Qanunvericilik › Tütün və tütün məmulatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Tütünün və tütün məmulatının istehsalının və dövriyyəsinin dövlət tənzimlənməsi

Tütün və tütün məmulatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.0. Tütünün və tütün məmulatının istehsalının və dövriyyəsinin dövlət tənzimlənməsi aşağıdakıları nəzərdə tutur:

4.0.1. tütünün və tütün məmulatının keyfiyyətinin, istehsalının və dövriyyəsinin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul etmək;

4.0.2. tütün və tütün məmulatı bazarını öyrənmək, proqnozlar vermək, dövlət proqramı əsasında tütünçülüyün inkişafının əsas istiqamətlərini və tənzimlənmə mexanizmlərini müəyyənləşdirmək;

4.0.3. qiymətli və keyfiyyətli tütün məhsulunun yetişdirilməsinə və emalına dair aqrotexniki və texnoloji normalar müəyyən etmək;

4.0.4. tütün istehsalçılarının fəaliyyətini stimullaşdırmaq və sosial müdafiəsini təmin etmək;

4.0.5. tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması, tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin (bundan sonra – Reyestr) aparılması qaydasını və Reyestrin əsasnaməsini müəyyən etmək;

4.0.6. daxili istehsal nəzərə alınmaqla idxal olunan tütün məmulatına tarif kvotalarını müəyyən etmək;

4.0.6-1. tütün məmulatının istehsalında yerli tütün xammalından istifadə həcmlərinə dair tələbləri müəyyən etmək;

4.0.7. tütün məmulatına dair aksiz vergilərinin dərəcələrini və tətbiqi qaydalarını müəyyən etmək;

4.0.8. tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətini həyata keçirmək;

4.0.9. tütün məmulatının istehlakının məhdudlaşdırılmasına yönəldilmiş sağlamlıq proqramları hazırlamaq və icrasını təmin etmək;

4.0.10. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver