Qanunvericilik › “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”ın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 11.04.2019) › Tam mətn

“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”ın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 11.04.2019)

“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”ın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 11.04.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 6 dekabr tarixli 469-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 fevral tarixli 1225 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

Bakı şəhəri, 11 aprel 2019-cu il

1. “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram” (bundan sonra – Proqram) “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə əsasən hazırlanmışdır.

2. Bu Proqram ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlığın (bundan sonra – hazırlıq) təşkili və keçirilməsi qaydalarını müəyyən edir.

3. Hazırlığın təşkili və keçirilməsi bu Proqramın 3 və 4 nömrəli əlavələri olan tədris proqramları əsasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə təhsili müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin edilir.

4. Hazırlığın yüksək keyfiyyətini və səmərəliliyini təmin etmək məqsədi ilə qruplar 25 nəfərdən çox və 10 nəfərdən az olmayan sayda formalaşdırılır. Hazırlıq mühazirələrdən, praktiki məşğələlərdən və yekun qiymətləndirmədən ibarətdir və bir sutka ərzində 6 saatdan artıq olmamaqla keçirilir.

5. Hazırlıq tədris kabinetlərində, təlim meydançasında və simulyator (avtotrenajor) otaqlarında müvafiq sahə üzrə yüksəkixtisaslı, təcrübəli müəllim və təlim ustaları tərəfindən keçirilir.

6. Proqrama uyğun olaraq “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”nin, 2009-cu il 7 iyul tarixli 104 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2009-cu il 3 aprel tarixli 52 nömrəli, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli, “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli, “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 27 yanvar tarixli 10 nömrəli, “Elektron əmtəə-nəqliyyat qaiməsinin forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın və “Yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2023-cü il 4 oktyabr tarixli 355 nömrəli və “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair Tələblər”in təsdiq edilməsi haqqında” 2024-cü il 27 mart tarixli 183 nömrəli qərarlarının ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarına dair müddəaları, sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, o cümlədən ümumi istifadədə olan avtomobil nəqliyyatı sürücülərinin və sərnişinlərin, habelə sifarişçilərin hüquqlarına, vəzifələrinə, qadağalara, sərnişinlərin və yüklərin daşınma qaydalarına, sərnişin və yük daşımalarının təhlükəsizliyinin təmin olunmasına dair müvafiq müddəaları, habelə həmin daşımaları tənzimləyən normativ hüquqi aktlar barədə məlumatları özündə əks etdirən materiallardan istifadə olunur.

7. Hazırlıq zamanı ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin daşımalarını həyata keçirən sürücülərə etik davranış qaydaları, sərnişinlərlə ünsiyyətdə kobudluğun, avtomobil nəqliyyatında tütün çəkilməsinin və qida qəbul edilməsinin yolverilməzliyi, həmçinin sərnişinlərlə mədəni rəftar etmənin, qonaqpərvər və nəzakətli olmağın, unudulmuş əşyalar barədə polis orqanlarının məlumatlandırılmasının zəruriliyi, habelə peşəkarlıq və məsuliyyət, sərnişinlərlə ünsiyyətin psixologiyası və münaqişəli vəziyyətlərin aradan qaldırılması yolları, müxtəlif təhlükəli yol şəraitində sürücünün davranışı haqqında, eləcə də avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə məlumatlar verilir.

8. Hazırlıq zamanı ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili yük daşımalarını yerinə yetirən sürücülərə yüklərin qəbulu, rəsmiləşdirilməsi, təhlükəsiz yerləşdirilməsi, bərabər paylanılması, bərkidilməsi, daşınması və təhvil verilməsi qaydaları, müxtəlif növ yüklərin daşınmasının şərtləri və xüsusiyyətləri, habelə avtomobil nəqliyyatı ilə ölkədaxili yük daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə məlumatlar verilir.

9. Hazırlıq zamanı sürücülərə tarixi mədəniyyət abidələrinin, sosial əhəmiyyətli obyektlərin, ali təhsil müəssisələrinin, ticarət obyektlərinin, xəstəxanaların yerləşdiyi ərazilər barədə qısa məlumatlar verilir.

10. Proqramla müəyyən edilmiş məşğələlər tərtib edilmiş jurnal üzrə aparılır.

11. Proqrama əsasən hazırlıq üzrə məşğələlərdə iştirak etmiş sürücülərin hazırlıq səviyyəsi hazırlığın yekununda daşıyıcılarla və ya sürücülərlə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) arasında bağlanılmış müqavilə əsasında test üsulu ilə qiymətləndirilir.

12. Hazırlıq keçmiş şəxslər barədə aşağıdakı məlumatlar Proqramın 3-cü hissəsində qeyd olunan qurumlar tərəfindən hazırlığın başa çatmasından sonra 2 (iki) iş günü müddətində Mərkəzə təqdim edilir:

12.1. soyadı, adı, atasının adı və şəxsiyyət vəsiqəsinin FİN kodu;

12.2. hazırlıq keçdiyi proqram və hazırlıq materialları;

12.3. sürücülük vəsiqəsinin nömrəsi, etibarlılıq müddəti və kateqoriyası.

12-1. Proqramın 12-ci hissəsində nəzərdə tutulmuş məlumatlar təqdim edildikdən sonra Mərkəz tərəfindən Proqramın 12-3.4-cü bəndinə uyğun olaraq sənəd qəbuluna dair elan verilir. Qiymətləndirmə təqvim ili ərzində 4 (dörd) dəfədən çox olmamaqla keçirilir.

12-2. Qiymətləndirmədə iştirak etmək üçün hazırlıq keçmiş şəxs sənəd qəbulunun həyata keçirildiyi müddət ərzində Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabineti (bundan sonra – elektron kabinet) vasitəsilə onlayn qeydiyyatdan keçir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə ödəniş edir və ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və qiymətləndirmə qaydaları barədə məlumatların əks olunduğu yaddaş kitabçası göndərilir.

12-3. Qiymətləndirmənin təşkili ilə əlaqədar Mərkəz:

12-3.1. qiymətləndirmənin keçiriləcəyi tarixi, yeri və aparılma texnologiyasını müəyyən edir;

12-3.2. test tapşırıqlarına dair düzgün cavabların siyahısını tərtib edir və konfidensiallığın gözlənilməsi şərtilə həmin siyahının xüsusi ayrılmış məlumat bazasında saxlanılmasını təmin edir;

12-3.3. qiymətləndirmədə iştirak edəcək nəzarətçiləri müəyyən edir;

12-3.4. qiymətləndirmənin keçirilmə tarixindən ən azı 1 (bir) ay əvvəl sənəd qəbuluna dair elan verir;

12-3.5. qiymətləndirmənin qrafikini Mərkəzin rəsmi internet saytı (bundan sonra – sayt) vasitəsilə yayır;

12-3.6. qiymətləndirmənin keçirilməsinə 7 (yeddi) iş günü qalmış hazırlıq keçmiş şəxslərin qiymətləndirməyə buraxılış vərəqəsini onların elektron kabinetinə yerləşdirir;

12-3.7. qiymətləndirmədə iştirak edəcək hər bir hazırlıq keçmiş şəxsə eyniləşdirmə kodu verir;

12-3.8. qiymətləndirmənin təşkili, keçirilməsi və nəticələri ilə əlaqədar ərizə, şikayətlərə, təkliflərə baxır və həll edir;

12-3.9. qiymətləndirmənin nəticəsi haqqında məlumatları sayta yerləşdirir;

12-3.10. qiymətləndirmənin nəticəsinin elan edildiyi gündən 15 (on beş) iş günü müddətində Proqramın 12-14-cü hissəsi ilə müəyyən edilmiş sənədi (şəhadətnaməni) verir.

12-4. Qiymətləndirmə qanunçuluq, obyektivlik, bərabərlik, şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirilir.

12-5. Hazırlıq keçmiş şəxslər şəxsiyyətini təsdiq edən sənədi və buraxılış vərəqəsini təqdim etməklə qiymətləndirmədə iştirak edirlər.

12-6. Qiymətləndirmə zamanı hazırlıq keçmiş şəxslərin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:

12-6.1. saxta və ya başqasına aid sənəd təqdim etmək, qiymətləndirməyə öz yerinə başqasını göndərmək və ya sərxoş vəziyyətdə gəlmək;

12-6.2. qiymətləndirməyə mobil telefon və digər rabitə vasitələri, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;

12-6.3. qiymətləndirmənin keçirildiyi binaya yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu qəbildən olan əşyalarla daxil olmaq, özü ilə tütün məmulatı gətirmək;

12-6.4. səbəbindən asılı olmayaraq qiymətləndirmə başlandığı andan yerini dəyişmək, gəzişmək, yerindən durmaq və qiymətləndirmənin gedişinə mane olmaq;

12-6.5. başqasının qiymətləndirmə nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına (vərəqinə), sual kitabçasına baxmaq və ya öz cavab kartına (vərəqinə), sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;

12-6.6. nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;

12-6.7. cavab kartını (vərəqini) və sual kitabçasını nəzarətçiyə təhvil vermədən qiymətləndirmənin keçirildiyi zalı tərk etmək.

12-7. Mərkəz tərəfindən hazırlıq keçmiş şəxs Proqramın 12-6-cı hissəsində qeyd olunan hərəkətlərə yol verməsi halları aşkar edildikdə onun qiymətləndirmə nəticələri ləğv edilir.

12-8. Texniki səbəblərdən qiymətləndirmənin aparılması mümkün olmadıqda Mərkəzin qərarı əsasında qiymətləndirmə davam etdirilir və ya yenidən aparılır.

12-9. Qiymətləndirmə zamanı hazırlığı bitirmiş şəxslərə proqram üzrə 20 (iyirmi) test tapşırığı təqdim edilir. Qiymətləndirmə müddəti 60 (altmış) dəqiqədir.

12-10. Qiymətləndirmədə təqdim edilən test tapşırıqlarının 50 faizini və daha çox hissəsini doğru cavablandıran şəxslər hazırlığı müvəffəqiyyətlə bitirmiş hesab edilirlər.

12-11. Qiymətləndirmənin nəticələri qiymətləndirmə başa çatdıqdan sonra ən geci 5 (beş) iş günü müddətində elan edilir. İmtahanın nəticələri haqqında məlumat saytda yerləşdirilir.

12-12. Qiymətləndirmənin nəticəsindən narazı qalan hazırlıq keçmiş şəxs bu barədə nəticənin ona elan olunduğu tarixdən 3 (üç) iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apellyasiya komissiyasına müraciət edə bilər.

12-13. Müraciətə 14 (on dörd) iş günü müddətində aidiyyəti mütəxəssislər tərəfindən baxılır və hazırlıq keçmiş şəxsə Mərkəz tərəfindən əsaslandırılmış cavab verilir. Hazırlıq keçmiş şəxslərin qiymətləndirmə nəticələrinin düzgün hesablanmadığı aşkar edildikdə, yenidən hesablama aparılır və onların nəticələri yenilənir.

12-14. Hazırlığı müvəffəqiyyətlə bitirmiş şəxslərə Mərkəz tərəfindən etibarlılıq müddəti 7 (yeddi) il olan və forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş sənəd (şəhadətnamə) təqdim edilir.

13. Proqramın müvafiq mövzuları üzrə test tapşırıqlarının 50 faizinə cavab verə bilməyən sürücülərin Proqramın mövzuları üzrə bilikləri təkrarən qiymətləndirilir.

14. Qiymətləndirmədə qeyri-məqbul nəticə göstərən sürücü hazırlığı bitirdikdən sonra 6 (altı) ay müddətində təkrar qiymətləndirmədə müvəffəqiyyətli nəticə göstərmədikdə, bu Proqram üzrə hazırlığı təkrar keçməlidir.

16. Sənəd (şəhadətnamə) əvvəlki nömrəsi saxlanılmaqla aşağıdakı hallarda şəxsin müraciəti əsasında 5 (beş) iş günü müddətində Mərkəz tərəfindən eyni hüquqi qüvvəyə malik sənəd (şəhadətnamə) verilməklə, dəyişdirilə bilər:

16.1. sürücünün soyadı, adı, atasının adı dəyişdikdə;

16.2. sənəddə (şəhadətnamədə) yazılan məlumatlarda yanlışlıq və ya səhv aşkar edildikdə;

16.3. sənəd (şəhadətnamə) yararsız hala düşdükdə.

17. Verilmiş sənəd (şəhadətnamə) itirildikdə Mərkəz tərəfindən müraciətin daxil olduğu tarixdən 5 (beş) iş günü müddətində onun etibarlılıq müddəti göstərilməklə dublikatı verilir.

19. Proqrama uyğun hazırlıq keçmiş sürücülər və onlara verilmiş sənədlər (şəhadətnamələr) barədə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sisteminə daxil edilir (ötürülür). Hazırlıq keçmiş sürücülərin və onlara verilmiş sənədlərin (şəhadətnamələrin) uçotu “AYNA” informasiya sistemi vasitəsilə təmin edilir.

“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”a

Avtomobil nəqliyyatı ilə sərnişindaşıma sahəsində normativ hüquqi aktlar və onların əsasında fəaliyyətin təşkili:

- “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunu;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”

Avtobuslarla sərnişin daşımalarının yerinə yetirilməsi:

- sərnişinlərin hüquq və vəzifələri;

- sərnişindaşıma xidməti göstərən daşıyıcıların hüquq və vəzifələri;

- avtobus sürücülərinin hüquq və vəzifələri;

- Azərbaycan Respublikasının avtomobil nəqliyyatı haqqında normativ hüquqi aktlarının tələblərinə riayət edilməməsinə görə daşıyıcıların, sürücülərin və sərnişinlərin məsuliyyəti;

- avtobuslarla sərnişin daşımalarının yerinə yetirilməsinə dövlət nəzarəti

Mövzu üzrə saatların cəmi

Avtobus sürücülərinə dair tələblər:

- sürücülərə dair ümumi tələblər;

- sürücülərin xarici görünüşü və geyim forması;

- sürücünün sağlamlığı və düzgün qidalanması;

- sürücünün iş və istirahət rejimi normalarına riayət olunması.

Avtobusların istismarına dair tələblər:

- avtobusların normativ hüquqi aktların tələblərinə uyğunluğu, qısa texniki xarakteristikası və təchizatı;

- ümumi istifadədə olan avtobusların marşrut lövhəsi və digər məlumatlar;

- avtobusların istismarına dair ümumi tələblər, hərəkət vaxtı baş verən qəza və nasazlıqlarla əlaqədar sürücünün fəaliyyəti;

- avtobusların saxlanılması üçün istehsalat sahələri;

- təhlükəsizlik texnikası, sanitariya qaydaları, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi

Mövzu üzrə saatların cəmi

- sürücünün davranışının təhlili və davranışına təsir edən faktorlar;

- sərnişinlərlə etik davranış qaydaları və mədəni rəftar;

- empatiya və ünsiyyət;

- münaqişəli vəziyyətin və stresin idarə edilməsi;

- avtobusda tütün çəkilməsinin və qida qəbul edilməsinin yolverilməzliyi;

- əlilliyi olan şəxslərlə davranış qaydası

Mövzu üzrə saatların cəmi

- yol hərəkəti qaydaları haqqında ümumi məlumat;

- yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələr;

- mürəkkəb yol şəraitində (çətin keçilən yol sahələrində, tıxaclarda, əlverişsiz hava şəraitində və s.), sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində avtobusun təhlükəsiz idarə edilməsi qaydaları;

- avtobusun dayanıqlılığı və aşmaya qarşı davamlılığı;

- ekstremal şəraitlərdə sürücülərin düzgün qərar qəbul etməsi;

- avtobusların idarə olunmasını çətinləşdirən və hərəkətin təhlükəsizliyinə təsir edən amillər;

- yol-nəqliyyat hadisəsinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər;

- avtobusların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri haqqında ümumi məlumat (yol-nəqliyyat hadisələri ilə əlaqədar əldə olunmuş videomaterialları nümayiş etdirməklə hadisələrin başvermə səbəbləri, sürücü, avtomobil və yol amilinin rolu barədə geniş izahın verilməsi)

Mövzu üzrə saatların cəmi

- ilk tibbi yardım barədə ümumi məlumat;

- ilk tibbi yardım qutusunun tərkibi və oradakı tibb vasitələrindən istifadə qaydaları;

- yol-nəqliyyat hadisəsi baş verdikdə xəsarət alanlara ilk tibbi yardım göstərilməsinin ardıcıllığı

Mövzu üzrə saatların cəmi

Avtobusların idarə edilməsi:

- hərəkətə başlama, manevretmə və avtomobillərin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydalarına uyğun idarəetmə;

- hərəkət üçün maneə və təhlükə yaradan şəraitlərdə avtobusların idarə edilməsi;

- avtobuslarda sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin edən idarəetmə üsulları;

- ekoloji səmərəliliyin təmin edilməsi və yanacaq sərfiyyatının azaldılması məqsədilə avtobusların “ekosürmə” üsulu ilə idarə edilməsi

Mövzu üzrə saatların cəmi

“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”a

Avtomobil nəqliyyatı ilə yükdaşıma sahəsində normativ hüquqi aktlar və onların əsasında fəaliyyətin təşkili:

- “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunu;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları”;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 oktyabr tarixli 355 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron əmtəə-nəqliyyat qaiməsinin forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın və “Yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”.

Avtomobil nəqliyyatı ilə yük daşımalarının yerinə yetirilməsi:

- sürücülərin və daşıyıcıların hüquq və vəzifələri;

- Azərbaycan Respublikasının avtomobil nəqliyyatı haqqında normativ hüquqi aktlarının tələblərinə riayət edilməməsinə görə daşıyıcıların və sürücülərin məsuliyyəti;

- avtomobil nəqliyyatı ilə yük daşımalarının yerinə yetirilməsinə dövlət nəzarəti.

Mövzu üzrə saatların cəmi

Yük avtomobillərinin sürücülərinə dair tələblər:

- sürücülərə dair ümumi tələblər;

- yük avtomobilinə və sürücüyə aid sənədlər;

- sürücünün sağlamlığı və düzgün qidalanması;

- sürücünün fəaliyyətinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun təşkil olunması.

Yük avtomobillərinin istismarına dair tələblər:

- yük avtomobillərinin normativ hüquqi aktların tələblərinə uyğunluğu, qısa texniki xarakteristikası və təchizatı;

- qoşqu və yarımqoşqular, avtoqatarlar;

- yük avtomobillərinin istismarına dair ümumi tələblər, hərəkət vaxtı baş verən qəza və nasazlıqlarla əlaqədar sürücünün işi;

- yük avtomobillərinin saxlanılması üçün istehsalat sahələri, təhlükəsizlik texnikası, sanitariya qaydaları, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi.

Mövzu üzrə saatların cəmi

- sürücünün davranışının təhlili və davranışına təsir edən faktorlar;

- etik davranış qaydaları və mədəni rəftar;

- empatiya və ünsiyyət;

- münaqişəli vəziyyətlərin və stresin idarə edilməsi.

Mövzu üzrə saatların cəmi

- yol hərəkəti qaydaları haqqında ümumi məlumat;

- yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələr;

- mürəkkəb yol şəraitində (çətin keçilən yol sahələrdə, tıxaclarda, əlverişsiz hava şəraitində və s.), sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində yük avtomobillərinin təhlükəsiz idarə edilməsi qaydaları;

- yük avtomobilinin dayanıqlılığı və aşmaya qarşı davamlılığı;

- ekstremal şəraitlərdə sürücülərin düzgün qərar qəbul etməsi;

- yük avtomobillərinin idarə olunmasını çətinləşdirən və hərəkətin təhlükəsizliyinə təsir edən amillər;

- yol-nəqliyyat hadisəsinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər;

- yük avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri haqqında ümumi məlumat (yol-nəqliyyat hadisələri ilə əlaqədar əldə olunmuş videomaterialları nümayiş etdirməklə hadisələrin başvermə səbəbləri, sürücü, avtomobil və yol amilinin rolu barədə geniş izahın verilməsi).

Mövzu üzrə saatların cəmi

- ilk tibbi yardım barədə ümumi məlumat;

- ilk tibbi yardım qutusunun tərkibi və oradakı tibb vasitələrindən istifadə qaydaları;

- yol-nəqliyyat hadisəsi baş verdikdə xəsarət alanlara ilk tibbi yardım göstərilməsinin ardıcıllığı.

Mövzu üzrə saatların cəmi

Yük avtomobilinin idarə edilməsi:

- hərəkətə başlama, manevretmə və avtomobillərin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydalarına uyğun idarəetmə;

- hərəkət üçün maneə və təhlükə yaradan şəraitlərdə avtobusların idarə edilməsi;

- ekoloji səmərəliliyin təmin edilməsi və yanacaq sərfiyyatının azaldılması məqsədilə yük avtomobilinin “ekosürmə” üsulu ilə idarə edilməsi.

Mövzu üzrə saatların cəmi

“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”a

Verilir: ______________________________

Sürücülük vəsiqəsi: _____ № _________

Kateqoriya (Altkateqoriya): _____

Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin/ölkədaxili yük (lazım olmayanın üstündən xətt çəkilir) daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin/yük (lazım olmayanın üstündən xətt çəkilir) daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair tədris proqramı üzrə tam kursu bitirmişdir.

1. 13 iyun 2019-cu il tarixli 269 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyun 2019-cu il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1158)

2. 20 oktyabr 2020-ci il tarixli 403 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1291)

3. 22 aprel 2021-ci il tarixli 108 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 aprel 2021-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 411)

4. 20 noyabr 2021-ci il tarixli 362 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 noyabr 2021-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1285)

5. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)

6. 12 yanvar 2024-cü il tarixli 13 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 17 yanvar 2024-cü il, № 9, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 80)

7. 25 yanvar 2024-cü il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 28 yanvar 2024-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 111)

8. 12 mart 2025-ci il tarixli 71 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2025-ci il, “Xalq” qəzeti, 18 mart 2025-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 282)

9. 24 iyul 2025-ci il tarixli 221 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 iyul 2025-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 7, maddə 725)

10. 15 may 2026-cı il tarixli 150 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 may 2026-cı il, “Azərbaycan” qəzeti, 19 may 2026-cı il, № 87, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 5, II kitab, maddə 475)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver