19.1. Ümumi təhsil müəssisələrində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada iaşə və tibbi xidmət təşkil edilir.
19.2. Mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq ümumi təhsil müəssisələrində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada pulsuz tibbi xidmət həmin təhsil müəssisələri tərəfindən göstərilir.
19.3. Mülkiyyət növündən və tabeçiliyindən asılı olmayaraq ümumi təhsil müəssisələrində “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təhsilalanların icbari dispanserizasiyası həyata keçirilir.
19.4. İcbari dispanserizasiyanın nəticələrinə uyğun olaraq, təhsilalanlara ambulator, stasionar və ya sanatoriya şəraitində tibbi yardım göstərilir.
19.5. Ümumi təhsil müəssisələrində sanitar-gigiyenik normalara riayət edilməsinə, müalicə-profilaktika tədbirlərinin aparılmasına nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
19.6. Ümumi təhsil müəssisələrində iaşə xidməti təhsil müəssisəsi ilə iaşə xidməti göstərən hüquqi və ya fiziki şəxslər arasında bağlanan müqavilə əsasında həyata keçirilir.