Qanunvericilik › “Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri tərəfindən daxili nəzarət sisteminin qurulması və mümkün vergi riskləri barədə məlumatın, həmin risklərə nəzarət prosedurunun vergi orqanına təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.06.2026) › Tam mətn

“Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri tərəfindən daxili nəzarət sisteminin qurulması və mümkün vergi riskləri barədə məlumatın, həmin risklərə nəzarət prosedurunun vergi orqanına təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.06.2026)

“Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri tərəfindən daxili nəzarət sisteminin qurulması və mümkün vergi riskləri barədə məlumatın, həmin risklərə nəzarət prosedurunun vergi orqanına təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.06.2026) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 297-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 563 nömrəli Fərmanının 2.3.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri tərəfindən daxili nəzarət sisteminin qurulması və mümkün vergi riskləri barədə məlumatın, həmin risklərə nəzarət prosedurunun vergi orqanına təqdim edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 25 iyun 2026-cı il

Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-1.10.2-ci maddəsinə əsasən hazırlanmışdır və üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri tərəfindən daxili nəzarət sisteminin qurulması və mümkün vergi riskləri barədə məlumatın və həmin risklərə nəzarət prosedurunun vergi orqanına təqdim edilməsi qaydasını tənzimləyir.

2.1. Bu Qaydaların məqsədləri üçün istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. daxili nəzarət sistemi – vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun aparılması üçün mühasibatlıq, vergi və digər hesabatların vaxtında və düzgün hazırlanmasına yönəlmiş təşkilati tədbirlər və nəzarət prosedurları sistemi;

2.1.2. nəzarət prosedurları – vergi risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi, minimuma endirilməsi və aradan qaldırılmasına yönəlmiş tədbirlər (proseslər) məcmusu.

3.1. Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri tərəfindən daxili nəzarət sisteminin qurulması vergi ödəyicisi tərəfindən müraciət olunan dövr üzrə aşağıdakı tələbləri təmin edən sənədlərin elektron və ya kağız daşıyıcıda təsdiq edilməsini əhatə edir:

3.1.1. nəzarət mühiti ilə bağlı tələblər:

3.1.1.1. daxili nəzarət sistemini tənzimləyən sənədlər vergi ödəyicisi tərəfindən təsdiq edilməlidir;

3.1.1.2. təşkilati strukturun, yaxud işçilərin öhdəlik və səlahiyyətlərinin müəyyənləşdirilməsi təmin edilməlidir;

3.1.2. risklərin idarə edilməsi çərçivəsi ilə bağlı tələblər:

3.1.2.1. vergi qanunvericiliyinin tələblərinə riayət olunması, habelə vergilərin, rüsumların və sığorta haqlarının düzgün hesablanması, tam və vaxtında ödənilməsi təmin edilməlidir;

3.1.2.2. vergi risklərinin müəyyən edilməsi, təhlili, qiymətləndirilməsi, minimuma endirilməsi və aradan qaldırılması təmin edilməlidir;

3.1.2.3. vergi ödəyicisinin maliyyə və əməliyyat göstəricilərinin və aktivlərinin nizamlı və səmərəli idarə edilməsi tələblərinə riayət olunması təmin edilməlidir;

3.1.3. nəzarət fəaliyyəti ilə bağlı tələblər:

3.1.3.1. əməliyyatların aparılmasının razılaşdırılması mexanizmi təmin edilməlidir;

3.1.3.2. vergi və mühasibat uçotu haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq biznes əməliyyatlarının uçotunun aparılması təmin edilməlidir;

3.1.3.3. informasiya sistemlərinə girişə nəzarət və məlumatların tamlığı təmin edilməlidir;

3.1.3.4. təsərrüfat subyektlərinin (obyektlərinin) vəziyyətinə, o cümlədən onların mühafizəsinə, giriş məhdudiyyətlərinə və inventarizasiyasına nəzarət edilməlidir;

3.1.4. monitorinq ilə bağlı tələblər:

3.1.4.1. çatışmazlıqların qiymətləndirilməsini və təhlilini təmin edən davamlı monitorinqin aparılması təmin edilməlidir;

3.1.4.2. sistemin təkmilləşdirilməsi üçün tədbirlərin həyata keçirilməsi təmin edilməlidir.

3.2. Üfüqi monitorinqə qəbul edilən vergi ödəyicisi bu Qaydaların 3.1-ci bəndində qeyd olunan tələbləri təmin edən daxili nəzarət sistemi haqqında sənədləri uçotda olduğu vergi orqanına təqdim edir.

4.1. Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri mümkün vergi riskləri barədə məlumatı və həmin risklərə nəzarət prosedurunu Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-1.5-ci və 38-1.7-ci maddələri ilə müəyyən edilmiş müddətlərdə uçotda olduğu vergi orqanına təqdim edirlər.

4.2. Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri mümkün vergi riskləri barədə məlumatı və həmin risklərə nəzarət prosedurunu bu Qaydalara əlavə edilmiş aşağıdakı formalara uyğun təqdim etməlidirlər:

4.2.1. üfüqi monitorinq məqsədləri üçün vergi ödəyicisində müəyyən edilmiş risklər cədvəli (1 nömrəli əlavə);

4.2.2. üfüqi monitorinq məqsədləri üçün vergi ödəyicisində icra edilən nəzarət prosedurları cədvəli (2 nömrəli əlavə);

4.2.3. vergi ödəyicisinin risklər və nəzarət prosedurlarının uzlaşdırılması cədvəli (3 nömrəli əlavə);

4.2.4. təsərrüfat əməliyyatları üzrə risklər cədvəli (4 nömrəli əlavə).

_________________________________________________________________________________________________________________________

_________________________________________________________________________________________________________________________

_______________________________________

_______________________________________________________________________________

_______________________________________________________________________________

_______________________________________________________________________________

______________________________________________________________________________

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver