Qanunvericilik › Ümumi təhsil haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Ümumi təhsil proqramı (kurikulum)

Ümumi təhsil haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Ümumi təhsil proqramı (kurikulum) səviyyələr üzrə ümumi təhsilin məzmununu müəyyənləşdirir.

9.2. Ümumi təhsil proqramı (kurikulum) ümumi təhsilin dövlət standartlarına və ümumi təhsilin məzmununa dair bu Qanunla müəyyən olunan ümumi tələblər nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

9.3. Ümumi təhsil proqramına (kurikuluma) daxildir:

9.3.1. fənlər üzrə kurikulumlar;

9.3.2. dərsdənkənar məşğələlər (fakültativ kurslar);

9.3.3. məktəbdənkənar təhsil proqramları;

9.3.4. tədris planları.

9.4. Fənn kurikulumuna daxildir:

9.4.1. fənnin məqsəd və vəzifələri;

9.4.2. fənnin tədrisinə verilən tələblər;

9.4.3. ümumi təhsilin səviyyələri və hər bir sinif üzrə təlim nəticələri;

9.4.4. təlim strategiyaları;

9.4.5. fəndaxili və fənlərarası inteqrasiya;

9.4.6. qiymətlən¬dirmə vasitələri və meyarları;

9.4.7. təlim materiallarının planlaşdırılması üzrə metodik tövsiyələr.

9.5. Ümumi təhsil müəssisələrində təhsilalanlara tədris edilən ümumi təhsil fənləri dövlət təhsil proqramları əsasında keçirilir.

9.6. Sağlamlıq imkanları məhdud olan şəxslərin sosial bacarıqlarının inkişafını və ictimai həyata inteqrasiyasını nəzərdə tutan xüsusi təhsil proqramları (kurikulumlar) həyata keçirilir.

9.7. Müvafiq maddi-texniki bazası və ixtisaslı kadr potensialı olduğu halda, Azərbaycan Respublikasının ümumi təhsil sistemində beynəlxalq təhsil proqramları da həyata keçirilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver