Qanunvericilik › Ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit telefon telekommunikasiya operatorları tərəfindən təşkil olunan ölkədaxili telekommunikasiya kanallarına qoşulma və istifadə ilə bağlı tariflərin tənzimlənməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 28.07.2025) › Tam mətn

Ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit telefon telekommunikasiya operatorları tərəfindən təşkil olunan ölkədaxili telekommunikasiya kanallarına qoşulma və istifadə ilə bağlı tariflərin tənzimlənməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 28.07.2025)

Ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit telefon telekommunikasiya operatorları tərəfindən təşkil olunan ölkədaxili telekommunikasiya kanallarına qoşulma və istifadə ilə bağlı tariflərin tənzimlənməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 28.07.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 sentyabr tarixli 2315 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 sentyabr tarixli 767s nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.7-ci yarımbəndini və 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası

1. Ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit telefon telekommunikasiya operatorları tərəfindən təşkil olunan ölkədaxili telekommunikasiya kanallarına qoşulma ilə bağlı tarif telekommunikasiya kanallarının tutumdan asılı olmayaraq ƏDV daxil olmaqla 50,0 manat təsdiq edilsin.

2. “Ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit telefon telekommunikasiya operatorları tərəfindən təşkil olunan ölkədaxili telekommunikasiya kanallarından istifadə ilə bağlı aylıq tariflər” təsdiq edilsin (əlavə olunur).

3. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

4. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

rəqəmsal inkişaf və nəqliyyat naziri

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2025-ci il 28 iyul tarixli 3-27/3-7-6/2025 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver