Qanunvericilik › “Universal poçt rabitəsi xidmətlərinin göstərilməsi ilə bağlı zərərin kompensasiyası Qaydaları və mənbələri”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 14.12.2005) › Tam mətn

“Universal poçt rabitəsi xidmətlərinin göstərilməsi ilə bağlı zərərin kompensasiyası Qaydaları və mənbələri”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 14.12.2005)

“Universal poçt rabitəsi xidmətlərinin göstərilməsi ilə bağlı zərərin kompensasiyası Qaydaları və mənbələri”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 14.12.2005) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Poçt haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli 115 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Universal poçt rabitəsi xidmətlərinin göstərilməsi ilə bağlı zərərin kompensasiyası Qaydaları və mənbələri” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 14 dekabr 2005-ci il

1. Bu Qaydalar “Poçt haqqında” Azərbaycan Respublikası Qanununu tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli 115 nömrəli Fərmanının 1.6-cı bəndinin icrası məqsədilə hazırlanmışdır.

2. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 11.5-ci maddəsində təsbit olunan universal poçt rabitəsi xidmətlərinin göstərilməsi ilə bağlı zərərə görə kompensasiyanın (bundan sonra - kompensasiya) ödənilməsi bu Qaydalarla tənzimlənir.

3. Kompensasiya Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

4. Universal poçt rabitəsi xidmətlərindən dəyən zərərin hesablanması metodikası milli poçt operatoru tərəfindən hazırlanır və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müvafiq nazirliklərlə razılaşdırılaraq həyata keçirilir.

5. Kompensasiyanın həcmi universal poçt rabitəsi xidmətlərinin göstərilməsi ilə əlaqədar milli poçt operatoruna dəyən faktiki zərərlə müəyyən olunur.

6. Kompensasiyanın həcmi əvvəlki ilin faktiki zərəri məbləğində müəyyən edilir və ilin yekununa əsasən son hesablaşmalar aparılır.

7. Milli poçt operatorunun kompensasiya məbləği barədə təkliflərinə hər il yanvarın 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində baxılır.

8. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən milli poçt operatoruna ödəniş il ərzində rüblər üzrə həyata keçirilir.

9. Hesabat ili üçün kompensasiyaya görə son hesablaşma əsasında müəyyən edilən fərq növbəti ilin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xərclər proqnozunda nəzərə alınır.

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

1. 14 oktyabr 2008-ci il tarixli 243 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 932)

2. 3 fevral 2009-cu il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 142)

3. 13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747)

4. 21 yanvar 2019-cu il tarixli 13 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 yanvar 2019-cu il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 157)

5. 4 aprel 2022-ci il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 389)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver