərinin sertifikat göstəricilərindən aşağı olduğu aşkar edildikdə, verilmiş sertifikat ləğv edilir.

18.2. Toxumların sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatın müddəti bitdikdə sertifikat etibarsız hesab olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver