Qanunvericilik › Tullantılar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Tullantılarla bağlı fəaliyyətə dövlət nəzarəti

Tullantılar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Tullantılarla bağlı fəaliyyətə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi] tərəfindən həyata keçirilir.

Tullantılarla bağlı fəaliyyətə dövlət nəzarətinə:

hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyin tələblərinə əməl olunması;

təqsirkar hüquqi və fiziki şəxslərin qanunvericilikdə müəyyən olunan qaydada məsuliyyətə cəlb olunması;

qanunvericiliyin tələblərinin pozulması nəticəsində insan sağlamlığına və ətraf mühitə dəyən zərərin ödənilməsinə görə iddia qaldırılması;

mülkiyyətçilər tərəfindən tullantılarla bağlı uçot və hesabatın düzgünlüyü;

sanitariya, gigiyena, əksepidemik və təbiəti mühafizə tədbirlərinin yerinə yetirilməsinə, gigiyena və ekoloji normativlərə əməl olunması;

baş vermiş fəlakət və qəzaların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsi;

mövcud istehsal proseslərinin tullantılarla əlaqədar təhlili, tullantıların həcminin və təhlükəlilik dərəcəsinin azaldılması imkanlarının araşdırılması;

əhalinin tullantılara dair informasiya almaq hüququna əməl olunması;

təhlükəli və təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, poliqonların layihələrinin ətraf mühitə təsirin qiymətləndirilməsinə və strateji ekoloji qiymətləndirməyə dövlət nəzarətinin təşkil edilməsi, əhalinin sağlamlığı və ətraf mühit üçün potensial təhlükə yaradan fəaliyyətin dayandırılması və ona xitam verilməsi barədə qərar qəbul edilməsi;

tullantıların idxalı, ixracı və tranzit daşınmasına nəzarət daxildir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver