Qanunvericilik › Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Sosial yardımın məqsədi və prinsipləri

Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.1. Sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir.

4.2. Sosial yardımın əsas prinsipləri aşağıdakılardan ibarətdir:

4.2.1. ünvanlılıq - sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur;

4.2.2. ədalətlilik - sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur;

4.2.3. bərabərlik - sosial yardım bütün aztəminatlı ailələrə təyin olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver