Qanunvericilik › “Traktor, traktor yedəkləri, özüyeriyən kənd təsərrüfatı, meliorasiya və yol-tikinti maşınlarının dövlət qeydiyyatı haqqında” təlimatın təsdiq edilməsi barədə (Kənd Təsərrüfatı Nazirliyi, 07.03.2000) › Tam mətn

“Traktor, traktor yedəkləri, özüyeriyən kənd təsərrüfatı, meliorasiya və yol-tikinti maşınlarının dövlət qeydiyyatı haqqında” təlimatın təsdiq edilməsi barədə (Kənd Təsərrüfatı Nazirliyi, 07.03.2000)

“Traktor, traktor yedəkləri, özüyeriyən kənd təsərrüfatı, meliorasiya və yol-tikinti maşınlarının dövlət qeydiyyatı haqqında” təlimatın təsdiq edilməsi barədə (Kənd Təsərrüfatı Nazirliyi, 07.03.2000) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli və 27 sentyabr 1999-cu il tarixli 158 nömrəli “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyətinin tənzimlənməsi və onun Əsasnaməsinin təsdiq edilməsi haqqında” qərarlarını yerinə yetirmək məqsədilə

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə razılaşdırılmış “Traktor, traktor yedəkləri, özüyeriyən kənd təsərrüfatı, meliorasiya və yol-tikinti maşınlarının dövlət qeydiyyatı haqqında” təlimat təsdiq edilsin və 10 aprel 2000-ci ildən qüvvəyə minsin (əlavə olunur).

2. Nazirliyin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin (‘Azərbaşdövləttexnəzarət”) rəisi K.Quliyev yoldaşa tapşırılsın;

a) göstərilən təlimatı rayon və şəhər dövlət texniki nəzarət müfəttişliklərinin işçiləri tərəfindən öyrənilməsini təşkil etsin və xidməti işdə rəhbər tutulmasını təmin etsin;

b) həmin təlimatı məcmuə şəklində tələb olunan miqdarda 2000-ci ilin aprel ayının 20-dək çap oxunmasını təşkil etsin.

3. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin 30 dekabr 1997-ci il tarixli 354 nömrəli əmri ilə təsdiq edilmiş “Traktor, traktor yedəkləri, özüyeriyən kənd təsərrüfatı, meliorasiya və yol-tikinti maşınlarının dövlət qeydiyyatı” haqqındakı qaydalar öz qüvvəsini itirmiş hesab edilsin.

4. Əmrin icrasına nəzarət Kənd Təsərrüfatı Nazirinin müavini C.Məmmədov yoldaşa həvalə edilsin.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver