7.1. Toxumçuluq sahəsində dövlət nəzarəti dövlət toxumçuluq qurumu tərəfindən həyata keçirilir.
7.2. Toxumçuluq sahəsində dövlət nəzarəti aşağıdakı istiqamətlərdə həyata keçirilir:
7.2.1. toxumun keyfiyyətinə nəzarət;
7.2.2. toxumçuluq subyektlərinin normativ hüquqi aktların tələblərinə uyğun fəaliyyət göstərmələrinə nəzarət;
7.2.3. bitki sortlarının dövlət sınağına nəzarət.
7.3. Toxumçuluq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydası “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.