Qanunvericilik › “Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 24.02.2012) › Tam mətn

“Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 24.02.2012)

“Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 24.02.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 24 fevral 2012-ci il

1.1. Bu Qayda “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 40.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə (bundan sonra - aztəminatlı ailələr) məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının (bundan sonra - sığorta haqları) dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi ilə bağlı məsələləri tənzimləyir.

2.1. Sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsinə maliyyə yardımı Azərbaycan Respublikasının hər il üçün dövlət büdcəsi haqqında Qanununda nəzərdə tutulmuş maliyyə yardımları həddində ayrılır və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (bundan sonra - Nazirlik) xüsusi hesabında saxlanılır.

3.1. Aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin sığortalanması üzrə müvafiq icbari sığorta müqavilələri bağlamış sığortaçı həmin müqavilələrdə nəzərdə tutulan sığorta haqlarını dövlət büdcəsi vəsaiti hesabına almaq üçün tərtib olunan rüblük hesabatı və aşağıdakı sənədləri Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra – Mərkəzi Bank) təqdim edir:

3.1.1. aztəminatlı ailəyə məxsus yaşayış evinin və ya mənzilin icbari sığortalanması faktını təsdiq edən sığorta şəhadətnaməsinin xarici təqdimat forması;

3.1.2. sığortalanmış yaşayış evinin və ya mənzilin aztəminatlı ailəyə məxsus olmasını təsdiq edən sənədin surətini.

3.1-1. Bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

3.2. Mərkəzi Bank bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş hesabata və sənədlərə onlar Mərkəzi Banka daxil olduğu tarixdən 10 iş günü müddətində baxır və müvafiq icbari sığorta müqaviləsinin mövcudluğunu Qanunda nəzərdə tutulan elektron informasiya sistemi vasitəsilə yoxlayır.

3.3. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (bu Qaydanın 3.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə, bu barədə ərizəçiyə 5 iş günü müddətində yazılı bildiriş göndərilir. Çatışmazlıqlar sığortaçı tərəfindən 5 iş günü müddətində aradan qaldırılmalıdır.

3.3-1. Mərkəzi Bank bu qaydanın 3.6-cı bəndində nəzərdə tutulmuş sığorta haqlarının ödənilməsindən imtina halları aşkar etmədikdə, sığorta haqlarının müvafiq sığortaçıya ödənilməsi üçün rəyin əks olunduğu müraciəti Nazirliyə ünvanlayır.

3.3-2. Nazirlik müraciət daxil olduğu tarixdən 15 iş günü müddətində müvafiq sığorta haqlarını sığortaçıya məxsus bank hesabına köçürür.

3.4. Bu Qaydanın 3.1-ci bəndində göstərilən hesabat sığortaçı tərəfindən hər rübdən sonrakı ayın 1-də Mərkəzi Banka təqdim edilir.

3.5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi inzibati ərazi vahidləri üzrə aztəminatlı ailələrin (yalnız onlara məxsus yaşayış evləri və mənzillər olduqda) siyahısını cari ilin I rübünün sonuncu ayının 30-dək, həmin siyahıda edilmiş dəyişikliklər barədə məlumatı isə həmin ilin digər rüblərinin sonuncu aylarının 30-dək Mərkəzi Banka təqdim etməlidir.

3.6. Sığorta haqlarının ödənilməsindən aşağıdakı hallarda imtina edilir və bu barədə sığortaçıya imtinanın səbəbləri göstərilməklə, 5 iş günü müddətində yazılı məlumat verilir:

3.6.1. sənədlər tam təqdim edilmədikdə (bu Qaydanın 3.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla);

3.6.2. təqdim edilmiş sənədlərdə təhrif olunmuş məlumatlar olduqda.

4.1. Sığorta haqlarının ödənilməsinə ayrılan və Nazirliyin xüsusi hesabında saxlanılan vəsait bu Qaydada nəzərdə tutulmamış digər məqsədlər üçün istifadə edilə bilməz.

4.1-1. Sığorta haqlarının ödənilməsinə ayrılan vəsaitin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

4.2. Sığorta haqlarının ödənilməsinə ayrılan maliyyə yardımının il ərzində istifadə edilməyən hissəsi ilin sonunda dövlət büdcəsinə qaytarılır.

1. 8 avqust 2016-cı il tarixli 298 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 14 avqust 2016-cı il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1436)

2. 27 mart 2017-ci il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 mart 2017-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 505)

3. 15 may 2023-cü il tarixli 156 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 may 2023-cü il, “Xalq” qəzeti, 18 may 2023-cü il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 5, maddə 723)

4. 22 may 2024-cü il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 612)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver