Qanunvericilik › “Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.06.2010) › Tam mətn

“Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.06.2010)

“Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.06.2010) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.9-cu bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 22 iyun 2010-cu il

1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və dövlət standartlarına uyğun olaraq ümumi təhsilin təhsil səviyyələri üzrə müddətini və bir səviyyədən digər səviyyəyə keçid qaydalarını müəyyən edir.

2. Ümumi təhsil pilləsi aşağıdakı təhsil səviyyələrindən ibarətdir:

- ibtidai təhsil (I-IV siniflər);

- ümumi orta təhsil (V-IX siniflər);

- tam orta təhsil (X-XI siniflər).

3. İbtidai təhsil səviyyəsində təhsilin müddəti 4 ildir.

4. İbtidai təhsili müvəffəqiyyətlə başa vuran təhsilalanlar ümumi təhsil müəssisəsinin pedaqoji şurasının qərarı ilə ümumi orta təhsil səviyyəsinə keçirilirlər. Pedaqoji şuranın qərarı ümumi təhsil müəssisəsi direktorunun əmri ilə rəsmiləşdirilir. Pedaqoji şuranın qərarında və direktorun əmrində ibtidai təhsil səviyyəsini bitirən təhsilalanların ümumi orta təhsil səviyyəsinin ilk sinfinə — V sinfə qəbulu qeyd edilir.

5. Ümumi orta təhsil səviyyəsinə keçid prosesində təhsilalanların paralel siniflərdə komplektləşdirilməsi onların meyl və marağı, potensial imkanları nəzərə alınmaqla həyata keçirilir.

6. Ümumi orta təhsil səviyyəsində təhsilin müddəti 5 ildir.

7. Ümumi orta təhsil səviyyəsində yekun attestasiya aparılır və təhsili başa vuran təhsilalanlara müvafiq dövlət sənədi - attestat verilir. Ümumi orta təhsil haqqında dövlət sənədi təhsilin növbəti səviyyədə və ya pillədə davam etdirilməsi üçün əsas sayılır.

8. Müxtəlif səbəblərdən ümumi orta təhsilini başa vurmayan təhsilalanlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada arayış verilir.

9. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Tam orta təhsil səviyyəsində təhsilin təmayülləşməsi müsabiqə yolu ilə təmin olunur. Müsabiqənin nəticələrinə görə tam orta təhsil səviyyəsinə qəbul edilmiş təhsilalanların təmayül sinifləri üzrə komplektləşdirilməsi həyata keçirilir.

10. Tam orta təhsil səviyyəsində təhsilin müddəti 2 ildir.

1. 8 noyabr 2018-ci il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2431)

2. 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver