AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI
“Ümumvətəndaş pasportunun dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə,
1. “Ümumvətəndaş pasportunun dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).
2. Daxili İşlər Nazirliyi Kollegiyasının 2012-ci il 30 noyabr tarixli Q68-001-12 nömrəli qərarı ləğv olunsun.
3. Qərar qəbul edildiyi gündən 3 gün müddətində “Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri”nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilsin.
4. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının 4 dekabr 2013-cü il tarixli Q55-001-13 nömrəli qərarı ilə təsdiq edilmişdir.
1.1. Elektron xidmətin adı:
Ümumvətəndaş pasportunun dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu:
Bu xidmət Azərbaycan Respublikası vətəndaşlarının ümumvətəndaş pasportunun dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu qaydalarını müəyyən edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu;
1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”;
1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”;
1.3.5. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli Qərarı;
1.3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 2.15-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:
Daxili İşlər Nazirliyi.
1.5. Elektron xidmətin digər icraçıları:
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:
1.7. Elektron xidmətin icra müddəti:
10 iş günü müddətində, Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda isə 2 iş günü müddətində, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda vətəndaşın ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq 5 və ya 1 iş günü müddətində.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
Azərbaycan Respublikası vətəndaşına yeni ümumvətəndaş pasportunun verilməsi.
2.1. Elektron xidmətin növü: interaktiv
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişlidir.
2.2.1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən ümumvətəndaş pasportu:
2.2.1.1. 10 iş günü müddətində, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda isə 2 iş günü müddətində dəyişdirildikdə bir yaşınadək uşaqlar üçün 10 manat, bir yaşından üç yaşınadək uşaqlar üçün 20 manat, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 30 manat, on səkkiz yaşına çatmış vətəndaşlar üçün 40 manat məbləğində;
2.2.1.2. 5 iş günü müddətində dəyişdirildikdə bir yaşınadək uşaqlar üçün 20 manat, bir yaşından üç yaşınadək uşaqlar üçün 40 manat, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 60 manat, on səkkiz yaşına çatmış vətəndaşlar üçün 80 manat məbləğində;
2.2.1.3. 1 iş günü müddətində dəyişdirildikdə bir yaşınadək uşaqlar üçün 40 manat, bir yaşından üç yaşınadək uşaqlar üçün 80 manat, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 120 manat, on səkkiz yaşına çatmış vətəndaşlar üçün 160 manat məbləğində dövlət rüsumu ödənilir.
2.2.2. Ümumvətəndaş pasportunda, o cümlədən onun elektron daşıyıcısında göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir.
2.2.3. Azərbaycan Respublikası vətəndaşlarının ümumvətəndaş pasportlarının dəyişdirilməsinə görə dövlət rüsumlarının köçürüləcəyi hesabların rekvizitləri Əlavə №1-də göstərilən cədvələ uyğun müəyyən edilir.
Ödəmə üsulları - bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsi ilə.
2.3. Elektron xidmətin istifadəçiləri:
Azərbaycan Respublikasının vətəndaşları.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://mia.gov.az/?/az/content/29769/
2.5. Elektron xidmət barədə məlumatlandırma:
http://mia.gov.az/?/az/content/29769/
- e-poçt: info@mia.gov.az
- telefon: +994 12 590-95-91
2.6. Elektron xidmətin göstərilməsi üçün aşağıdakı sənədlər tələb olunur və onların surəti elektron formada təqdim edilir:
2.6.1. ərizə-anket (Əlavə №2, Əlavə №3);
2.6.2. vətəndaşın şəxsiyyət vəsiqəsinin (və ya 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsinin, yaxud fərdi identifikasiya kartının) nömrəsi və verilmə tarixi;
2.6.3. dövlət rüsumunun ödənilməsi barədə sənəd;
2.6.4. Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun (valideyninin, ərinin (arvadının), övladının, qardaşının, bacısının, onların övladlarının, babasının, nənəsinin, nəvəsinin, babanın (nənənin) atasının və ya anasının, əmisinin, dayısının, xalasının, bibisinin, onların övladlarının, qayınatasının, qayınanasının, qaynının, baldızının) ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə, aşağıdakı sənədlərdən biri:
2.6.4.1. təcili olaraq müalicə olunma zərurətini təsdiq edən səhiyyə orqanının məktubu;
2.6.4.2. təcili olaraq müalicəyə qəbul edilmənin zəruriliyi barədə xarici ölkənin tibb müəssisəsinin məktubu (eyni zamanda xəstənin yaşayış yeri üzrə tibb müəssisəsinin tibbi rəyi də təqdim olunmalıdır);
2.6.4.3. qohumun ağır xəstəliyi və ya ölümü faktını təsdiq edən xarici ölkənin tibb müəssisəsinin arayışı.
2.6.5. pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd.
2.6.6. Ümumvətəndaş pasportunun dəyişdirilməsi ilə əlaqədar vətəndaşdan qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.
3.1. Elektron xidmət üçün sorğu:
3.1.1. sorğunun formalaşdırılması: ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur və istifadəçi tərəfindən bu reqlamentin 2.6-cı bəndində aidiyyəti olanlarla birlikdə http://mia.gov.az/?/az/content/29769/ ünvana yüklənir;
3.1.2. sorğunun qəbulu: sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları: təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, bu reqlamentin 2.6-cı bəndində aidiyyəti olanlardan birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.
Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin ümumvətəndaş pasportunun dəyişdirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.
Bu yarımbənddə göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra istifadəçi ümumvətəndaş pasportunun dəyişdirilməsi üçün təkrar müraciət edə bilər.
3.2.2. sorğunun qəbulu: sorğu internet səhifəsinə qəbul olunduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
3.3. Sorğunun icrası:
3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal baxılması üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə elektron formada (internet vasitəsi ilə) ünvanlanır və həmin baş idarənin katibliyində qeydiyyata alınır.
Sorğu Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Pasport şöbəsində icra üçün qəbul olunur. Pasportun verilməsi barədə ərizə əlavə edilənlərlə birlikdə İAMAS-ın “Mərkəzi serverlər kompleksi, idarəetmə və mühafizə” altsistemi vasitəsilə regional pasport mərkəzinə təqdim edilir. İcraçı əməkdaş ümumvətəndaş pasportunun verilməsi barədə ərizə-anketin düzgün doldurulmasını yoxlayır və həmin məlumatların düzgünlüyünü öz imzası ilə təsdiq edərək, istifadəçinin fotoşəklinin çəkilməsi, həmçinin əl-barmaq izlərinin götürülməsi üçün (elektron daşıyıcısı olmayan ümumvətəndaş pasportu dəyişdirildikdə) pasportu verən müvafiq orqana gəlməsi məqsədilə təyin edilmiş tarix, vaxt və yerə dair onun elektron poçtuna məlumat göndərir.
Pasportu verən orqanda istifadəçinin fotoşəkli çəkildikdən, həmçinin əl-barmaq izləri götürüldükdən sonra (elektron daşıyıcısı olmayan ümumvətəndaş pasportu dəyişdirildikdə) mərkəzin məsul əməkdaşı vətəndaşın ərizə-anketində göstərilən məlumatları optik oxuyucu və (və ya) klaviatura vasitəsilə, üz təsvirini, əl-barmaq izlərini isə müvafiq xüsusi skanerlər vasitəsilə həmin gün İAMAS-ın “Azərbaycan Respublikasının vətəndaşları” informasiya resursuna daxil edir. İAMAS-a daxil edilmiş məlumatlar elektron sənəd formasında onu daxil edən əməkdaşın gücləndirilmiş elektron imzası ilə təsdiq edilir.
Ümumvətəndaş pasportunu dolduran regional mərkəzdə şəxs biometrik məlumatlar əsasında identifikasiya olunur, pasportun dəyişdirilməsi üçün təqdim etdiyi fərdi məlumatların düzgünlüyü və tamlığı bu məlumatların saxlandığı İAMAS-ın “Azərbaycan Respublikasının vətəndaşları” və “Sərhədkeçmə” informasiya resurslarından və İAMAS-la qarşılıqlı inteqrasiya olunmuş Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrindən, İAMAS-a qoşulmuş “Elektron sağlamlıq kartı” sistemindən və digər müvafiq informasiya sistemlərindən avtomatik qaydada yoxlanılır.
Pasport verilərkən qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət hallarının mövcudluğu avtomatik olaraq “Sərhədkeçməyə məhdudiyyət siyahısı” informasiya resursundan yoxlanılır. Pasportun fərdi qaydada doldurulması və müvafiq qeydiyyatların aparılması “Azərbaycan Respublikasının vətəndaşları” informasiya resursunda ərizə-anket və şəxsiyyət vəsiqəsi üzrə toplanılmış məlumatlar əsasında avtomatik qaydada həyata keçirilir. Bu zaman ərizə-anket məlumatları xüsusi texniki vasitələrlə Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində doldurulur.
Sorğunun icrası üzrə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin və onun regional şöbələrinin rəisləri məsuliyyət daşıyırlar (əlavə №4).
3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: sorğuya Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin regional şöbələrində baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların vəsatətin icra müddətində aradan qaldırılması barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
Sorğuda çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir və sorğuya baxan daxili işlər orqanı tərəfindən müraciətdən sonra 10 iş günü müddətində, bu inzibati reqlamentin 2.6.4-cü yarımbəndində nəzərdə tutulmuş hallarda 2 iş günü müddətində, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda 5 və ya 1 iş günü müddətində ümumvətəndaş pasportu dəyişdirilir.
“Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş hallarda pasportun dəyişdirilməsindən imtina edilir.
3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:
3.3.4. inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
Sorğu qeydiyyata alındığı tarixdən bu reqlamentin 1.7-ci bəndində nəzərdə tutulmuş müddətlərdə ümumvətəndaş pasportunun alınmasının tarixi, vaxtı və yeri barədə istifadəçinin elektron poçtuna məlumat göndərilir. İstifadəçi yeni ümumvətəndaş pasportunu almağa gəldiyi zaman dəyişdirilən pasportdakı vizanın etibarlılıq müddəti həmin pasportun etibarlılıq müddətindən çox olduğu hallar istisna olmaqla, köhnə ümumvətəndaş pasportunu qeydiyyat orqanına təqdim etməlidir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi həyata keçirir.
3.4.1. nəzarət forması: kargüzarlıq;
Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.
3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: yaranan mübahisələrlə bağlı istifadəçi ona elektron xidməti göstərmiş Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin regional şöbələrinin tabe olduğu yuxarı orqana inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər;
3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;
3.5.3. şikayətə baxılma müddəti: şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
“Ümumvətəndaş pasportunun dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə ƏLAVƏ № 1
AZ21NABZ12360100000000005 944
AZ47AIIB320510194431002015 00
Kapital Bankın Naxçıvan MR Baş idarəsi
AZ09AIIB320510194430602011 30
AZ60AIIB320510194433602011 33
AZ26AIIB320510194431602011 31
AZ43AIIB320510194432602011 32
AZ77AIIB320510194434602011 34
AZ94AIIB320510194435602011 35
AZ42AIIB320510194489602011 89
AZ17CTRE00000000000002117 131
AZ34CTRE00000000000002116 631
AZ66CTRE00000000000002116 831
AZ94A1IB320510194424002011 24
AZ39AIIB320510194455002011 55
AZ85TU RA36015002260700102 944
AZ05IBAZ360100194497599103 24
AZ68IBAZ360100194497599022 06
AZ37AIIB320510194465002461 65
AZ17AIIB320510194448002011 48
AZ95IBAZ360100194495800432 53
AZ05CTRE00000000000002114 631
AZ89CTRE00000000000002112 731
AZ22AIIB320510194454002011 54
AZ37AIIB320510194472002011 72
AZ40CTRE00000000000002113 031
Dövlət Xəzinədarlığı Agentliyi
AZ95AIIB320510194464002011 64
Kapital Bankın Neftçala filialı
AZ86CTRE00000000000002114 531
Dövlət Xəzinədarlığı Agentliyi
AZ46AIIB320510194444002011 44
Kapital Bankın Sabirabad filialı
AZ12AIIB320510294443002011 43
Kapital Bankın Salyan filialı
AZ78AIIB320510194463002011 63
Kapital Bankın Hacıqabul filialı
AZ18AIIB320510194488002011 88
Kapital Bankın Cəbrayıl filialı
AZ74CTRE00000000000002112 031
Dövlət Xəzinədarlığı Agentliyi
AZ08AIIB320510194476002011 76
Kapital Bankın Astara filialı
AZ73CTRE00000000000002112 631
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ88AIIB320510194475002011 75
Kapital Bankın Yardımlı filialı
AZ37NABZ01350100000000001944
AZ71AIIB320510194474002011 74
Kapital Bankın Lerik filialı
AZ37NABZ01350100000000001944
AZ44AIIB320510194461002011 61
Kapital Bankın Masallı filialı
AZ37NABZ01350100000000001944
AZ57CTRE00000000000002112 531
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ22CTRE00000000000002114 131
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ36CTRE00000000000002115 431
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ49AIIB320510194467002011 67
Kapital Bankın İmişli filialı
AZ37NABZ01350100000000001944
AZ98AIIB320510194487002011 87
Kapital Bankın Füzuli filialı
AZ37NABZ01350100000000001944
AZ86AIIB320510194492002011 92
Kapital Bankın Laçın filialı
AZ37NABZ01350100000000001944
AZ41AIIB320510194440002021 40
Kapital Bankın Beyləqan filialı
AZ37NABZ01350100000000001944
AZ59CTRE00000000000002111 331
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ27AIIB320510194460002011 60
Kapital Bankın Ağdaş filialı
AZ37NABZ01350100000000001944
AZ80AIIB320510194446002011 46
Kapital Bankın Zərdab filialı
AZ37NABZ01350100000000001944
AZ26CTRE00000000000002111 731
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ25AIIB320510194477002011 77
Kapital Bankın Ucar filialı
AZ37NABZ01350100000000001944
AZ42CTRE00000000000002111 831
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZO1360100000000003944
AZ10CTRE00000000000002111 631
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ66AIIB320510194468002011 68
Kapital Bankın Oğuz filialı
AZ37NABZ01350100000000001944
AZ69CTRE00000000000002115 031
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ82AIIB320510194429002011 29
Kapital Bankın Mingəçevir filialı
AZ37NABZ01350100000000001944
AZ03AIIB320510194470002011 70
Kapital Bankın Şəki filialı
AZ37NABZ01350100000000001944
AZ85CTRE00000000000002115 131
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ63AIIB320510194445002011 45
Kapital Bankın Tərtər filialı
AZ37NABZ01350100000000001944
AZ81AIIB320510194486002011 86
Kapital Bankın Ağdam filialı
AZ37NABZ01350100000000001944
AZ95AIIB320510294450009211 50
Kapital Bankın Naftalan filialı
AZ37NABZ01350100000000001944
AZ44CTRE00000000000002110 631
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ56AIIB320510194456002011 56
Kapital Bankın Naftalan filialı
AZ37NABZ01350100000000001944
AZ47AIIB320510194484002011 84
Kapital Bankın Daşkəsən filialı
AZ37NABZ01350100000000001944
AZ51AIIB320510194450002011 50
Kapital Bankın Goranboy filialı
AZ37NABZ01350100000000001944
AZ64AIIB320510194485002011 85
Kapital Bankın Samux filialı
AZ37NABZ01350100000000001944
AZ30AIIB320510194483002011 83
Kapital Bankın Xanlar filialı
AZ37NABZ01350100000000001944
AZ65AIIB320510194428002011 28
Kapital Bankın Kəpəz filialı
AZ37NABZ01350100000000001944
AZ77CTRE00000000000002110 231
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ20AIIB320510194471002011 71
Kapital Bankın Qax filialı
AZ37NABZ01350100000000001944
AZ83AIIB320510194469002011 69
Kapital Bankın Balakən filialı
AZ37NABZ01350100000000001944
AZ97AIIB320510194447002011 47
Kapital Bankın Şəmkir filialı
AZ37NABZ01350100000000001944
AZ85AIIB320510194452002011 52
Kapital Bankın Ağstafa filialı
AZ37NABZ01350100000000001944
AZ14AIIB320510194436602011 36
Kapital Bankın Qazax filialı
AZ37NABZ01350100000000001944
AZ87CTRE00000000000002113 931
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ23CTRE00000000000002113 531
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
“Ümumvətəndaş pasportunun dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə ƏLAVƏ №2
1.1. Aşağıdakı məlumatları nəzərə alaraq, ümumvətəndaş pasportu verilməsini xahiş edirəm:
_______________________________________________________________________________________
1.1.1.1. Soyadı (əgər dəyişibsə, habelə əvvəlki soyadı)
1.1.1.3. Atasının adı
1.1.1.4. Doğulduğu yer
1.1.1.5. Doğulduğu tarix
1.1.1.6. Yaşayış yeri
1.1.2. Ərizə vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun:
1.1.2.3. Atasının adı
1.1.2.4. Şəxsiyyəti təsdiq edən sənədinin nömrəsi
1.1.2.5. Xüsusi qeydi
2.1. Dövlət orqanının məsul əməkdaşı tərəfindən vətəndaşın ərizəsinin yoxlanılması ilə bağlı qeydlər:
2.1.1. Dövlət orqanının adı
2.1.2. Ərizənin qəbul edildiyi tarix və qeydiyyat nömrəsi
2.1.3. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir:
2.1.3.1. Şəxsiyyət vəsiqəsi
2.1.3.2. Ərizə vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd
2.1.3.3. Pasportun verilməsi xaricə gedən vətəndaşın və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa, bu faktları təsdiqləyən sənədlər
2.1.4. Vətəndaş haqqında göstərilən məlumatların təqdim olunmuş sənədlərə uyğunluğu haqqında qeyd:
2.1.5. Vətəndaşın zahiri görkəminin təqdim olunmuş fotoşəklə uyğunluğu haqqında qeyd:
2.1.6. Məlumatları yoxlamış məsul işçinin:
2.1.6.1. Soyadı, adı, atasının adı
2.2. Pasportun doldurulması ilə əlaqədar qeydlər:
2.2.1. Pasportu dolduran regional mərkəzin adı
2.2.2. Sənədlərin göndərildiyi tarix
2.2.3. Doldurulmuş pasportun daxil olduğu tarix
2.3. Pasportun ərizəçiyə verilməsi ilə əlaqədar qeydlər:
2.3.1. Pasportun verildiyi tarix
2.3.2. Pasportu aldığına dair ərizəçinin imzası
2.3.3. Xüsusi qeydlər:
“Ümumvətəndaş pasportunun dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə ƏLAVƏ №3
_________________________________________________________________________________________
1.1. Aşağıdakı məlumatları nəzərə alaraq, ümumvətəndaş pasportu verilməsini xahiş edirəm:
_________________________________________________________________________________________
1.1.1. 18 yaşı tamam olmamış vətəndaşın:
1.1.1.1. Soyadı (əgər dəyişibsə, habelə əvvəlki soyadı)
1.1.1.3. Atasının adı
1.1.1.4. Doğulduğu yer
1.1.1.5. Doğulduğu tarix
1.1.1.6. Yaşayış yeri
1.1.1.9. İmzası (vətəndaş 15 yaşdan 18 yaşadək olduqda)
1.1.2. Ərizə vətəndaşın qanuni nümayəndəsi tərəfindən verildikdə, onun:
1.1.2.3. Atasının adı
1.1.2.4. Şəxsiyyəti təsdiq edən sənədinin nömrəsi
1.1.2.5. Xüsusi qeydi
_________________________________________________________________________________________
2.1. Dövlət orqanının məsul əməkdaşı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin ərizəsinin yoxlanılması ilə bağlı qeydlər:
2.1.1. Dövlət orqanının adı
2.1.2. Ərizənin qəbul edildiyi tarix və qeydiyyat nömrəsi
2.1.3. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir:
2.1.3.1. Vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı
2.1.3.2. Qan qrupu haqqında tibbi arayış (vətəndaşın fərdi identifikasiya kartı təqdim edilmədikdə)
2.1.3.3. Ərizə vətəndaşın övladlığa götürəni, himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd
2.1.3.4. Pasportun verilməsi xaricə gedən vətəndaşın və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa, bu faktları təsdiqləyən sənədlər
2.1.4. Vətəndaş haqqında göstərilən məlumatların təqdim olunmuş sənədlərə uyğunluğu haqqında qeyd:
2.1.5. Vətəndaşın zahiri görkəminin təqdim olunmuş fotoşəklə uyğunluğu haqqında qeyd:
2.1.6. Məlumatları yoxlamış məsul işçinin:
2.1.6.1. Soyadı, adı, atasının adı
2.2. Pasportun doldurulması ilə əlaqədar qeydlər:
2.2.1. Pasportu dolduran regional mərkəzin adı
2.2.2. Sənədlərin göndərildiyi tarix
2.2.3. Doldurulmuş pasportun daxil olduğu tarix
2.3. Pasportun ərizəçiyə verilməsi ilə əlaqədar qeydlər:
2.3.1. Pasportun verildiyi tarix
2.3.2. Pasportu aldığına dair ərizəçinin imzası
2.3.3. 18 yaşı tamam olmamış vətəndaşın ölkədən getməsi üçün valideyninin və ya digər qanuni nümayəndəsinin razılığının tələb olunduğuna dair qanunvericiliyin müddəaları barədə mənə məlumat verildiyini imzamla təsdiq edirəm
2.3.4. Müvafiq məlumatın verildiyinə dair ərizəçinin imzası
2.3.5. Xüsusi qeydlər:
“Ümumvətəndaş pasportunun dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə ƏLAVƏ №4
Respublika ərazisində vətəndaşlara ümumvətəndaş pasportlarının verilməsi ilə bağlı fəaliyyət göstərən DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin regional şöbələri:
- Bakı şəhərində yerləşən Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Pasport şöbəsi;
- Naxçıvan şəhərində yerləşən Muxtar Respublika Daxili İşlər Nazirliyinin Pasport, Qeydiyyat və Miqrasiya Şöbəsi;
- Gəncə şəhərində yerləşən Qərb bölgəsində regional şöbə;
- Şəki şəhərində yerləşən Şimal-Qərb bölgəsində regional şöbə;
- Lənkəran şəhərində yerləşən Cənub bölgəsində regional şöbə;
- Quba şəhərində yerləşən Şimal bölgəsində regional şöbə;
- Şirvan şəhərində regional şöbə;
- Göyçay rayonunda regional şöbə;
- Bərdə rayonunda regional şöbə.
1. 22 yanvar 2015-ci il tarixli Q3-001-15 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201501220003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 yanvar 2015-ci il)
2. 8 avqust 2015-ci il tarixli Q23-001-15 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201508080023, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2015-ci il)
3. 2 noyabr 2015-ci il tarixli Q39-001-15 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201511020039, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 noyabr 2015-ci il)
4. 20 noyabr 2015-ci il tarixli Q54-001-15 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201511200054, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 noyabr 2015-ci il)
5. 12 sentyabr 2017-ci il tarixli Q37-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709120037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 sentyabr 2017-ci il)
10 noyabr 2017-ci il tarixli Q44-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711100044, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI