5.1. Turizm sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:
5.1.1. effektiv idarəetmə sisteminin qurulması və bu sahədə fəaliyyətin əlaqələndirilməsi;
5.1.2. rəsmi statistikanın aparılması, təhlil və tədqiqatların həyata keçirilməsi;
5.1.3. qabaqcıl texnologiyaların və innovasiyaların tətbiqinin təşviq edilməsi;
5.1.4. normativ hüquqi bazanın formalaşdırılması və təkmilləşdirilməsi;
5.1.5. turizm infrastrukturunun inkişaf etdirilməsi;
5.1.6. ölkədə keyfiyyətli turizm xidmətlərinin göstərilməsinin təmini;
5.1.7. turizm sahəsinə investisiya qoyuluşunun təşviqi;
5.1.8. turizm sahəsində dövlət-özəl sektor əməkdaşlığının dəstəklənməsi;
5.1.9. beynəlxalq turizm bazarının tələblərinə uyğun turizm məhsullarının hazırlanması və təqdim olunması sahəsində turizm sənayesi subyektlərinin dəstəklənməsi;
5.1.10. turizm sahəsində marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
5.1.11. turizm sahəsində təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması və bu sahədə rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması.